Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (14-05-2016, 23:14)
Vəli Əsgərov həbs olundu

Vəli Əsgərov həbs olundu

 

Vüqar Xasayev: “Adını da qoydular ki, Vəli Əsgərov ev dustağı ola-ola vəkili ilə skayp-la danışır”

 

Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərovun barəsində həbs qətimkan tədbiri seçilib.
Mediatv.az xəbər verir ki, bu haqda musavat.com-a daxil olan məlumatı sabiq nazirin vəkili Vüqar Xasayev təsdiqləyib. Vəkil deyib ki, mayın 14-də Naxçıvan Prokurorluğuna çağırılan V.Əsgərova deyiblər ki, barəsində cinayət təqibini dayandırmaq niyyətindədirlər: “Səhər Vəli Əsgərovun qardaşı Əli Ələsgərovu Naxçıvan Prokurorluğuna müstəntiq Elşad İbrahimovun yanına çağırdılar. Ona dedilər ki, çox səs-küy salmısınız, qərara gəlmişik ki, Vəli müəllimin işini bir qədər yumşaldaq. Əli Əsgərov da deyib ki, siz işi yumşaldırsızsa, biz də sakit oturacağıq. Bundan sonra müstəntiq növbəti həftənin 1-ci günü Vəli Əsgərovun uşaqlarının doğum haqda, nikah haqda şəhadətnamələrini gətirilməsini tapşırıb. Mayın 14-də, axşamtərəfi 4-5-də Vəli Əsgərovun özünü prokurorluğa çağırdılar. Oradan aparıblar ekspertizaya. Vəli Əsgərov tələb edib ki, bədəni üzərində olan işgəncə izləri qeydə alınsın. Lakin ekspert xəsarətləri qeydə almayıb”. 
 
Vəkil deyib ki, sabiq nazirin tələbi qarşı tərəfi  məhkəməyə. Adını da qoydular ki, Vəli Əsgərov ev dustağı ola-ola vəkili ilə skayp-la danışır. Bu isə ev dustaqlığının şərtlərini pozur. Halbuki Vəli Əsgərova, onun vəkili kimi mənə və digər vəkilinə ev dustaqlığı haqda qərarın surətini verməyiblər. Məhkəmədə ev dustaqlığı haqda qərar həbs qətimkan tədbiri seçilib, özünü isə ona işgəncələr verilən istintaq təcridxanasına göndəriblər”.
V.Xasayev deyib ki, baş verənlərlə bağlı onmbudsmana, Baş Prokurorluğun qaynar xəttinə məlumat verməklə V.Əsgərovun həyatının təhlükədə olduğunu deyib. 
 
Yada salaq ki, V.Əsgərov tutuğu postdn uzaqlaşdırlandan sonra ona vəzifə səlahiyyətlərini aşma və digər maddələlə ittiham elan olunub. Onu yüksək vəzifəli şəxslərin hüzuruna aparıb, orada döyüb, təhqir ediblər. Bu hal dəfələrlə təkrarlanıb. Vəkil deyib ki. V.Əsgərovun başına torba keçirib boğazına kəndir salmaqla asır, ona işgəncə verirlər.
Qeyd edək ki, bundan əvvəl vəkil Eldar Mahmudovun vəzifədə olarkən Vəli Əsgərova Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu və ailə üzvlərini dinləməsi tapşırığını verdiyini, lakin sabiq nazirin tapşırığa əməl etmədiyini açıqlayıb. İddia edib ki, V.Əsgərov tapşırığın icrasından imtina edəndən sonra Eldar Mahmudov onun barəsində kompromat material yığmağa başlayıb. Guya Vəli Əsgərov Bakıya vəzifəyə gəlmək istəyir. 
Bu səpkili dezinformasiyanı Vasif Talıbova ötürüb. Bundan sonra Vəli Əsgərovun başına bu oyunlar gəlib. Vəli Ələsgərov 15 il Naxçıvanın milli təhlükəsizlik naziri olub. Həbsindən bir neçə ay əvvəl general-leytenant rütbəsi verilib. Eldar Mahmudov  milli təhlükəsizlik naziri postundan çıxarılandan sonra onun postuna V.Əsgərovun namizədliyi müzakirə olunub. Vəkilləri bildiriblər ki, onun barəsində çirkin kampaniya bundan sonra başlanıb, özünü həbs edib yaxınlarının əmlaklarını əllərindən alıblar, 50-yə yaxın qohumu işdən qovulub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024