Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (18-02-2015, 14:53)
“25 il adımı düzgün deyən olmayıb“

Dünyanın ən məşhur aktyoru adını dəyişmək istəyib

 

 "Mən hələlik heç vaxt işləmək arzusunu itirməmişəm. Taxtaya vurmaq lazımdır. Mən başqa bir çox şeyi etmək həvəsini itirdiyim üçün özümü xoşbəxt hiss edirəm". Bunu Rusiyanın "Komsomolskaya Pravda" saytına müsahibəsində Al Paçino deyib. 
Aktyor özünü tapa bilmədi pyeslərdə və ssenarilərdə rol almağa razı olmadığını deyir. 
"Adınızı Sonni Skotta dəyişmək istədiyiniz düzdür?" sualına cavabında isə o belə deyib. "Bəli, bu çox vacibdir. Bir zamanlar Amerikada yəhudi, italiyan, ispan, asiya adlarını dəyişmək vərdiş idi. Amerikadakı italiyalıları kinoya çəkmirdilər. Mən uşaq yaşlarımdam səhnədəyəm. Çəkilmək üçün adı dəyişmək lazım idi. Mənim ailəm Amerikaya XX əsrin əvəllərində gəlib. Bir çox aktyorlar adlarını dəyişməli olublar. Məsələn, "Cazda ancaq qızlardır" filmindəki Toni Kertisin əsl adı Berni Şvars idi". 
Aktyorun sözlərinə görə, adını iılk dəfə doğru şəkildə 25 yaşında pedaqoqlardan biri tələffüs edib - Al Paçino. Bu yaşına kimi ona müxtəlif cür müraciət ediblər - Pikani, Pakuni, Pikeno. 
Xatırladaq ki, Al Paçino 25 aprel 1940-cı ildə anadan olub. Onun ən məşhur filmi "Xaç atası"dır. Bu film "Oskar" qazanıb. Aktyor 7 dəfə "Oskar"a nominat olsa da "Qadın ətri"nə görə heykəlciyi qazana bilib. 
Al Paçino nəinki Hollivudun ən məşhur aktyoru, həm də ən arzuolunan subaydır. O, bir dəfə də olsun ailəli olmayıb. Lakin 49 yaşında qızı Culi anadan olub. 61 yaşında isə aktrisa həmkarından əkizləri - Antona və Oliviya doğulub. 
Al Paçinonun 5 ən yaxşı filmi: 
"Xaç atası" (1972 - 1990)
"Çapıqlı üz" (1983)
"Qadın ətri" (1992)
"Dik Treysi" (1990)
"Şeytanın vəkili" (1997)
шаблоны для dle 11.2

Xəbər lenti
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024