Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (20-11-2014, 20:15)
PKK liderlərinin peşmərgəyə təlim keçdiyi üzə çıxdı

PKK liderlərinin peşmərgəyə təlim keçdiyi üzə çıxdı

 

1990-cı ildə PKK-a üzv olduqdan sonra terror təşkilatında yüksək vəzifəyə yüksələn Doktor Süleyman kod adlı Sait Çürükkayanın peşmərgəyə savaş təlimi keçdiyi məlum olub. Çürükkaya PKK-ın Mərkəzi Komitəyədək yüksələ bilmişdi. 

Öcalanın Kenyada tutulub Türkiyəyə gətirilməsindən sonra bir qrup dostu ilə PKK-nı tərk edib. PKK-nı tərk edən Çürükkaya daha sonra Almaniyaya yerləşib. Almaniyada bir universitetdə konsaltinqlə məşğul olmağa başlayıb.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Bingöldə 33 əsgərin şəhid olmasında adı keçən Çürükkaya bu iddiaları yalanlayıb. O, deyib ki, bu Ərgənəkon cinayətinin gizli şahidi, Öcalanın sağ əli Həmzə Bindal tərəfindən uydurulmuş ittihamdır.

İHA əməkdaşına müsahibə verən Çürükkaya 1993-cü ildə Bingöldə şəhid edilən 33 əsgərin qətlinin ərazi üzrə məsuliyyət daşıyan Zeynel kod adlı Celal Bayrak təşəbbüsü ilə gerçəkləşdirildiyini bildirib: 

“O müddətdə atəşkəs açıqlamasından sonra bölgədəki əməliyyatlar dayanmadan davam edirdi. Xeyli sayda PKK üzvü öldürüldü. Abdullah Öcalan atəşkəs elanından sonra PKK-nın verdiyi itkilərlə bağlı “Heç bir şey edə bilmirsizsə, yolları tutun. Oradan keçən əsgərləri vurun” təlimatı verdi. Bu təlimatdan sonra Bingöl-Elazığ yolunun qarşısı bir qrup tərəfindən kəsilərək silahsız səyahət edən əsgərlər öldürüldü. Mənim bu məsələyə aidiyyətimi iddia edən tək şəxs əvvəl Öcalanın yanında olan, sonra Ərgənəkonun gizli şahidi kimi ifadə verən Həmzə Bindaldır”.

Çürükkaya Almaniyadan Ərbilə qayıdıb peşmərgəyə savaş təlimi verməsinin məqsədini İŞİD-in kürdlərə qarşı etdiyi hücumlara qarşı biganə qalmamağı il izah edib. “İŞİD Kürdüstana hücum edəndə insanlıq faciəsinə bir kürd kimi biganə qalmaq mümkün deyildi. İnsanlıq əleyhdarı təşkilata qarşı döyüşmək üçün Kürdüstana gəldim. Kürdüstanın müxtəlif döyüş cəbhələrinə baş çəkdikdə peşmərgənin savaş taktikası sahəsində təcrübəsiz olduğunu gördüm. Peşmərgəyə dedim ki, İŞİD-ə qarşı yalnız onların taktikasını bilən adamların ciddi müqavimət göstərə bilər. Bu məsələdə bəzi dostların köməyi ilə peşmərgəyə təlim keçməyə başladıq”.

PKK keçmişi olan bir komandirin peşmərgəyə təlim keçməsinin necə qarşılandığı sualına Çürükkaya “İŞİD-ə qarşı müharibədə peşmərgə güclərinin təcrübəsizliyi region xalqında PKK üzvlərinin daha yaxşı döyüşdüyünə dair fikir formalaşdırmışdır. PKK davamlı müharibə şəraitində olduğundan daha təcrübəlidir və döyüş şəraitinə uyğun təşkilatlanmışdır. Bu xüsusda bir PKK komandirinin peşmərgəyə təlim keçməsi çox adamı sevindirmişdir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024