Kriminal (4-08-2016, 14:13)
Qafqaz Universitetinin keçmiş dekanı axtarışa verildi
Qafqaz Universitetinin keçmiş dekanı axtarışa verilib.
Mediatv.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Qafqaz Universitetinin İlahiyyat Fakültəsində 3 il dekan vəzifəsini icra edən Sakarya Universiteti İlahiyyat Fakültəsinin müəllimi Davud Aydüz hərbi çevriliş cəhdindən sonra yoxa çıxıb.
Davud Aydüzün həm də Sakarya Universiteti İlahiyyat Fakültəsində çalışan “Hava Qüvvələrinin imamı” Adil Öksüzün müəllimi olduğu məlum olub. 15 iyul hərbi çevriliş cəhdindən sonra Akıncı hərbi hava bazasında tutulan Öksüz məhkəməyə çıxarıldıqdan sonra sərbəst buraxılıb. Hazırda onun harada olduğu məlum deyil.
Ümumilikdə FETÖ/PDY əməliyyatı çərçivəsində Sakarya Universitetində 8 nəfər İlahiyyat Fakültəsindən olmaqla 10 akademik və 1 məmur işdən çıxarılıb. 9 nəfərin işi məhkəməyə göndərilib. Onlardan bəziləri şərti cəza alaraq sərbəst buraxılıb. Adil Öksüz və Davud Aydüzün axtarışları isə davam edir. Aydüzün başqa bir şəxsiyyət vəsiqəsilə xaricə qaçmaq ehtimalı da dəyərləndirilir.