Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (15-08-2022, 08:44)
 “Misli” görünməmiş DƏLƏDUZLUQ – udulan məbləğlər niyə verilmir?











 Azərbaycanda yeni fəaliyyətə başlayan bukmeyker şirkəti “Misli” vətəndaşları aldadır. Vətəndaş iddia edir ki, misli.az uduşları ödəmir. Mediatv.az-ın məlumatına görə, “24 saat“a müraciət edən vətəndaşlardan biri bildirib ki, şirkət onun udduğu pulu vermək istəmir.

“Cuiaba Esporte Clube-Atletiko Mineiro klubları arasındakı oyuna 10 AZN pul qoymuşam. Hər iki komandanın qol vuracağını proqnozlaşdırmışam. Kuponum gəlib. Lakin şirkət vurğudum pulu geri qaytarsa da, uduşu vermək istəmir. Uduşun məbləği 55.10 AZN-dir”, – deyə vətəndaş bildirib.

Onun sözlərinə görə, uduşun verilməməsi ilə bağlı heç bir izahat yoxdur. Şikayətçi iddiası ilə bağlı redaksiyamıza sübutlar da təqdim edib.
 







“Misli” Türkiyənin bukmeyker şirkəti olan “Misli.com”un törəməsidir. “Misli.com” ötən ildən Azərbaycanda “misli.az” domeni ilə fəaliyyətə başlayıb. Bu şirkət 2019-cu ildə “Demirören Holding”in tərkibinə daxil edilib. “Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Energetika, daşınmaz əmlak, tikinti, təhsil, liman sahələrini özündə birləşdirən “Demirörən” “Hürriyet”, “Milliyet”, “Vatan”, “Posta”, “CNNTürk”, “Fanatik” və “Doğan Haber Ajansı” kimi ölkənin ən iri media qrupuna sahib holdingidir.

SEDAT PEKER DEMİRÖREN HAQQINDA

Xatırladaq ki, bir müddətdir ki, Türkiyədə “mafiya lideri” olmaqda ittiham olunan Sedat Peker “Demirören Holding” və onun rəhbəri Ərdoğan Demirören barədə ciddi ittihamların yer aldığı paylaşımlar edib:

Pekerin iddialarına görə, Ərdoğan Dəmirörən “Milanqaz”ın keçmiş sahibi Şevki Kurtkayanın dəstəyi ilə Sirkecidə 50 m2 mağazası açıb. Peker iddia edir ki, Şevki Kurtkayanın qardaşları ilə yaşadığı bəzi problemlərə görə Demirörən vasitəsiylə “Milanqaz”da pay aldığını, Demirörənin isə yeraltı dünyasından bəzi şəxslərlə razılaşaraq paylarını geri vermədiyini və beləliklə “Milangaz”ı ələ keçirdiyini iddia edib.

Peker həmçinin Demirörenin “Yorgi Papadolos adlı yunan əsilli qeyri-müsəlmanı öldürdüyünü və xaricə getdiyini bildirməklə bütün malını ələ keçirdiyini” iddia edib.

Peker, əlində olan arxiv məlumatlarının çoxunu ona 5 kisə içində keçmiş İstanbul Asayiş Şöbə müdiri Cəmil Gülmenin həyat yoldaşı Neriman Gülmen tərəfindən verildiyini söylədi.

Belə cinayətlərdə ittiham olunan Demirörenin Azərbaycanın idman mərc oyunlarına nəzarət etməsi özlüyündə müəmmalıdır.

Bildirək ki, “Misli.az” Azərbaycanda “Azərlotereya”nın tərkibində fəaliyyət göstərir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024