Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət / Slayd (19-09-2022, 08:52)
Gəncə Dövlət Filarmoniyasına KİM rəhbərlik edir? - İDDİA

 Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Gəncə şəhərində fəaliyyət göstərən möhtəşəm mədəniyyət kompleksidir və bu filarmoniyanın binası 2012-2017-ci illərdə Cavad xan və Həsən bəy Zərdabi küçələrinin kəsişməsində memar Ramiz Hüseynovun layihəsi əsasında inşa olunub.

Qeyd edək ki, Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü əsasında qoyulur. 1949-cu ildə bu filarmoniyanın fəaliyyətinə xitam verilsə də, 1990-cı ildən yenidən fəaliyyətə başlayır.

1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansambılı fəaliyyətə başlayır. Gəncədə ilk simfonik orkestr 1969-cu ildə Şirin Rzayev tərəfindən yaradılmışdır. Daha sonra xalq artisti Fikrət Verdiyevin rəhbərliyi ilə “Göy-göl ” mahnı və rəqs ansambılı özfəaliyyət olaraq fəaliyyətə başladı.

Heydər Əliyevin təşəbbüsü və köməkliyi ilə “Göy-göl” mahnı və rəqs ansamblına dövlət statusu verildi. Həmçinin bu dövrdə Gəncədə Kamera Orkestri də fəaliyyətə başladı və 1990-cı ildə Gəncədə Dövlət Filarmoniyası yenidən yaradıldı.

Gəncə Dövlət Filarmoniyasına məxsus yeni binanın təməli 21 yanvar 2012-ci il tarixdə ölkə rəhbərinin Gəncə şəhərinə etdiyi səfər zamanı qoyulsa da, onun açılışı 10 noyabr 2017-ci ildə prezident İlham Əliyevin iştirakı ilə baş tutur. 90-larda Gəncə filarmoniyasına rəhbərlik etmiş Şahnaz Haşımova daha sonra isə, yəni yeni inşa olunmuş filarmoniyanın rəhbəri azərbaycanlı tenor, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov təyin olunur. Daha sonra isə ,yəni 11 avqust 2022-ci ilə qədər musiqi sahəsindən olan Elçin Elçiyev direktor vəzifəsini icra edir.

Bu ilin avqust ayının 11-də Mədəniyyət naziri cənab Anar Kərimovun müvafiq əmri ilə, hər hansı bir musiqi təhsili olmayan , özünün dediyinə görə, ADAU-da iqtisadiyyat fakultəsini bitirən Rəşad Rauf oğlu Yusifov Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunur. O halda ortaya belə bir sual çıxır ki, görəsən görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun adını daşıyan filarmoniyaya təyin olunan yeni direktor kimdir və yaxud indiki zamanda ənənəvi olan söz, kimlərdəndir?

Əldə etdiyimiz məlumatlara görə, Rəşad Yusifovun təqdimatında Gəncə Regional Musiqi İdarəsinin rəisi Vasif Cənnətov da iştirak edir. Elə ki, Gəncə Dövlət Filarmoniyasına rəhbərlik edən bu şəxsin həyat və fəaliyyəti ilə bağlı bir qədər araşdırma aparırsan, o halda məlum ki, Rəşad Yusifov əvvəllər Gəncədə tütün məhsullarının topdan satışı işləri ilə məşğul olur, hətta şəhərin mərkəzi ərazilərindən birində çayxana da işlədir.

O halda ortaya belə bir sual çıxır ki, görəsən nə oldu, nə baş verdi ki, Mədəniyyət naziri ticarətçi bir şəxsi Gəncə Dövlət Filarmoniyasına direktor təyin etdi? Ola bilərmi ki, bu adı gedən Rəşad Yusifov adlı şəxs sabiq baş prokuror Zakir Qaralovun 1-ci müavini olmuş Rüstəm Usubovun bacısının nəvəsi olduğuna görə belə bir təyinat

