Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (10-07-2015, 15:22)
Zaur Kamal: “Günel, həyatında nəyin necə olduğunu yaxşı bilirəm”

Zaur Kamal: “Günel, həyatında nəyin necə olduğunu yaxşı bilirəm”

 

Aparıcı Zaur Kamal müğənni Günel Ələkbərova ilə aralarında baş verən incikliyə aydınlıq gətirib.

Gün.Az xəbər verir ki, aparıcı “5/5” verilişində ondan küsən müğənninin könlünü almağa çalışıb:

“Biz tamaşaçıya şounu təqdim edirik. Qonaqlarımız da özlərini şounun içində hiss edirlər. Bundan incimək, küsmək lazım deyil. Ərk etdiyimiz insanları studiyamıza dəvət edir, zarafatlaşırıq. 

Günel xanım haqda çox yazdılar. Bunlar hamısı zarafat idi. Əyləncəni yalnız burda edirik. Şou bitəndən sonra hər şey başqa cür olur. Kənardan insanlar irad bildirir. 

Biz verilişimizdə heç kimi üz-üzə qoymuruq. Əyləncəyə dəvət etdiyimiz qonaqlarla əylənirik. Onları da əyləndiririk. Sona kimi danışıb, gülürük. 

Amma yan-yörə başqa cür yozur. Günel xanım, xahiş edirəm, belə söhbətlərə fikir verməyin. Özünüz bilirsiniz ki, bizim çox yaxşı münasibətlərimiz var. Biz bir-birimizin xətrini çox istəyirik. Övlad, ailə, bir sözlə, həyatınızda nəyin necə olduğunu yaxşı bilirəm.  

Övladın, həyat yoldaşın, bir sözlə gözəl ailən var. Diləyirəm ki, axıra qədər də bu cür olsun. Biz “Xəzər” televiziyasına dəvət etdiyimiz qonaqlara dəyər veririk.

Xatırladaq ki, verilişin aparıcısı Zaur Kamal qonağı, müğənni Günel Ələkbərovaya qarşı sayğısızlıq edib. 

O, zarafata salaraq ifaçının özəl həyatını məsxərəyə qoyub.

Z.Kamal müğənniyə qızının atasının kimliyindən xəbərdar olub-olmadığını soruşub:

“Ümumiyyətlə, qızının atası kimdir? Uşaq atası ilə heç olmasa telefonla da olsa danışırmı? Yoldaşın evə gecə 12-də gəlir? Uşaq axıra kimi ata deyə biləcək? Deyirlər, toy söhbəti oyun idi, gəldi və getdi. Bunun əlindən mikrofonu alın. Efirdə özünü yaxşı, ağır apar. Şıltaqlığın lazım deyil. Verilişə gec və havalı gəlmisən”.

Aparıcı müğənninin nikahdan kənar uşaq dünyaya gətirməsinə işarə vurub.

Bu sözlərdən inciyən G.Ələkbərova isə “Heç kimin ixtyarı yoxdur şəxsi həyatıma toxunsun. Mən övladımı halallıqla dünyaya gətirmişəm. Qızımız atasının və mənim istəyimlə doğulub. Mən qızımı sevdiyim insandan doğmuşam” -  deyə, açıqlama vermişdi.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024