Kriminal (15-07-2016, 23:14)
Ölmüş atların ətini satan şəxslərin məhkəməsi olub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mediatv.az bildirir ki, Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslər Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirli bilinərək, polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar ölmüş və xəstə iribuynuzlu heyvanları, həmçinim atları kəsərək, satmaqda təqsirli bilinirlər. Bundan əlavə onlar spirtli içkiləri standartlara uyğun olmadan, qanunsuz yollarla hazırlamaqda təqsirləndirilirlər.
İttiham aktında qeyd edilir ki, Alıbəy Rzaxanov ət kəsimi müəssisəsinin sahibi olaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Sərdar Şahverdiyev isə həmin müəssisənin faktiki rəhbəri olaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, istehlakçıları aldadıblar.
Satış işlərinə nəzarət edən Tamerlan Abdullayevin barəsində isə həbs-qətimkan tədbiri seçilməyib. Lakin o da təqsirləndirilən şəxs qismində məhkəmə zalında olub.
Təqsirləndirilən hər 3 şəxs ittiham aktında göstərilənlərlə özlərini təqsirli bilmədiklərini deyiblər.
S.Şahverdiyev və A.Rzaxanov Cinayət Məcəlləsinin 200.2.2-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 200.2.3-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham olunurlar.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024