Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (21-01-2016, 16:09)
Qızı Təranənin sirlərini açdı: "Anam evə gec gəlir" - Fotosessiya

 

 

Bu dəfə müsahibimiz tanınmışın özü yox, övladı olub.

Prodüser Təranə Səmədovanın qızı Suel anasının sirrlərini açıqlayıb ondan şikayət edib.

Mediatv.az Axşam.az-a istinadən 6 yaşlı Suelin dediklərini təqdim edir. Bəzən Təranə də söhbətə qoşularaq qızı haqda fikirlərini bildirib:

"Anam yemək yeyəndə planşetlə oynamağı mənə qadağan edib. Böyüklər danışanda mənə deyir sus, xəstələnəndə çölə çıxmağa icazə vermir".

Suel anasının evdarlığından da bəhs edib:

"Anam hərdən ev işləri görür. Amma dadlı dovğa, kükü oladi hazırlayır. Həyatda ən çox anamı və nənəmi istəyirəm. Nənəmə nəsə olmasından çox qorxuram".

T.Səmədova qızının daha çox nənəsini istədiyini iddia edir:

"Kim soruşursa deyir, ikisini də. Amma həqiqətdə nənəsini daha çox istəyir".

Suel anasının nənəsini tez-tez əsəbiləşdirdiyini söyləyib:

"Nənəm hərdən anamı danlayır, ona əsəbiləşir. Ən çox da evə gec gələndə. Bir də yemək yemədiyi üçün hirslənir. Anam evdə tapılmadığı üçün nənəmin yeməklərini yemir".

Balaca Suel Anasının onu döydüyünü də gizlətməyib:

"Anam məni döyür də. Hər yerimə vurub. Hətta üzümə də vurduğu hal olub".

"Yaddaşı çox güclüdür, 2-3 il bundan əvvəl  olan hadisəni də unutmur. Amma son neçə ildir ki, üzünə vurmuram" deyə, prodüser əlavə edib.

Suel anasından istədiklərini də sadalayıb:

"Anamdan heç nə istəmirəm. Bircə evə tez gəlsin. Ən çox uşaq əyləncə mərkəzinə getməyi xoşlayıram”.

Şou-biznesə meyilli olan Suel müğənni və ya həkim olmaq arzusundadı. 

Anası isə qızının müğənnilik sevdasına etiraz etdiyini deyir:

"İnşallah təhsil almağa başlayanda hansı yönə daha çox meyilli olsa, ona da istiqamətləndirəcəyəm. Hələ ki, uşaqdır, müğənniləri görür ətrafında. İstedadı, səsi yaxşı olsa, çalışaram bünövrəsini yaxşı qoyum. Amma bu sahənin içindəyəm deyə, istəmirəm. Bir ara elə çirkablıq yaratdılar ki, düşünürdüm qəti icazə vermərəm. Həyatda çalışıb-vuruşub nələrsə əldə etməyimin ən başlıca səbəbi Sueldi. Yetərincə zaman ayıra bilmirəm. Amma, həqiqətən də, o vaxtı tapanda hədsiz sevinirəm.
Yaşı artıqca daha məntiqli düşünür. Bu yaxınlarda mənə zəng edib ki, “Ana sən məni çox istəmirsən, mənə vaxt ayırmırsan". Elə pis oldum ki...".

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024