Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (30-06-2022, 09:40)
Təhsilin HAVARA QALAN HİSSƏSİ... - İLGİNC İDDİALAR..

  "Bu ilin martın 16-da səlahiyyət müddəti başa çatan Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Havar Məmmədov hələ də vəzifəsində qalmağından ilhamlanaraq universitet kollektivinin başında, belə demək mümkünsə, turp əkməyə başlayıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Mətləbə keçməzdən qabaq qısa haşiyə çıxıb xatırladaq ki, H.Məmmədov Azərbaycan Prezidentinin 2017-ci il 16 mart tarixli sərəncamı ilə 5 il müddətinə BMU-nun rektoru təyin edilib və bu ilin qeyd edilən tarixində səlahiyyətləri başa çatıb və artıq 5 aydır ki, “havadadır”. Onun bu vəzifəyə gələnə kimi Texniki Universitetdə nə maxinasiyalardan çıxdığı, “politexniki pultexnikiyə” və bu elm ocağını alver obyektinə çevirdiyi hamıya bəllidir. Sual yarana bilər ki, belə bir imicə malik, əslində elimə dəxli olmayan adam Qafqaz kimi universitetin yerində yaradılan BMU-ya necə təyinat ala bilib?
Çoxları bəlkə də bilmir ki, H. Məmmədov Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin və Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin birgə sevimli kadrıdır. Məhz Fatma xanımın əli ilə həmin vaxt hakimiyyətdə əsas söz sahibi olan Mehdiyevdən dəstək alan H.Məmmədov BMU-ya rektor təyin olunmaq şansına nail olub və bu məsələdə o vaxtkı təhsil naziri Mikayıl Cabbarova qalib gəlib. Sonuncu bu şəxsin BMU-ya təyinatına qarşı çıxıb. Havar müəllimin bu “qələbəsi” üçün hansı “əziyyətlərə qatlaşması” və ya nə qədər “tərləməsi” başqa söhbətin mövzusudur...
İndi keçək havadakı Havarın BMU kollektivinin con günlər başına gətirdiklərinə. Birdən-birə H.Məmmədovun yadına haradansa nizam-intizam düşüb. Sərtləşən Havar müəllim işə yarım saat geçikən və ya bir qədər tez çıxanlardan izahat almağa və onlara hədə-qorxu gəlməyə başlayıb. Deyilə bilər ki, bu onun rektor kimi səlahiyyətidir. Amma,.. Amması odur ki, bunu dövlətin qayda-qanunlarına riayət edən, nümunə rolunu oynayan adam edə bilər.
Birincisi, bu adam 4 aydır havadadır və əslində səlahiyyəti yoxdur. Sadəcə boşluqdan yararlanmaqla məşğuldur. İkincisi, BMU şəhərin mərkəzində deyil, paytaxt Bakıdan kifayət qədər uzaqda, Xırdalan şəhərinin üzü Sumqayıt istiqamətinə çıxacağında yerləşir. Bu baxımdan məsələn, Əhmədlidən BMU-ya işə gələn şəxsin yarım saat işə gecikməsi insanlıq baxımından normal qarşılanmalıdır. Hamının Havar müəllimin katibəsinin maşını kimi avtomobili və sürücüsü yoxdur axı? Bu o maşındır ki, Havar müəllim onu məhz BMU-nun büdcəsi hesabına katibəsinin işə rahat gəlib-getməsi üçün alıb. Katibə də Havar müəllimin BMU-da işə düzəltdiyi qardaşı ilə birgə (əslində nə işlə məşğul olduğu belə bəlli deyil), zərrə qədər də utanıb eləmədən bu maşında işə gəlib-gedirlər. Belə məsələlərdə səxavətli olan 76 yaşlı Havar müəllim onlara sürücü də tutub. Təbii ki, BMU-nun büdcəsi hesabına. Amma Havar müəllim işçilərinə bayramlarda normal mükafat yazmağa, onların maaşını keçən il 10 faiz yox, 12 faiz artırmağa “pul tapmır”...
İndi siz deyin belə bir adamın işçilərə qarşı haqsızlığının adı nədir? Harınlıq, yoxsa vəzifədə qalmaqdan cuşa gəlmək?
Niyə Təhsil naziri Emin Əmrullayev, nazirliyin səlahiyyətli şəxsləri bu keyfiyyətsiz, yeniliklərlə ayaqlaşa bilməyən kadrı yoxlamırlar? Havar müəllimdəki hansı cazibə qüvvəsi onu bu kreslodan laxlatmağa imkan vermir?"

İddia olunanlarla bağlı  bütün maraqlı tərəfləri dinləməyə hazırıq..шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024