Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (11-08-2022, 13:34)
Abdin Fərzəliyev büdcə talançılığına qol qoyan şəxslərə “yaşıl işıq” yandırır


   Məlumdur ki, yerli icra hakimiyyətləri haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Bu Əsasnamənin ümumi müddəalar hissəsində qeyd olunub ki, yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və s. rəhbər tuturlar. Bundan əlavə, təsdiq olunmuş Əsasnamədə o da qeyd olunub ki, icra hakimiyyətlərinin başçıları öz fəaliyyətlərini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar.

      O halda sual oluna bilər ki, 2003-cü ilin aprel ayından Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı, 2005-ci ilin dekabr ayından Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmış, 19 yanvar 2022-ci il tarixdən isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşımaqda olan Abdin Fərzəliyev, görəsən icra başçısı olaraq ötən səkkiz ay ərzində fəaliyyətini qeyd olunan Əsasnamənin tələblərinə uyğun davam etdirib, ya yox? Bu yöndə apardığımız araşdırmalar zamanı elə bir faktlar aşkara çıxarıldı ki, baş verənləri eşidib bildikcə şoka deyil, birbaşa “şökə” düşməli olduq. Məsələn, bu şəxs icra başçısı olaraq daşıdığı vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlardan, ona bu və ya digər yollarla bağlı olan şəxsləri öz ətrafına topladı. Təəccüb və təəssüf doğuran hal odur ki, həmin şəxslərin sırasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin sabiq rəisi Namiq Xıdırov və bu Xidmətdə vaxtilə rəis müavini vəzifəsini daşımış Mehman adlı şəxslər də yer alırlar. Hansı ki, bu iki şəxsin hər biri vaxtilə çalışdıqları sahədə elə bir maxinasiyalara, elə bir qanunsuzluqlara qol qoyurlar ki, son anda onların fəaliyyətləri Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlanılır və külli miqdarda mənimsəmə faktları da aşkara çıxarılır. Belə bir yoxlamalardan sonra istər Namiq Xıdırov, istərsə də Mehman adlı şəxs daşıdıqları vəzifələrinə “əlvida” deməli olurlar və onların heç biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sturukturlarında işlə təmin olunmurlar. Redaksiyamıza çatdırılan məlumatlara görə, Abdin Fərzəliyev bu cür əməl sahibi olan hər iki şəxsi ilk əvvəl Abşeron RİH Aparatında müavin vəzifəsinə təyin etmək istəsə də, sonda o, belə bir məqsədinə nail ola bilmir. Buna da əsas səbəb, keçmiş fəaliyyətləri “qaranlıq olan” hər iki şəxslə bağlı PA-dan razılığın verilməməsi olur. Bu yöndə razılıq əldə olunmasa da, İcra Başçısı özünə bağlı olan hər iki şəxsi heç də işsiz qoymur və Mehman adlı şəxsi Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə rəis, Namiq Xıdırovu isə bu şəxsə müavin təyin edir. Düşündürücü hal o olur ki, belə bir təyinatdan sonra rayon ərazisindəki “JEK”lər ərazilərdəki zibillərin daşınmasına köməklik göstərilməsi məqsədilə, Abadlıq və Kommunal Xidmətlər İdarəsinin büdcəsinə hər ay 17 min manat məbləğində pul köçürməli olurlar. Söz yox ki, belə bir məbləğdə pul köçürmələri RİH başçısının verdiyi tapşırıqlar əsasında həyata keçirilir və bu quruma rayon rəhbərliyi tərəfindən iki ədəd zibil maşını da verilir.

      Qeyd edək ki, sabiq icra başçısı İradə xanım Gülməmmədovanın zamanında zibillərin daşınmasına görə “JEK”lərin əməkdaşları qeydiyyatda olan hər nəfərə görə 30 qəpikdən pul yığırdılar və bunun qarşılığında hər kəsə ödəniş qəbzi də verirdilər. Hətta, qeyri-yaşayış sahələrindən daşınan zibillərin hər kubuna görə 11 manatdan pul alınsa da, buna görə də ödəniş qəbzi verilirdi. Yaxud da ki, ödəniləcək məbləğ ümumi hesaba köçürülürdü. Bəs bu gün nələr baş verir? Baş verən o olur ki, bütün bu kimi işlər Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən həyata keçirilsə də, atılan addımlara görə nə bir kimsəyə ödəniş qəbzi verilir, nə də ki, hansısa hesaba köçürmələr həyata keçirilir.

