Karusel (22-11-2014, 15:55)
Beyləqanda hərbi tədbir, icra başçısı əsgər və zabitlərə mükafat verdi - FOTO
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beyləqan rayonu İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə " Hər birimiz Vətən üçün bir əsgərik” devizi altında 21 noyabr 2014-cü il tarixdə, Beyləqan şəhər Mərkəzi stadionunda kütləvi vətənpərvərlik tədbiri keçirilib.
Rayondan Mediatv.az-a veriən məlumata görə, Beyləqan rayonu İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hərbi hissənin korpus komandirləri, qonaqlar Ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə tər gül-çiçək dəstələri düzüblər. Sonra Beyləqan şəhər Mərkəzi stadionunda kütləvi vətənpərvərlik tədbiri Azərbaycan Respublikası Himninin sədaları altında tədbir başlanıb.
Tədbir ədəbi bədi kompozisiya ilə davam edib.
Tədbirin sonunda rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxış edərək, tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib. Daha sonra isə icra başçısı bir sıra əsgər və zabitləri qiymətli hədiyyələrlə mükafatlandırıb.