Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (6-01-2022, 09:26)
Texniki Universitetdə YENİ OYUNBAZLIQLAR.

 



 "Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu, yenə də ictimaiyyətə müraciət etmək məcburiyyətindəyik". DİA.AZ bildirir ki, bu barədə AzTU-nun bir qrup müəllimi adından edilən müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: "Bəli, Azərbaycan Texniki Universitetinin (AzTU) başına gələnlər, daha doğrusu, başına gətirilənlər azmış kimi indi də AzTU Azərbaycanın iki böyük regional klanının arasında rəqabət meydanına çevrilməkdədir ki, bu da universitetə yaxşı heç nə vəd etmir. AzTU-nun keçmiş 71-illik tarixində nə var idisə, regionçuluq və yerliçilik yox idi. Məsələ bundadır ki, AzTU-nun rektoru Vilayət Vəliyev bu regional klanların birinin, universitetdə vəzifəcə ikinci şəxs sayılan Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli isə digər, daha möhtəşəm klanın nümayəndəsidir və həmin rəqabət onların arasında N.Yusifbəyli 2021-ci ilin yanvar ayında prorektor təyin edilən vaxtdan başlamışdır. Etik mülahizələrdən həmin klanların hansı regionları təmsil etdiyini demirik, anacaq bu, onsuz da hamıya məlumdur. N.Yusifbəyli universitetə gələn gündən bilərəkdən, ya bilməyərəkdən informasiya sızdırmışdır ki, o, buraya yaxın vaxtlarda rektor təyin edilmək üçün göndərilmişdir və bu vaxtın çatmasını gözləyir. Hamı görür ki, hazırkı rektor universiteti necə xaosa çevirmiş, idarə edə bilmədiyini sübuta yetirmişdir və onun vəzifədən kənarlaşdırılacağı artıq zaman məsələsidir. Onda, N.Yusifbəyli universitetdə ikinci adam kimi dərhal onun yerini tutacaq və sonra onun bu vəzifəsi təsdiq ediləcək. Buna görə də universitetdə vəziyyətin daha da kəskinləşdirilməsi, daha da pisləşdirilməsi, dözülməz dərəcəyə çatdırılması N.Yusifbəylinin də marağındadır və o, bunun üçün “öz zəhmətini” də əsirgəmir. Əlbəttə ki, AzTU-da “xəbərçilik xidməti” yüksək səviyyədə təşkil edildiyindən, bu xəbər rektora çatmamış deyil. Bütün bunlar isə Texniki Universitetin başında çatlayır və onu dağıdır. Rektor Vilayət Vəliyev universitetdə işlədiyi bu iki ildə tədricən prorektorların dəyişdirilməsinə nail olmuş və bu vəzifələrə öz adamlarını gətirmişdir. Ancaq, bu məsələ təkcə onun səlahiyyətində deyil və bu, Təhsil Nazirliyindən də asılıdır. Belə ki, prorektorlarda ikisi – Tədris işləri üzrə prorektor N.Yusifbəyli və Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Kamran Rəsulov AzTU-ya Təhsil Nazirliyi tərəfindən, rektorun iradəsinin əksinə olaraq təyin edilmişlər və V.Vəliyev onları heç cür "həzm edə bilmir". Həm də Kamran Rəsulov rektorun bu yaxınlarda vəzifəsindən uzaqlaşdırılmasına nail olduğu və yerinə öz adamını gətirdiyi keçmiş Təsərrüfat işləri üzrə prorektor Abuzər Mirzəliyevin doğma kürəkənidir. Görünür, Kamran Rəsulovun başqa, daha güclü himayədarı vardır. Ancaq, bu elə də (hər halda universitet üçün) əhəmiyyətli məsələ deyil. Daha əhəmiyyətli və rektoru narahat edən məsələ isə Nurəli Yusifbəylinin prorektor təyin edilməsidir və belə görünür ki, rektor N.Yusifbəylinin nəfəsini özünün arxasında və yaxınlığında daim hiss etməkdədir. Belə ki, N.Yusifbəyli texnika üzrə mütəxəssisdir, mühəndis təhsili alıb, texnika elmləri doktorudur, istehsalatda kifayət qədər yüksək vəzifələrdə çalışıb, bununla yanaşı, nominal da olsa təhsil sahəsində də işləyib. O, istehsalatda işləməklə bərabər, 10 ildən artıq müddətdə elə AzTU-nun özündə 0,5 ştat üzrə dərs deyib, sonra isə 2-3 il Azərbaycan Dövlət Neft və Sənaye Universitetində hətta kafedra müdiri olub. Ancaq, buna baxmayaraq, o da professional təhsil işçisi deyil və təhsil sistemində nominal olaraq işləyib. N.Yusifbəyli AzTU-ya gəldiyi ilk gündən digər prorektorlardan fərqli olaraq, "burada mən də varam" prinsipi ilə işləməyə başladı. Bu da aydın göründüyü kimi, avtoritar idarəetməyə adət etmiş rektor V.Vəliyevi narahat etməyə bilməzdi. Görünür, bu narahatlığın nəticəsi olaraq, bu ilin iyun ayında belə bir əhvalatın şahidi olduq. Rektor təklif edib ki, onun Türkiyədən dəvət etdiyi AzTU-nun Elm və innovasiyalar üzrə prorektoru Elmas Çətin AzTU-nun professor müəllim heyətinə mühazirə demək qaydaları, mühazirə üçün əyani vasitələrin, elektron təqdimatların (yəni, prezentasiyaların) necə tərtib edilməli olduğu haqqında onlayn rejimdə "təlimat" keçirsin, yəni onları öyrətsin.. Sonra məlum oldu ki, bu, tədris işləri üzrə prorektorun başı üzərindən, onunla əlaqələndirilmədən edilmişdi və o, birinci iclasda iştirak etmədi.

"Təlimatın" birinci iclası nisbətən sakit şəraitdə keçdi, lakin, AzTU müəllimləri tərəfindən ironiya ilə qarşılandı. "Təlimatın" ikinci iclası isə daha canlı və konfliktli şəraitdə keçdi və AzTU-nun təcrübəli müəllimlərindən bir neçəsi sonda öz narazılıqlarını bildirdilər ki, yəni biz 30-40 ilin müəllimləri bunları bilmirik ki, bizə bunları öyrədib, adını da "təlimat" qoyursunuz, "bizə təlim keçmək lazım deyil". Bu iclasda artıq prorektor N.Yusifbəyli də iştirak edirdi və o da çıxış edərək, anlatdı ki, bu, tədrisə aid məsələdir və mənim səlahiyyətimdədir və işarə vurdu ki, əgər mənə kömək etmək istəyirsinizsə, buna görə çox sağ olun. İş o yerə çatdı ki, iclasda iştirak etməyən rektor onlayn "təlimata" təcili qoşularaq, iştirakçıları sakitləşdirməyə çalışdı".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləmıyə hazırıq...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024