Problem (28-08-2015, 18:34)
Ərinin ölümündən şou düzəltdi - FOTO
"İşte benim stilim" dəb yarışmasının qalmaqallı iştirakçısı Nazlı Hamarat Ukraynada öldürülən həyat yoldaşı Cevdet Emir Şaşmazın məzarı üstündən foto paylaşıb.
Mediatv.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, əvvəl ərinin ölüm xəbərini İnstagram-da yazma forması və dayanmadan izləyicilərinin təkliflərini qəbul etməsi ilə təəccübləndirən Nazlı bu dəfə də yazdıqları ilə tənqid obyekti oldu.
Emirin məzarı önündə çəkdirdiyi fotonu paylaşan N.Hamarat yazıb:
"Sənsiz 7 gün daha keçdi. Keçmir acım, zaman keçdikdə yaram böyüyür. Çünki sənin üçün hər keçən gün daha çox darıxıram. 6 ildə 15 gündən çox ayrı qalmamışdıq. Bu gün sənsizliyimin 23-cü günü və səni torpağa verməyimin 7-cü günüdür. Ümid edirəm rahatsan. Həyat yoldaşım, mərhum Cevdet Şaşmazın yad edilməsi üçün bu gün Levent Mərkəz Məscidində ərimin 7-sini verirəm. Bütün dostlarımızı gözləyirəm".
İstifadəçilərin bəzisi Hamaratı qeyri-səmimi olmaqda günahlandırıblar.