Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-11-2014, 21:22)
İnternatın tualetində çimizdirilən uşaqlar danışdı- Fotolar

Dünən Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbində çəkilmiş videonun təfərrüatları məlum olub. 

 

Hazırda internat məktəbində olan Mediatv.az ın əməkdaşı xəbər verir ki, məsələ barədə videoda görüntülənən uşaqlar və məktəbin direktoru danışıb. 

İnternatın müdiri Gülnarə Abdullayevanın açıqlamasına görə, dünən günorta saatlarında belə bir hadisə həqiqətən də baş verib:

“Məktəbin həm müəllim, həm də tərbiyəçisi olan Mülkicahan Əliyeva xüsusi qayğıya ehtiyacı olan iki uşağı sinif otaqları olan korpusdan yataq korpusunun tualetinə gətirib. Tualetdə birini soyunduraraq, digərinin əlinə şlanq verib. Bundan sora həmin səhnəni videoya çəkib. Və görüntülər internet vasitəsilə yayılıb. Biz hadisə barədə axşam saat 5-də bildik. Bu gün həmkarlar təşkilatının yığıncağını çağırıb, əmək məcəlləsinə əsasən həmin müəllimi vəzifəsindən azad etdik. Mülkicahan Əliyeva 16 il burada çalışıb, daha əvvəl isə direktor  müavini olub. Hüquq müdafiəçilərinin videonu yaymağını qınayıram, bu məsələdə hansı məqsəd güdməklərini də başa düşmürəm. Həmin müəllimə bu ilin sentyabr ayında yanıq hadisəsi zamanı töhmət almışdı. Ondan dəfələrlə həm uşaqlar, həm müəllimlər tərəfindən şikayətlər edilib. Kollektivi iflic vəziyyətə gətirmişdi”. 

Məlum videonun əsas qəhrəmanları əlində şlanq olan Ramin Nəzərov və çimdirilən Tural Fətullayevin birinin 10, digərinin isə 11 yaşı var. Onlar da hadisəni direktorun dediyi kimi təsvir edirlər:

“Müəllim gətirdi bizi bura. Şlanq verdi əlimə, dedi ki, Turala tərəf tut və sonra başladı bizi çəkməyə...”

Maraqlısı isə budur ki, internat məktəbinə gələn Ramin Nəzərovun valideyni Gülzaman Muradova direktorun dediklərini təkzib edib:

“Birincisi uşağın görüntüsünün qoyulmağından narahatam. Lazım gəlsə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Amma Mülkicahan Əliyeva haqqında indiyə kimi pis heç nə eşitməmişəm. Onun kiminsə xətrinə dəyməyini və ya uşaqları təhqir etməyini də görməmişəm”.

Əməkdaşımızın uşaqlardan öyrəndiyi məlumata görə, hadisəni birinci dəfə Seymur adlı uşaq görüb və müdirə də şikayət edən məhz həmin uşaq olub.

İnternat evinin baş tərbiyəçisi Günay Pənahova isə bildirib ki, məktəbdə qayğıya ehtiyacı olan uşaqların sayı direktorun dediyi kimi 208 yox, 230-dur. Şagirdlərin ümumi sayı isə 1030 deyil, 1037-dir. 

Günel Türksoy

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024