verilir? Əldə etdiyimiz başqa bir məlumata görə, Rəşad Yusifov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovla yaxın qohumluq əlaqəsi olan vəzifə sahibidir. Ola bilər ki , hər sözü-söhbəti Mədəniyyət nazirliyində keçərli olan Vasif Cənnətov, bu şəxsin filarmoniyaya direktor təyin olunması üçün vargücü ilə çalışır, hətta “dəridən-qabıqdan da çıxır”. Qeyd edək ki, Cənnətov soyadını daşıyan bu şəxs illər öncə ADAU-nun iqtisadiyyat fakultəsində ali təhsil aldığından, onun nə musiqidən, nə də sənətşünaslıq elmindən heç bir xəbəri olmaması bu gün görkəmli bəstəkarın adını daşıyan filarmoniyaya incəsənətdən anlayışı olanı deyil sahibkarı təyin olunması üçün canfəşanlıq edib. Yeri gəlmişkən qeyd edək ki, Vasif Cənnətov Mədəniyyət nazirinin 1-ci müavini Elnur Əliyevin də yaxın qohumudur. Yəqin ki, hər iki şəxs arasında olan qohumluq əlaqəsi Rəşad Yusifovun təyinatında olduqca təsirli və keçərli olur. Bütün bunlara baxmayaraq, ortaya fərqli nüaslar da çıxır ki, onlardan da biri nazir Anar Kərimovun, illər öncə XİN-də birgə çalışdığı həmkarı Elnur Əliyevin Gəncə Dövlət Filarmoniyası ilə bağlı verdiyi əmrə əhəmiyyət verməməsi olur. Bəli, bütün bunlar sabiq nazir Əbülfəs Qarayevin sələfi ilə bağlı səslənən ittihamlardır, giley-güzarlardır.

Bir xatırlamanı yada salaq ki, hələ bir neçə il bundan öncə Gəncə Dövlət Filarmoniyasında korrupsiya faktı ortaya çıxdıqdan sonra, bəzi mədəniyyət işçiləri daşıdıqları vəzifələrinə “əlvida” dedilər, bəziləri isə bir-birini əvəzlədilər. Məsələn, Şahnaz Haşımova, Gülçin Mirzəyeva, Samir Cəfərov, Elçin Elçiyev və s. Adı çəkilən bu mədəniyyət işçilərindən sonra daha birisi, sahibkar Vasif Yusifov direktor təyinatı aldı.

Əziz oxucular! Bütün bunlar qəribə paradokslardır. Buradan bir haşiyə çıxıb demək istəyirik ki, Məşədi İbad demişkən “Mən özüm “Tarixi-Nadir” kitabını yarıya qədər oxusam da, amma heçnə anlamadım”. Bəs siz? Yəni ki, atasının , anasının oğlu Rəşad Yusifova 3 gün toy , bir gün kasıb toyu, bir gün varlılar üçün toy, bir gün dindarlar üçün nəzərdə tutulan toy oluna bilər bu mümkündür. Toy deyirlər ki, bir murazdır, amma bu günə qədər eşitmədiyimiz qalmadı, yəni ölkə başçısının Gəncə əhli üçün ərmağan olaraq tikintisinə diqqət yetirərək ərsəyə gətirdiyi Filarmoniyaya belə təyinat?

P.S. Belə bir təyinatdan sonra həm Elçin Elçiyevlə, həm də Vasif Yusifovla əlaqə saxlamağı özümüz üçün borc bildik. Elçin Elçiyevin verilmiş təyinatla bağlı fikri belə oldu ki, filarmoniyanın borcu var, Rəşad Yusifov onları tam şəkildə ödəyəcək. Rəşad Yusifov isə suallarımıza mədəniyyət sahəsindən deyil, məhz özünün qəbulundan, qəbul saatlarından və s. dəm vurdu. Bircə onu anlayıb dərk edə bilmədik ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına inşa olunan və açılış tədbirində şəxsən möhtərəm Prezidentin də iştirak etdiyi filarmoniyanın hansısa məbləğdə borcu olsun, əgər borçu qalıbsa neçə olub ki, ölkə rəhbərliyinin məlumatı olmayıb bu borcdan?
globall.azшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
25 09 2022
25 09 2022
25 09 2022