İranın və Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində bu səhər İran vətəndaşları saxlanılıb.
Mediatv.az bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Azərbaycanın Cəlilabad rayonunun Cəfərli kəndində xüsusi əməliyyat nəticəsində İran vətəndaşları Rəhim Fərəci Fitat oğlu və Fərxənqi Narəhməd Rüstəm oğlu saxlanılıb.
Axtarış zamanı onlardan "Kalaşnikov" avtomatı, 30 patron, ov tüfəngi, gecə görmə cihazı və tikanlı məftilin kəsməsi üçün xüsusi avadanlıq, həmçinin 5 kq heroin götürülüb.
Virtualaz.org