Problem (12-02-2015, 15:31)
Elnur Hüseynov yarımfinalda
Türkiyənin məşhur “O səs Türkiyə” yarışmasının yarımfinalına vəsiqə qazanan iştirakçıların adı məlum olub
Mediatv.AZ Lent.az-a istinadən xəbər verir ki, müsabiqənin növbəti mərhələsində yeganə azərbaycanlı iştirakçı Elnur Hüseynov səhnəyə çıxıb. Təmsilçimiz "Exogenesis" simfoniyasından bir parça ifa edib. İfasını bitirdikdən sonra Ebru Gündeş komandasında yarışan E. Hüseynovun ifası barədə bu sözləri deyib: “Elnur, çox qorxunc səsin var. Mən çox insanlara deyirəm ki, “yaxşı səsin var”. Səninlə birgə bu müsabiqədə yarışan iştirakçıların da yaxşı səsi var. Amma sənin səsin bir başqadır. Düşünürəm ki, musiqidən anlayışı olan hər kəs mənimlə eyni fikirdədir”. Sonda açıqlanan nəticələrə görə, E. Hüseynov yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu yarışmanın münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025