Problem (18-08-2015, 17:12)
"Anasından, bacısından, arvadından xəbəri olmayan..."
Teleaparıcı Vüsalə Əlizadə onu və ailəsini sosial şəbəkədə təhqir edənlərə cavab verib.
Teleaparıcı fikirlərini sosial şəbəkədə bölüşüb:
"Evdəki anasından, bacısından, arvadından xəbəri olmayan, ekran arxasında şir, pələngə çevrilən bəzi kişi qırıqları və gecə əxlaqsızlıqla pul qazanıb, səhər evdəki ərinə, qardaşına kontur pulu, siqaret pulu verib özünü kişi kimi göstərən, əxlaqsız küçə varlıqları, ağıllı olun.
Heç vaxt heç kimə hörmətsizlik etməmişəm, heç kim ədəbsizliyimi görməyib, böyük-kiçik yeri bilmişəm. Çünki ailə tərbiyəsi görmüşəm. Bəzi murdar məxluqlar məcbur etdi ki, ağzının payını verim.
Mən əri bir yanda min hoqqadan çıxıb, arvadı başqa yanda kef yaşayan, yalandan "ailəm var" deyənlərdən ola bilmədim, çünki qeyrətim buna yol vermədi, ağzınızı yumun, oldu bitdi, mən sildim, siz də zəhmət olmasa, bu mövzunu bağlayın.
Mən bəziləri kimi səviyyəsiz olub, başına gələnlərlə özümü reklam etmədim, etməyəcəm. Övladımın nələr yaşadığını bir mən, bir Allah bilir. Hələ də bu rəzilliklər davam edir, Allahımın ixtiyarına buraxıb susuram, hər şeyin vaxtı var, danışsam, yer-göy dilə gələr.
Heç kim heç kimin yerinə cavab verməyəcək. Nə geyinirəm, nə yeyirəm, içirəm, hara gedib-gəlirəmsə, özüm bilərəm. Bəzi qeyrətsizlər məni tək və sakit görüb qeyrətə gəlməsinlər. Tək qadın canımla sizi doğulmağınıza peşman edərəm.
Mən uşağımla tək, köməksiz, ac, ehtiyac içində qalanda kimsə mənə əl tutmayıb, çox kişilərdən qeyrətli qadınam. Bir işdən o biri işə qaçıb bala saxlayan qadınların ayağının tozu olmayan kişi qırıqları, bu gün qınadığınız qız, gəlinin yaşadıqlarını sabah sizin bacınız, qızınız yaşaya bilər. Heç kim heç nədən sığortalanmayıb".