Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (25-07-2022, 22:00)
Hacı Qalib: `Bilgəhdəki bağın 80 sotunu Əli Əsədovun əmisi oğluna veriblər`

 “Ağasif Şakiroğlu başından böyük qələt edir. Polisi gətirib qoydurub bağa. Belə şey olar? Müəyyən mafiyoz qüvvələrin tapşırığı ilə bunu edir. İş hazırda məhkəmədədir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədova Sabunçu Rayon Məhkəməsinin hakimi Əşir Səmədovun çıxartdığı qərarı geri qaytarıb ki, işə yenidən baxılsın. Sentyabrın 6-da ikinci Apellyasiya Məhkəməsi olacaq. Mən Ağasif Şakiroğluna qarşı tək özüm 700 min dollarlıq iddia qaldırmışam. Bilmirəm, buna nə vaxt baxacaqlar. Ağasif Şakiroğlunun əlində sənədi varsa, cürbəcür maklerlər niyə üstümə gəlirlər? Yüksək vəzifə sahibləri cəhd edirlər ki, bağlı alsınlar? Xeyr. Bu yer satılmır, satmıram...”
Mediatv.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Hacı Qalib Salahzadə Bilgəhdəki bağ evi barəsində danışarkən deyib.

Q.Salahzadə xatırladıb ki, sözügedən bağa dəfələrlə 25 milyon dollar təklif edənlər olub: “Demişəm, gedin, ölkə rəhbərindən icazə alın, sonra gəlin, söhbət edərik. Mən orda 8 ev tikmişəm. Ağasif Şakiroğlu kimdir ki, evlərimdən birini ala. Azərbaycanda ölkə rəhbərliyindən başqa heç kim mənə heç nə edə bilməz. O mafiyoz qüvvələr mənlik deyil. İndi yox, bunlar mənlə 27 ildir mübarizə aparırlar. Rəsul Quliyev 1995-ci ildə gedəndən sonra başladılar. Bunlar milçək olub heç mənim yanımdan keçə bilməzlər. Mən ancaq ölkə rəhbərliyindən qorxuram, ölkə rəhbərliyinin sözü mənim üçün qanundur. Başqa adamı sayan deyiləm. Ağasif Şakiroğlu çıxıb deyir ki, “bağ məndədir”. Bağ səndə deyil, sadəcə, mən dövlətin qayda-qanununa tabe olan adamam. Bəli, burda polisin də şəxsi marağı var. Ağasif gedib camaata deyir ki, 50 min icraçılara vermişəm, 150 min də məhkəmənin sədrinə. Yəni el-oba, camaat arasında 200 min manat rüşvət verdiyini etiraf edir. Mənim belə şeylərlə işim yoxdur. Ağasif Şakiroğlu yox, Rəsuloğlu! Sən kimsən? Lotusan, “vorzakon”san? Kimsən ki, atmısan özünü ortaya? Deyirsən ki, “Rəsul Quliyev bağı mənə bağışlayıb”. Partiya sədiridir nədir, “geydirmə” şeydir. Danışığına bax, kriminal aləmdə “vorzakon”ların danışığı kimi... Necə yəni bağ mənimdir? İndi qarşısında polis qoydurduğu bağ onundursa, 80 sotu ayırıb necə Bilgəh qəsəbə nümayəndəliyinin sədri, Əli Əsədovun əmisi oğlu Vüqar Əsədova veriblər? Aktlar var, məhkəmə icraçılarının aktı... Şəxsən mən özüm Ağasif Şakiroğlunu burda mühafizə edirəm. Bilmirəm nə vaxt, ancaq Ağasif Şakiroğlu bağa girib-çıxır. Mən özüm onu qoruyuram ki, Allah eləməsin, başına bir şey gəlsə, deyəcəklər Qalib etdirib. Məhkəmə var, qanun var, narahat olmayın...”шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024