Problem (9-05-2014, 13:57)
“Göyçək” Fatimə ustadı ilə görüşdü - Foto
Bir neçə gün öncə bölgələrdə keçirilən konsertlərə iştirak edən tanınmış rəqqasə Fatimə Fətəliyevadan xəbər var.
“Mediatv.az”ın məlumatına görə, “Göyçək” Fatimə bir zamanlar ona bu sənətin sirlərini öyrədən müəlliməsi Aliyə Ramazanova ilə görüşüb. Müəlliməsinin xeyir duası ilə bu sənətə gələn F.Fətəliyeva təəssüratlarını bu cür dilə gətirib: “Allahıma çox şükür edirəm ki, mənim bu sənətdə qarşıma yaxşı müəllimlər çıxarıb. Müəlliməm Aliyə Ramazanova mənim həyatımın ən böyük dayağı olub. Allah ona can sağlığı, uzun ömür versin. Nə yaxşı ki, mənim həyatımda elə bir pedaqoqun imzası olub. Mən bu gün də, sənətimin sirlərini müəllimlərimdən öyrənib, bəhrələnirəm. Öyrəndiklərimi isə öz tələbələrimə öyrədirəm. İnanıram ki, mənim də tələbələrim gələcəkdə öz sözlərini deyəcəklər”.
Xatırladaq ki, F.Fataliyeva artıq 1 ilə yaxındır ki, rəqs məktəbi açıb, pedaqoq fəaliyyəti ilə məşğuldur. “Göyçək” Fatimə bundan əlavə “Biznes ledi” kimi də tanınır. Onun xınayaxdı mərasimlərinin təşkil edən şirkəti var.