Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (7-07-2022, 12:42)
 İpoteka krediti ilə ev alanlar necə aldadılır? - Ekspert danışır

 Son illər ipoteka yolu ilə mənzil almaq niyyətində olan vətəndaşların sayı artıb. İpoteka zəmanət fondunun son məlumatına görə, hazırda indiyədək verilən ümumi ipotekaların sayı 39 min 605 rəqəmini keçib. Ümumi kredit məbləği isə 2.2 milyard manatdan yuxarı olub. Bu onu göstərir ki, həm əhalinin ipotekaya olan marağı artır həmçinin vətəndaşlar kirayə mənzildə yaşamaqdansa, ipoteka ilə mənzil alıb aylıq ödənişi ora verməyi daha üstün hesab edirlər.Mediatv.az xəbər verir ki, əmlak üzrə ekspert Ramil Qasımzadə Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib.

Ekspert ipoteka kreditlərinin hansı şərtlərlə verilməsindən ətraflı şəkildə söz açıb:

“İpotekada da yanaşma iki formadadır. Kreditin verilməsi şərtlərində həm güzəştli, həm də ipoteka kreditləri var. Və ipoteka krediti 8% lə, güzəştli ipoteka krediti isə 4% lə verilir. Güzəştli ipoteka kreditləri ilə bağlı son zamanlarda məhdudiyyətlər tətbiq olunur və hamıya elə də əlçatan deyil çünki müəyyən şərtlər qoyulur. Lakin 8% ilə verilən, kommersiya krediti də adlandırılan bu ipoteka şərti əmək haqqı yüksək olanlar üçün əlçatandır. Vətəndaşlar bir məsələni də diqqətə almalıdırlar ki, sözügedən krediti alan zaman ailə üzvlərinin sayına görə, ehtiyac meyarlarını nəzərə almalıdırlar. Bu da təxminən 200 manata yaxın bir məbləğdədir.

Məsələn, 4 nəfər ailə üzvü varsa, həmin nəfərlərin ümumi gəliri ən azı 1500 manatdan yuxarı olmalıdır. Çünki bu məbləğin təxminən 800 manatı ehtiyac meyarına hesablanır. Bu halda həm vətəndaşın, həm də bankın maraqları bərabər hala gəlir. Bank bu zaman, rahatlıqla əmin ola bilir ki, hər ay ipoteka krediti ödənilə biləcək. Amma bəzən ipoteka ilə MTK-lar da ev satışını həyata keçirirlər. Bu halda çox zaman qiymətlər yüksək qiymətə başa gəlir.

Misal olaraq göstərsək, bu gün real bazar dəyəri 100.000 manat olan bir ev təxminən 20 illik verilirsə, bu alıcı üçün 2 dəfədən də artıq qiymətə başa gəlir. Amma dövlət tərəfindən verilən ipoteka kreditlərində isə bu belə deyil”.

Ən vacib məsələ, bəs vətəndaşlar ipoteka yolu ilə mənzil alarkən hansı nüanslarda diqqətli olmalıdırlar?

1. Vətəndaşlar ilk növbədə əmlakın dəyərinə diqqət etməlidirlər. Real bazar qiymətlərinə uyğun olan ev almalıdırlar.

2. Maliyyə baxımından daha çox itkilərə yol verməmək üçün həmin mənzili qiymətləndirməlidirlər. Bunun üçün mütəxəssislərə müraciət etmək vacibdir.

3. Vətəndaşlar birmənalı şəkildə həmin əmlakın rəsmi çıxışlarının olub-olmaması haqqında məlumatlı olmalı və rəsmi sənədi(çıxarış) olan evi almalıdır.

4. Həmin binadakı kommunikasiya xətlərinə- su, qaz, işıq, internet və digər vacib hesab olunan resurslara və texniki məsələlərə diqqət yetirməlidirlər.

5. Binanın mühafizə məsələsi, fövqəladə hallar zamanı binadakı ehtiyat çıxışlarının olmasına və xüsusi giriş-çıxış yerlərinin necə qorunmasına diqqət yetirmək lazımdır.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024