Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (25-04-2014, 14:35)
Adnan Oktar: “Mənə cinsi iftiralar atırlar“

Adnan Oktar: “Mənə cinsi iftiralar atırlar“

Mediatv.az bildirir ki, Türkiyədə Harun Yəhya kimi tanınan İslam alimi, “Texniki və Elmi Araşdırma” və “Milli Dəyərlərin Mühafizəsi” Vəqfinin qurucusu və fəxri sədri Adnan Oktar Publika.az -a eksklüziv müsahibəsində Azərbaycan mediasında yayılan iddialara cavab verib.
 
- Adnan bəy, sizin Azərbaycanda telekanal açacağınıza dair xəbərlər yayılır. Belə bir niyyət varmı?
 
- Hazırda dostlarımın Azərbaycanda televiziya kanalı açmaqla bağlı niyyətləri yoxdur. Bizim kanalımız A9 peyk üzərindən yayımlandığı üçün onsuz da bir çox ölkədə asanlıqla izlənilir. Bundan başqa internet üzərindən həyata keçirdiyimiz yayın da dünyanın dörd bir yanında çox sıx olaraq izlənilir. Azərbaycan da bu ölkələrin ən başında olanlardandır. Dolayısı ilə biz azəri qardaşlarımıza A9 kanalı vasitəsilə asanlıqla çata bilirik.
 
- Azərbaycan mediasına sizin haqqınızda müxtəlif spamlar gəlir. İddia olunur ki, siz azərbaycanlı qızları aldadıb yoldan çıxarırsınız, onlardan yaratdığınız hərəmxanalarda istifadə edirsiniz. Bu iddialarla bağlı nə deyə bilərsiniz?
- Siz də çox yaxşı bilirsiniz ki, mən 70 dilə tərcümə edilmiş 300-dən çox əsəri olan və Amerikanın Georgetown Universitetinə bağlı olan Müsəlman-Xristian Dialoq Mərkəzi və İslami Strateji Araşdırma Mərkəzi tərəfindən 2009, 2010, 2011 və 2012-ci illərdə  dünyanın ən nüfuzlu müsəlmanları arasında seçilən bir insanam. İllərdir apardığım araşdırmalar, kitablarım və açıqlamalarıma görə bir çox təbəqəni qarşıma aldım. Bunların arasında ateist-masonlar, darvinistlər, kommunistlər, dərin mafiyalar, terror qrupları, PKK kimi separatçı təşkilatlar var. Bu qaranlıq çevrələr illərdir apardığım araşdırmaları və insanları İslam əxlaqına dəvət etmək üçün maarifləndirmə fəaliyyətlərimin qarşısını almaq üçün mənə yönəlik müxtəlif kampaniyalar aparılıb, tələlər qurulub. Mənim və dostlarım haqqında azəri mediasınjda çıxan xəbərlər də bu qaranlıq çevrələrin illərdir apardıqları qarayaxma kampaniyalarının çirkin bir davamından başqa bir şey deyil.
Sizlər də çox yaxşı bilirsiniz ki, tanınmış və xalqa bağlı bir şəxsi etibardan salmaq, adını qaralamaq və xalqın gözündən salmaq məqsədilə istifadə edilən ən klassik vatisələrdən biri cinsi məzmunlu iftiralardan istifadə etməkdir.
 
Lakin ortada bu iftiraları təsdiqləyəcək bir dənə də şahid, şikayətçi və ya zərərçəkmiş yoxdur. Eyni qaranlıq çevrələr yalan və xəyali məktublar yazıb, sağa-sola yollayaraq öz aləmlərində mənim etibarımı zədələməyə və fəaliyyətimə mane olmağa çalışırlar. Hansı ki, mənə daha öncə də bu yöndə iftiralar atıldı, lakin Türkiyə Cümhuriyyəti məhkəmələri bu səpkili iddiaların hamısını rədd etdi. Azəri mediasında yer alan iddialar üçün də eyni durum keçərlidir. Ortada bu iddiaları təsdiq edə biləcək bir dəlil, şahid yoxdur. Mənə atılan cinsi  məzmunlu iftiralar darvinistlərin yaşadığı bu böyük narahatlığının hər zaman bir nümunəsidir. Ateistlər və darvinist qrup nə vaxt məğlub olacağını hiss etsə toplumun ən həssas nöqtəsi olan intim iftiralara üz tutur. Onsuz da azəri qardaşlarımız bu iftiralara heç bir zaman inanmırlar, onlar həqiqətləri çox yaxşı bilirlər.
- İddiaların bir qismi də sizin Azərbaycanda yaşayan ermənilərin sayı və dövlətlə bağlılığı barədə araşdırma apardığınıza dairdir. Bu barədə nə deyə bilərsiniz?
- Bunlar da azəri qardaşlarımızın və Azərbaycan hökumətinin həssas olduğu nöqtələri istifadə edərək mənim və dostlarımızın əleyhinə çevirmək məqsədilə atılan iftiralardır. Mən hər zaman çıxışlarımda və əsərlərimdə Azərbaycanla Türkiyənin bir millət və bir dövlət olduğu üzərində dayandım, bu iki ölkənin bir an öncə birləşməsinin vacibliyini vurğuladım. Hər zaman Azərbaycanın daha güclü olması, Azərbaycan xalqının daha rifah yaşaması və daha azad olmasının istədim.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024