Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (6-08-2014, 14:59)
Zaur Baxşəliyev: “Müharibə olmasını istəmirəm!”

Zaur Baxşəliyev: “Müharibə olmasını istəmirəm!”

 

Avqustun 4-də tanınmış aparıcılar Zaur və Günay Baxşəliyevlərin qızı Dilavərin bir yaşı tamam oldu.

 

 Cütlük qızlarına doğum günü keçirmədi. Belə ki, Zaur Baxşəliyev hazırda Azərbaycan-Ermənistan sərhəddində şəhid olan əsgərlərimizin ruhuna hörmət əlaməti olaraq qızına çal-çağır məclisi qurmaqdan vaz keçib.
Bu haqda isə müğənni Xatirə İslam “İnstagram” bloqunda yazmışdı. Müğənni oğlu Emilin fotosunu paylaşaraq, onun dilindən Zaurla Günayın qızının bir yaşını təbrik etmişdi:
“Salam, əziz dostlar. Mən Emiləm, tanıdınız? Bu gün mənim Dilavər bacımın ad günüdür, onu təbrik edirəm. Allah bütün övladları atalı-analı böyütsün.  Düzdür, Zaur dayı şəhid olan əsgərlərimizə görə ad günü keçirmədi. Amma inşallah, bu yaxınlarda hər şey yaxşı olanda qeyd edər”.
Z.Baxşəliyev də Xatirə İslama təbrikdən dolayı təşəkkürünü bildirib:
“Canım Emilim, çox sağ ol. Allah səni vətənə, torpağa layiqli övlad kimi böyütsün. Siz böyüyüb, aydın səma altında yaşayın, güllə səsi eşitməyin, anaların göz yaşını görməyin. Biz uşaqlığımızı güllə altında keçirdik, Allah balalarımıza bunu göstərməsin. “Müharibə olsun” deyənlər bilmirlər ki, onun dəhşətli anları  insanlara nə qüssələr bəxş edir. Allah bir də xalqımıza belə gün göstərməsin”.
Qeyd edək ki, Zaurla Günay 2012-ci ildə ailə qurublar. Zaur qızına anası Dilavər xanımın adını qoyub.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024