Mediatv.az xəbər verir ki, bu barədə virtualaz.org saytına vəkil Vüqar Xasayev məlumat verib.
Vəkilin sözlərinə görə, cinayət işi baxılması üçün Naxçıvan Hərbi Məhkəməsinə göndərilib. İş üzrə məhkəmənin hazırlıq iclası iyunun 8-nə təyin edilib. Prosesə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Əliyev sədrlik edəcək.
Qeyd edək ki, V. Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
O, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda və digər cinayətlərdə ittiham olunur.
Xatırladaq ki, Naxçıvanın sabiq milli təhlükəsizlik naziri, hazırda həbsdə olan Vəli Ələsgərova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 3 maddəsilə ittiham irəli sürülüb: 179.3.2 (dövlət məlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən istifadə etmə) və 309.1 maddələri (vəzifə səlahiyyətlərini aşma). Bir neçə gün əvvəl isə ona Cinayət Məcəlləsinin 302.2 (telefon danışıqlarını qanunsuz dinləmə) maddəsi ilə də ittiham elan olunub.
V. Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.