Azərbaycanda kirayədə yaşayan deputatlar içərisində Emin Hacıyevin də adı çəkilir. TİA. Az jurnalist Samir Feyruzova istinadən onunla bağlı maraqlı məlumatları təqdim edir. Yəqin ki, bir çoxları belə bir deputatın mövcudluğundan xəbərsizdir. İddia edirlər ki, o, imkansızdır və kirayədə yaşayır.
E.Hacıyevin qardaşı Fərhad Hacıyev Gənclər və İdman nazirinin müavini vəzifəsində çalışır.
F.Hacıyevin də qaynatası ölkənin ən böyük marketlər şəbəkəsindən birinin sahibidir.
Nazir müavinlərinin, onların qardaşlarının, ailə üzvlərinin maddi vəziyyəti isə hər kəsə bəllidir.
Qayıdaq E.Hacıyevin özünə… 39 yaşlı bu cavan oğlan hələ 2008-ci ildə “Azərbaycanda ipoteka mənzil kreditləşməsinin formalaşması və inkişafı” mövzusunda namizədlik dissertasiyası yazıb.
Maraqlıdır, ev almağın yollarını araşdırıb bu sahədə alimlik dərəcəsi alan adam indiyə qədər necə evsiz qalıb? Özü də əvvəllər nazirlikdə, baş konsulluqda işləyəsən, qardaşın nazir müavini ola, tikinti maqnatı olan xeyli dostların da sənin qulluğunda dura… Gülməlidir, deyilmi?!
Yaxşısı budur, digər “evsiz” deputat Şahin Seyidzadə kimi “siz kirayədə qalırsınızmı?” sualına belə cavab verəsən: “Adıma ev və mənzil yoxdur…”
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024