Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-06-2022, 17:51)
“Crocus Construction” MMC Nardaran sakinlərinə QARŞI






 “Bu şəxs heç kənd sakini deyil. Bizə ayrılmış torpaq sahəsinin Sabunçu rayonu, Maştağa kənd bələdiyyəsi tərəfindən ona satıldığını bildirərək ərazini hasara almağa cəhd edib. O, kənd əhalisini təhqir edir, hədələyir, torpağı pulla aldığını, hüquq-mühafizə orqanlarının onun arxasında dayanacağını bəyan edir”.
Mediatv.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Sabunçu rayonu, Nardaran kəndinin bir qrup sakini müraciət edib. Vətəndaşların iddiasına görə, dövlət tərəfindən onlara ayrılan torpaqlardan istifadə edə bilmirlər: “2003-cü ildə, seçkilər öncəsi cənab Prezident İlham Əliyev kənd əhalisi ilə görüş keçirəndə vətəndaşların çətinliklərinə diqqətlə yanaşdı, kənd əhalisinin aztəminatlı ailələrinin hər birinə 12 sot həyatyanı torpaq sahəsi, işsizliyin aradan qaldırılması üçün isə bəzi kənd sakinlərinə əkinçiliklə məşğul olmaq məqsədilə 50 sot torpaq sahəsi ayrılmışdı. Bundan sonra Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndiliyi aztəminatlı ailələri siyahıya aldı və 18 yanvar 2005-ci il tarixində biz-kənd sakinlərinə fərdi yaşayış evinin tikintisi ücün həyatyanı torpaq sahəsinin ayrılması haqqında qərar verdi. Biz də bu torpaqları illərdir ki, əkib-becərmişik. İndi isə vəziyyət dəyişib”.
 






















Kənd sakinləri bildirirlər ki, özünü kənd əhalisinə Rüstəmov Zülfüqar Rüstəm oğlu kimi təqdim edən bir nəfər onlara ayrılmış torpaq sahəsini özününküləşdirib: “Bizə ayrılmış torpaq sahəsinin Maştağa kənd bələdiyyəsi tərəfindən ona satıldığını bildirərək ərazini hasara almağa cəhd edib. Biz kənd sakinləri dərhal Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə məsələ ilə bağlı ərizə ilə müraciət etdik və Zülfüqar Rüstəmovun çıxarılmasını və qanunsuz tikinti işlərinin dayandırılmasını xahiş etdik. Lakin bu günədək polis bölməsi tərəfindən həmin şəxsin qanunsuz əməllərinin qarşısı alınmır. Vəziyyət gərginləşməkdə davam edir”.

Şikayətlə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra başçısının köməkçisi Müslüm Mahmudov “Qafqazinfo”nun sorğusunu belə cavablandırıb: “Bu ərazi üstündə “Crocus Construction” MMC ilə vətəndaş arasında narazılıq yaranıb. Belə ki, vətəndaş kənd bələdiyyəsindən sənədlə torpaq alıb. Daha sonra şirkətlə aralarında mübahisə düşüb. Buna görə qarşılıqlı olaraq bir-birlərini məhkəməyə veriblər. Hazırda da bunlar arasında torpağa görə məhkəmə çəkişməsi gedir”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə saytımıza açıqlamasında bunları deyib: “Zülfüqar Rüstəmovun arxasında hüquq-mühafizə orqanlarından kiminsə dayanması ilə bağlı iddiaları tam əsassızdır. Kənd sakinlərinin müraciəti ilə bağlı 42-ci Polis Bölməsində ilkin tədqiqat araşdırılması aparılmaqla toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Hazırda iş üzrə araşdırmalar davam etdirilir. Vətəndaşların müraciətləri ilə bağlı araşdırma aparılır. Bununla bağlı vətəndaşlarda hər hansı narahatlıq varsa, Sabunçu Rayonu Polis İdarəsinə, istintaq şöbəsinə yaxınlaşaraq işin gedişatı ilə tanış ola bilərlər”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024