Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (22-06-2015, 14:52)
Qız qaçırma xəbəri yayılan prodüsser: “Mənə dedilər xanıma kömək lazımdır“

Prodüsser haqqında səslənən şikayətlərlə bağlı açıqlama verib

 

“Nə qız qaçırtması? Ölkə dərəbəylikdir məgər? Elə bir şey olmayıb, ümumiyyətlə mənim heç kimə borcum yoxdur” Bu barədə müğənni Niyam Səlaminin prodüsseri Eldəniz İsrailov ans press-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bunlar sadəcə kimlərinsə uydurmasıdır.
Prodüsser onu da vurğulayıb ki, bir müddət əvvəl Fəridə Əliyeva adlı müğənni ilə tanış olub. Müğənni ondan mahnı almağa köməklik etməyi xahiş edib.
“Fəridə Əliyeva ilə bizim ortaq dostumuz var, onun vasitəsilə tanış olmuşuq. Mənə dedilər ki, həmin xanıma kömək lazımdır, mahnı almaq istəyir. Hansısa bəstəkarla danışmışdılar ki, 4 min manata mahnı alsınlar. Dedim ki, o qədər pula mahnı almaqdansa, 1500 manata mahnı al, 1500 manata da onu aranjeman etdir”.
Prodüsser vasitəsilə mahnı alan müğənni sonradan ondan xoşu gəlməyib: “Onun üçün İsmayıl Əliyevdən mahnı aldıq və aranjeman etdirdik. Hər şey qaydasında idi. Sonradan Nərmin adlı xanımla danışıblar və fikirlərini dəyişib. Nərmin mənə dedi ki, biz bu mahnını istəmirik, onun arenjemanından xoşumuz gəlmir. Dedim xoşuna gəlmir gəl dəyişdirək. Razılaşdıq və problem həll olundu. Hazırda mənim heç kimlə problemim yoxdur”.
Qeyd edək ki, Niyam Səlaminin prodüsseri Eldəniz İsrailov barədə polisə şikayət verildiyi barədə məlumat yayılıb. Məlumatda bildirilib ki, prodüsser borcunu qaytarmamaqda və qız qaçırmaqda günahlandırılır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024