Karusel (26-11-2014, 11:33)
Niyə Azərbaycandan istənilən ABŞ-dan istənilmir?
ABŞ və Azərbaycanın qanunları nə ilə fərqlənir? Mahiyyətcə heç nə ilə. Hər iki ölkədə istənilən qanunazidd hərəkət qanunla cəzalandırılmalıdır. Lakin burada "malı" şəkilçisində bir uyğunsuzluq var
ABŞ və Avropanın fikrincə, bu ölkələrdəki "malı" köklü şəkildə Azərbaycandan fərqlənir.
ABŞ-ın Ferqyuson şəhərində baş vermiş kütləvi iğtişaşlar bunun bariz nümunəsidir. Polislər iğtişaşlar zamanı 80-dən artıq etirazçını həbs ediblər. Onlar qarətdə, yanğın törətməkdə və qanunsuz kütləvi aksiyalarda ittiham olunurlar.
"Reuters" və "Associated Press"in yazdığına görə, nümayişçilər onlarla binanı və bir neçə polis avtomobilini yandırıblar. Bir çox mağaza və restoranlarda vitrinlər dağıdılıb. Məlumata görə, şəhərdə soyğunçuluq halları baş verir. Ferqyuson şəhərinə Milli Qvardiyanın əlavə qüvvələri yeridilib və fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Baş verənlərin təfərrüatına varmayacağıq. Axı istənilən ölkədə iğtişaşlar "qanunazidd hərəkətlər"dən başqa cür adlandırıla bilməz. Maraqlı olan başqa şeydir.
Azərbaycanda əlaltılardan ibarət qəzəbli kütlə belə hərəkətlər edərkən və polis onlara qarşı qanunvericiliklə nəzərdə tutulmuş adekvat addımlar atarkən Qərb neqativinin bütün ağırlığı ölkəyə qarşı yönəlir.
Belə çıxır ki, Qərb siyasətçiləri bütün baş verənlərə barmaqarası baxmağı, olanlara müdaxilə etməməyi, soyğunçuları, yanğın törədənləri, qanunsuz aksiya iştirakçılarını saxlamamağı təklif edirlər.
Bəs o zaman özləri niyə belə etmirlər?
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024