Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (14-12-2021, 22:12)
Şəmkirdə Fazil Məmmədov hakimiyyəti: Mahir Rəfiyev kimdir ?

 




 

Fazil Məmmədov 17 ildən artıq Vergilər naziri vəzifəsində işlədi. Bu illər ərzində vergi siyasəti ilə yanaşı, Fazil Məmmədov Şəmkir, Gədəbəy, Qazax, İsmayıllı və Binəqədi rayonlarının “qeyri-rəsmi kuratoru” statusunu daşıdı. Bu rayonlara icra başçısı təyinatları birbaşa Fazil Məmmədovun təqdimatı əsasında həyata keçirildi. Fazil Məmmədov belə xüsusi imtiyazlar əldə etdikcə, əhatə dairəsini genişləndirməyə çalışdı. Vergilər Nazirliyində toplanılan əlavə pulları ətrafında və tabeçiliyində olan işçilərə yüksək “paket” verməklə, bir çox kadrları öz çətiri altında toplamağa nail olmuşdu.

İnternet resurslarında 2014-cü ildə “FAZİL MƏMMƏDOV "VURAN ƏLİNİ" NİYƏ İCRA BAŞÇISI GÖNDƏRDİ? - Siyahıda daha kimlər var?” başlıqlı yazıda çox geniş təhlillər aparılmışdır. Bu yazıda ən çox diqqət çəkən məqam Fazil Məmmədovun müşaviri Mahir Rəfiyevin Neftçala rayonuna başçı təyin olunması üçün görülən işlər idi.

 


MAHİR RƏFİYEV KİMDİR ? RƏŞAD TAĞIYEVLƏ NƏ ƏLAQƏSİ ?

Haqqında intertet resurslarında apardığımız araşdırmanın ŞOK nəticələrini Sizlərə təqdim edirik. Oxucularımızdan çox diqqətli olmağı xahiş edirik.

Mahir Əhmədağa oğlu Rəfiyev 1963-cü ildə Neftçala rayonunda anadan olub. 1981-1985-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Deyilənlərə görə Fazil Məmmədovla tələbə yoldaşı olublar. 1985-1987-ci illərdə Almaniya Federativ Respublikasında hərbi xidmətdə olub. 1988-1994-cü illərdə Neftçala rayonunda müxtəlif işlərdə, o cümlədən Neftçala rayon İcra Hakimiyyətində işləyib. Sonradan özəl sektora transfer olunan Mahir Rəfiyev, ləğv olunan günə qədər Fazil Məmmədova məxsus olan, Ata Bank ASC-nin İdarə Heyətinin sədri və Fazil Məmmədova məxsus olan digər şirkətlərin rəhbəri olmuşdur. Nəzərə alsaq ki, Rəşad Tağıyev də əslən Neftçala rayonundandır, atası mərhum Ənvər Tağıyev uzun müddət Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyib, araşdırmamız getdikcə maraqlı olur.

Mahir Rəfiyev sonradan Vergilər Nazirliyində müxtəlif yüksək vəzifələrdə, o cümlədən baş idarə rəisi, nazir müşaviri işlədiyi zamanlarda Fazil Məmmədovun Çexiyada biznesini idarə etməyinə dair internet resurslarında bir çox məlumatlar vardır.

Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, Ukraynada Hüquq üzrə maqistr təhsili almışdır. 2003-cü ildən, yəni 22 yaşından İqtisadiyyat Nazirliyində işə başlamış, 2007-2013-cü illərdə, yəni Fərhad Məmmədov həbs olunandan 2 il sonra, “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

Əgər diqqət yetirdinizsə, Rəşad Tağıyevin karyerasının uğurlu qurulmasında, gənc yaşlarında irəli çəkilməsində Mahir Rəfiyevin nə qədər xidmətləri olmuşdur.

  

Fazil Məmmədovun Şəmkir rayonunda bir çox biznes obyektlərinin mövcud olması haqqında artıq hər kəsin məlumatı var. Rayonda dolaşan söz-söhbətə görə 2017-ci ilin dekabr ayında Fazil Məmmədovun işdən azad olunmasından sonra, öz doğma rayonuna qayıdaraq burada müəyyən tikinti işlərinin aparılmasına çalışmışdır. Lakin Alimpaşa Məmmədovun dirənişi nəticəsində Fazil Məmmədovun işləri dayandırılmışdır. Bu zaman Fazil Məmmədov Alimpaşa Məmmədovdan kompomat toplamaq üçün, zamanında özünün dəstəyi ilə vəzifəyə təyin olunmuş, özünün yaxın qohumu Qüdrət Əliyevi işə salır. Qüdrət Əliyev Şəmkir rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini kimi Alimpaşa Məmmədovun bütün işlərindən həm xəbərdar idi, həm də artıq güvənini qazanaraq bütün rüşvət və korrupsiya əməllərinin icraçısı idi. Və məqam yetişən anda bütün məlumatlar aidiyyəti dövlət orqanlarına ötürülür və Alimpaşa Məmmədov həbs olunur.

RƏŞAD TAĞIYEVİ İCRA BAŞÇISI KİMİ ÇARƏSİZ EDƏN NƏDİR ?

Alimpaşa Məmmədov həbs olunandan sonra Şəmkir rayonuna başçı təyinatı uğrunda amansız mübarizə başladı. Bir çoxları Fazil Məmmədov faktorunu təmiz unudaraq, yeni təyin olunacaq kadrın birbaşa mərkəzi hakimiyyətə tabe şəxs olacağını gözləyirdi. Alimpaşa Məmmədov Şəmkir rayonuna rəhbərlik etdiyi dövrlərdə belə, heç vaxt kadr məsələlərində sərbəst olmamışdır. Təyin etdiyi bütün kadrları Fazil Məmmədovla razılaşdırmışdır.Təbii ki, Rəşad Tağıyevin icra başçısı təyin olunmasında nə Mahir Rəfiyevin, nə Fazil Məmmədovun heç bir rolu olmamışdır. Rəşad Tağıyevin 2013-cü ildən sonrakı karyerasına nəzər salaq:  2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.2018-2020-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, son təyinata qədər isə Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. Lakin apadığımız gərgin təhlillər nəticəsində aydın olur ki, Fazil Məmmədov Mahir Rəfiyev vasitəsi ilə əlaqələrini işə salaraq, Rəşad Tağıyevin Şəmkir rayonunu idarə etməsinə çox ciddi təsirlər göstərməkdədir. Elə bunun ən ciddi sübutu Qüdrət Əliyevin hələ də Təhsil Şöbəsi kimi böyük və vacib strateji sahəyə rəhbərlik etməsi və günü gündən Rəşad Tağıyevə yaxınlaşmasıdır. Digər maraqlı məqam, İcra Hakimiyyətində Alimpaşa Məmmədovun dövründə Fazil Məmmədovun “xeyir-duası” ilə təyin olunmuş başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayevanın və digərlərinin işlərində qalmalarıdır.

Bununla da əmin ola bilirik ki, Şəmkirdə yeni Fazil Məmmədov erası başlanmaqdadır. Rəşad Tağıyev Mahir Rəfiyevə, Mahir Rəfiyev isə Fazil Məmmədova mənəvi borcunu ödəmək üçün məqam və zaman yetişmişdir...

Araşdırmalarımız davam edir…


 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024