Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (4-07-2022, 11:10)
Zakir Qaralova güvənirdi, o da yoxdur... İndi nəyi GÖZLƏYİRLƏR?

 Bu yaxınlarda “Xəzər” televiziyasında gedən “Təsir dairəsi” verilişində 12 il əvvəl doğum evlərindən birində ekiz uşaqlardan birinin satılması haqqında sensasiyalı xəbər yayıldı.

Uşağın valideynləri indiyə qədər susubmu, yoxsa susdurulubmu? sualı açıq qalırdı. Bəs bu cür rəzilliyə kim qol qoymuşdu? Kim idi bu mənliyini pula satıb, insanları, ana və atanı 12 il əzaba düçar edən “həkim”? O insanların göz yaşları , ah-naləsi üzərində var-dövlət sahibi olub rəzilliyin ən aşağı qatına enməyi özünə eyib bilməyən bir adama həkim demək nə dərəcədə doğru olar?
Verilişdə səsləndirildi ki, bu “həkim” danışanda hamını hədələyir, “elə etməyin ki o biri uşaqdan da olasınız”! deməklə cəmiyyətə meydan oxuyur.
Araşdırmalarımızın nəticəsi olaraq bu adamın keçmiş Baş Prokuror Zakir Qaralovun yaxın qohumu olan Mehriban Qaralova oluğu məlum olmuşdur. Əmisinin vəzifədən getməsinə baxmayaraq bu xanım hələ də Abşeronda, necə deyərlər, at oynatmaqda davam edir, qeyri-qanuni əməllərindən əl çəkmək istəmir. Necə deyərlər, dəvədən yıxılsa da höt-hötünü yerə qoymur ki qoymur. Dinənə də deyir ki, “əcəb edirəm, pulum var, hamının haqqını verirəm, mən heç kimdən çəkinmirəm".
Əcaba, bu hikkə haradandır? Bu asilik nədən qaynaqlanır ki, Mehriban belə qeyri-mehribanlıq edir?
Əgər vaxtında bu insana “dur” deyən olsaydı yəqin ki belə olmazdı. Yəqin ki, bu yaxınlarda mama-ginekoloq Arzu Bədəlovanın səhlənkarlığı üzündən doğuş zamanı ölən körpələrin ölümü qeydiyyata alınar, ölüm faktı gizlədilməzdi. Yəqin ki onda həmyerlisi olan, daha doğrusu, Qaralovanın cani-qəlbdən bağlı olduğu ( təbii ki burada əsas önəmi pul oynayır) Arzu Bədəlova da layiqli cəzasını alardı. Təəssüf ki, indiyə kimi belə olmayıb. 9 ay sevinclə körpə gözləyən ailələr evə qucağı boş, gözü yaşla dolu dönəndə görəsən onun və Arzu Bədəlovanın analıq hissləri, insanlıq duyğuları dilə gəlibmi? Bizcə yox.
Belə hadisələr əslində Abşeron MX-da çox baş verib və verməkdə davam edir. Lakin Mehriban Qaralova özünə yaxın olan, daha doğrusu onun pul kisəsinbə töhfələr verən işçilərin bu qara əməllərini daim ört-basdır etməklə onları sudan quru çıxarır. Necə ki Arzu Bədəlovanın işində olduğu kimi. Prokurorluğun araşdırması, ekspert rəyinin onun əleyhinə olması belə bu adamın cəzalandırılması üçün yetərli olmadı. Ekspert rəyində göstərilirdi ki, uşağın ölümündə həkim səhlənlkarlığı var və ana bətnində uşaqda heç bir problem olmamışdır. Lakin sən saydığını say. Əsas say Mehribana məxsusdur. Çünki onun sayım tərzi bambaşqadır.
Sosial şəbəklərdə gedən yazılar da bizim fikrimizi təsdiqləyir. Nazim Əhmədov adlı feysbuk istifadəçisi öz səhifəsində yazır ki, “mənim övladım Məhərrəmova Aysel Nazim qızı 19 aprel 2021-ci ildə Mehriban Qaralovanın rəhbərlik etdiyi xəstəxanada müəmmalı şəkildə dünyasını dəyişdi.Bu günə qədər hadisəyə səthi yanaşılır”. Və çarəsiz ata sual verir: “Abşeron Mərkəzi Xəstaxanasını kimlər himayə edir ki, mənim övladımın ölüm səbəbini gizlədirlər?”
Bu və buna bənzər suallar çoxdur. Bu sualların cavabını tapacaq orqanların hərəkətə keçməsi ilə çox qaranlıq mətləblər gün işığına çıxacaq. Biz də bu sualların cavabını arayır və araşdırmalar aparırıq.
Qeyd edək ki, Mehriban Qaralovanın qara əməllərindən və Abşeronda at oynatmasından bezən vətəndaşlar son çarəni Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevaya müraiət etməkdə tapıblar. Bu müraciətin və araşdırmalarımızın nəticələri ilə oxucularımızı da tanış edəcəyik.

P.S. Adı çəkilən tərəflərin də mövqeyini dinləməyə hazırıq.
 //daglar.tv//шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024