Kriminal (14-10-2014, 20:13)
akıda İŞİD bayrağı qaldıran hansı məşhurun qohumudur?
Milli Şuranın 12 oktyabr mitinqində İŞİD bayrağını qaldıran Ramin Quliyevlə bağlı yeni məlumat yayılıb.
AzVision.az aznews.az-a istinadən xəbər verir ki, Ramin Quliyev Əbu-Bəkir məscidinin imamı Qamət Süleymanovun qayınıdır. Onun daim Qamət Süleymanovun yanında olduğu, ona köməklik göstərdiyi bildirilir.
Məsələ ilə bağlı danışan Qamət Süleymanov informasiyanı təsdiqləyib:
“Ramil heç vaxt mitinqlərə getmir, onun facebook dostu Ramili mitinqə dəvət edib. Mən onunla söhbət etdim. Ramil mənə bildirdi ki, o yerdə Allah kəlamı yazılmış bayraq görüb və onu ayaq altından götürmək istəyib. Bu zaman polislər onu ərazidən kənarlaşdırıb”.
Qeyd edək ki, Ramil Quliyev bayrağı ona tanımadığı bir şəxsin verdiyini demişdi. Onu da bildirək ki, sələfi təriqətinə görə, hakimiyyətə qarşı çıxmaq, mitinqlərə qatılmaq haram sayılır