Karusel / Slayd (1-06-2022, 12:20)
Texniki Universitetdən NARAZILIQ VAR!
Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və Logistika fakültəsini 2021-ci ildə bitirən, amma bu günə kimi diplomunu ala bilməyən Davudov Pərviz Rahim oğlu Prezident Administrasiyasının humanitar, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevaya üz tutdu, ondan kömək istədi.
DİA.AZ xəbər verir ki, faktinfo.az saytına təkrar müraciət edən Pərviz Davudov Prezident Administrasiyasının şöbə müdirinə müraciət edərək qeyd edir ki, o Sumqayıt Dövlət Universitetindən Azərbaycan Texniki Universitetinin Menecment fakültəsinə köçürülüb. Orada 1 il oxuduqdan sonra AzTU rəhbərliyinin qərarına əsasən, Nəqliyyat və Logistika fakültəsinə köçürülüb. Üç il Nəqliyyat və Logistika fakültəsində ödənişli əsaslarla (5200 AZN) oxuyub. AzTU-nu 2021-ci ildə bitirib. Bütün məzunların diplomu verilməsinə baxmayaraq o, Təhsil Nazirliyi ilə AzTU arasında qalaraq, diplomunu ala bilmir.
Şikayətçi məzun Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyevanın diqqətinə çatdıraraq onu da bildirir: "Universitet rəhbərliyi Nəqliyyat və Logistika fakültəsinə köçürüldüyüm zaman Təhsil Nazirliyinə göndərilən məktubda bir çox tələbənin adının siyahıda olduğunu, mənim adımın isə texniki səhv olaraq, qeyd edilmədiyini əsas götürərək, diplomumun verilməsini mümkünsüz hesab edir."
Pərviz Davudov onu da bildirir ki, AzTU tərəfindən Təhsil Nazirliyinə ünvanlanan məktuba cavab da gəlib. Məktubda deyilir: "Davudov Pərviz Rahim oğluna diplom verilməsi uyğun deyildir."
Sonda Pərviz Davudov Prezident Administrasiyasının şöbə müdirinə üz tutaraq bildirir: "Mən məntiqsizliklə qarşılaşmışam. Mənə diplom vermək istəməyən Təhsil Nazirliyi rəsmlərinin və Azərbaycan Texniki Universitetinin hazırkı rəhbərliyinin fikirlərində məntiqə zidd ifadələr var, buradakı anlaşılmazlığı aradan qaldırmaq istəmirlər. Sual olunar, baş vermiş texniki səhvi mənmi etmişəm ki, şəxsimə diplom verilmir? Və yaxud, mənim fakültədən-fakültəyə keçirilməyimdə uyğunsuzluq var idisə, nədən köçürülmüşəm?
Digər tərəfdən isə hesab edirəm ki, Təhsil Nazirliyi tərəfindən mənə diplom verilməsi məqsədə uyğun hesab edilmirsə, niyə bu uyğunsuzluğa rəvac verənlər cəzalandırılmayıb? Demək ki, kimlərsə cəzalandırılmayıbsa, necə mənə diplom verilməsi uyğun hesab edilməyə bilər? Mən öz yanımdan Menecment fakültəsindən gedib, Nəqliyyat və Logistika fakültəsində 3 il parta arxasında necə oturmuşam ki, bundan o zamankı rektor əvəzi Xalıq Yahudovun, Tədris Hissə şöbəsinin müdiri Zakay Şayevin xəbəri olmayıb?
İndi məntiq kimin tərəfindədir, mənim, yoxsa "Davudov Pərviz Rahim oğluna diplom verilməsi uyğun deyildir. "- yazan Təhsil Nazirliyinin. Görəsən, Təhsil Nazirliyi rəsmisi Azərbaycan Texniki Universitetinin məktubuna cavab ünvanlayarkən, qismən də olsa düşünə bilmədimi ki, hansı məntiqə əsaslanaraq belə yazıram. Yəni, bir tələbənin İLLƏRİNİN üzərindən xətt çəkmək bu qədər asandır?!
Faktinfo.az onu da bildirir ki, sonda Pərviz Davudov Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyevanın baş vermiş bu yanlışlığın aradan qaldırılmasında ona köməklik göstərməsini istəyir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024