     Hələ bunlar azmış kimi, rayon ərazisində tikinti işləri aparan hər bir şəxsin Abşeron RİH Aparatının Memarlıq və tikinti şöbəsinə rüsumdan əlavə ödədiyi qeyri-qanunu pulların 200 manatı da, məhz Abadlıq və Kommunal Xidmətlər İdarəsinə verilir. Belə bir addımı atmaqda başlıca məqsəd, guya ki, rayon ərazisində həyata keçirilən təmizlik işlərinə köməklik göstərmək olur. Bu yöndə nə qədər addımlar atılsa da, RİH başçısının verdiyi tapşırıqlar əsasında Mehman adlı şəxsin rəhbərlik etdiyi idarənin büdcəsi aşıb-daşsa da, yenə də Abşeronun ərazisi zibilliklər içində boğulmaqdadır. Diqqəti cəlb edən hallardan biri də, Abdin Fərzəliyevin həyata keçirdiyi idarəçilik sayəsində, Malik Məmmədovun rəhbərlik etdiyi Хırdalan  şəhər  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəliyin səlahiyyətsiz bir quruma çevrilməsidir. Yəni, qanuni əsaslarla şəhər ərazisində təmizlik, işıqlandırma, müəyyən təmir-bərpa və s. kimi işlərin həyata keçirilməsi Nümayəndəliyin səlahiyyətinə aid olsa da, bu gün həmin işləri Abadlıq və Kommunal Xidmətlər İdarəsi həyata keçirməkdədir. Bundan əlavə, bir müddət bundan öncə Хırdalan  şəhər  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəliyi tərəfindən tender keçiriləcəyi elanı verilsə də,   inanırıq ki, bu tenderdə Nümayəndəliyin heç bir rolu olmayacaq. Yəni, keçiriləcək tenderdə Abadlıq və Kommunal Xidmətlər İdarəsi söz sahibi olacaq və bu qurum rəhbərliyinin qərar verdiyi hansısa şirkəti, hansısa MMC-ni və s. mütləq “qalib çıxaracaq”. Bütün bunların kökündə Abdin Fərzəliyevin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə və bu qurumun rəhbərliyində çalışan şəxslərə “isti münasibət” göstərməsi durur. Bu yöndə baş verənləri təhlil edib belə bir nəticəyə gəlmək olar ki, 2003-cü ildən başçı vəzifələrində çalışan və kifayət qədər idarəçilik sahəsində təcrübə qazanan Abdin Fərzəliyev, görəsən ötən illər ərzində özü üçün peşəkar kadrlar tapmadımı ki, o, büdcə talançılığına qol qoyan şəxslərə “yaşıl işıq” yandırmaqda davam edir? Deməli, bu gün Abşeron RİH-nin başçısını rayonun inkişafı, problemlərin aradan qaldırılması və s. o qədər də düşündürmür.

    Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin 25 iyulunda Masallı Rayon İcra Hakimiyyətinə, Lerik Rayon İcra Hakimiyyətinə və Göygöl Rayon İcra Hakimiyyətinə başçı təyin etdiyi şəxsləri qəbul etdi və rayon rəhbərlərinin üzərinə düşən vəzifənin yerinə yetirilmə səviyyəsindən bəhs edib onu da bildirdi ki, “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”. O halda ortaya düşündürücü sual çıxır ki, görəsən ölkə rəhbərinin verdiyi tapşırıqların Abşeron RİH-nin başçısına aidiyyatı yoxdurmu ki, hazırda bu rayonun ərazisində hər cür qanunsuzluqlara qol qoyulması adi məişət məsələlərindən birinə çevrilib? Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzuya qayıdacağıq.

Xeberfakt.az



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024