Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (8-06-2016, 11:29)
“İSTİNTAQ SABİQ NAZİRDƏN İFADƏ ALMAQDAN İMTİNA EDİB” - Generalın işində sensasiya

mtn-isi-naxcivana-sicradi-general-veli-esgerov-nezaret-altinda_15676c8224e121-xebervar_com

“Vəli Əlgərovla bağlı cinayət işinin istintaqı demək olar ki, ondan ifadə alınmadan yekunlaşdı”.

Mediatv.az xəbər verir ki, bu sözləri “Azadlıq”a Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun vəkili Vüqar Xasayev deyib.
Qeyd edək ki, Vəli Ələsgərov barədə başlanmış cinayət işinin istintaqı artıq yekunlaşıb. Iş baxılması üçün Naxçıvan Hərbi Məhkəməsinə göndərilib. İş üzrə məhkəmənin hazırlıq iclası iyunun 8-nə təyin edilib. Prosesə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Əliyev sədrlik edəcək.

VUQARVüqar Xasayev bildirib ki, Vəli Ələsgərov mayın 24-də ifadə vermək istəyib. Lakin istintaq onun ifadəsini almayıb: “Adətən təqsirləndirilən şəxslər ifadə verməkdən imtina edir. Vəli Ələsgərovun işində isə əksinə oldu. İstintaq onun ifadəsini almaqdan imtina edərək, tələsik işi məhkəməyə göndərib”.
Vəkilin sözlərinə görə, istintaqın tələsik yekunlaşdırılması bu işdə maraqlı qüvvələrin olması ilə bağlıdır: “Görünür, kimlərsə Vəli Ələsgərovun ifadə verməsini istəməyib. Çünki onun ifadəsi onlara sərf eləmir. Əgər obyektiv araşdırma aparılsaydı istintaq belə tələsik yekunlaşdırılmazdı”.
Vüqar Xasayev əlavə edib ki, bəzi sənədlərin surətləri hələ də onlara verilməyib: “Biz bu surətləri aldıqdan sonra hazırlıq iclasının təxirə salınmasını xahiş edəcəyik. Mən indidən məhkəmənin işinə qiymət vermək istəmirəm. Amma məhkəmə də tez bitsə, bu o demək olacaq ki, işə obyektiv baxılmadı”.
Xatırladaq ki, Vəli Ələsgərov bu ilin martın 7-də həbs edilib. Daha sonra barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
O, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda və digər cinayətlərdə ittiham olunur.
Vəli Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024