Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (27-07-2022, 11:20)
Şahin Məmmədov iki rayonun dizini necə yerə gətirib... - ARAŞDIRMA

 Xəbər verdiyimiz kimi, Şahin Məmmədov Prezidentin 25 iyul tarixli sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ş. Məmmədov 2019-cu ildən etibarən Masallı Rayon İcra Hakimiyyətinə rəhbərlik edib.

Lakin onun icra hakimi kimi iş təcrübəsi 18 ilə yaxındır. Belə ki, Şahin Məmmədov 2004-cü ildə Samuxun icra başçısı təyin olunub və 1 il yarım bu vəzifəni icra edib. Daha sonra isə 2005-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinə rəhbər gətirilib və 14 il bu kresloda qalıb. Mediatv.az xəbər verir ki, Bizim.Media-nın araşdırmasına görə, sabiq icra başçısının adı bir sıra xoşagəlməz hadisələrdə hallanıb.

KİV-də yayılan məlumata görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 13 aprel 2015-ci il tarixdə 120 sahibkarın qarşısında çıxışında deyib ki, 2008-ci ildə ona 5 diplomat pul təklif olunub.

Ona həmin pul qarşılığında Haramı və Ergi torpaqlarını satması təklif olunub. Lakin başçı bundan imtina etməyib.

Eyni zamanda Şahin Məmmədovun uzun illər abadlıq işlərinə, sahibkarlara, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara ayırdığı milyonları mənimsədiyi də bildirilir. Sabiq məmurun sahibkarlara qarşı da sərt mövqe tutduğu və bu yolla külli miqdarda sərvət qazandığı deyilir.

Digər bir iddiaya görə, Şahin Məmmədov Ağcabədidə artezian quyusunun qazılmasına və su kəmərinin inşasına ayrılan pulları mənimsəiyib, eləcə də yerin altında qalan çuqun boruları çıxartdırıb 1 milyon dollara satıb. Şahin Məmmədov haqqında bir digər neqativ iddia isə ötən ilin dekabrında ortaya atılıb. Belə ki, həmin vaxt Masallı rayonun kolxoz bazarında aparılan tikinti işlərinin qanunsuz olduğuyla bağlı fikirlər yayılıb.

İcra hakimiyyətinin qanunsuzluğa göz yummasına səbəb kimi isə Şahin Məmmədovun bazara şərik olduğu fikri önə sürülüb.

Təsadüfi deyil ki, adı külli miqdarda mənimsəmədə hallanın Şahin Məmmədovun biznesləri ilə bağlı da xeyli sayda məlumatlar yayılıb. Araşdırma apararkən, onun biznesinin sərhədlərinin Batumi, Dubay, Almaniyaya qədər uzandığı, eyni zamanda icra başçısı olduğu rayonlarda və paytaxtda onlarla mənzil, villasının olduğuyla bağlı məlumatlara rast gəldik.

Xüsusilə də, Ağcabədi şəhərində böyük mağazaların, zavod və sexlərin bir çoxunun məhz Şahin Məmmədova məxsus olduğu qeyd olunur.

Məlumata görə, Ağcabədi şəhərində yerləşən böyük mağazalar, həmin ərazidə maşın yuma sexi, Ənnağı Bunyatov küçəsində böyük mebel mağazası, həmin küçədə maşınyuma və iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexi icra başçısı Şahin Məmmədova məxsusdur.

Əslən Bərdədən olan məmurun doğma rayonunda da xeyli əmlaka, o cümlədən iaşə obyektlərinə və 400 hektara yaxın torpaq sahəsinin sahibi olduğu da yayılan məlumatlar arasındadır.

Eyni zamanda Bakı şəhərində sabiq məmura məxsus olduğu deyilən 10-dan çox mənzil və villa var.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024