Karusel (15-11-2014, 17:16)
Sabiq nazir: “O, praktik olaraq dövlət ittihamçısı idi”
“Gürcüstanın sabiq baş naziri Bidzin İvanişvili Müdafiə Nazirliyinin yüksəkvəzifəli məmurlarına qarşı cinayət işi üzrə ətraflı informasiyaya malikdir. Bu günlərdə onun verdiyi bəyanat dövlət ittihamçısının nitqinə oxşar idi”
"Mediatv.az"-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu sözləri sabiq müdafiə naziri, “Azad demokratlar” partiyasının lideri İrakli Alasaniya “İmedi” telekanalının efirində deyib.
“Şübhə yoxdur ki, bu siyasi təqibdir. Mənim üçün şübhələr tamamilə aydın oldu ki, mən siyasi təqib olunuram. Hazırkı baş nazir və onun komandası eynilə prokurorluğun onlara təklif etdiyi ittihamları təkrarlayırdı. Müdafiə Nazirliyinin izahatlarını ilə nəzərə almadılar. Bütün bunlar cənab İvanişvilinin çıxışı ilə yekunlaşdı. O, işin detalları ilə prokurorluqdan daha çox tanış idi. Bu, məni çox təəccübləndirdi. Çünki praktik olaraq İvanişvilinin şəxsində ittihamçı çıxış etdi", - deyə İ.Alasaniya bildirib.
Alasaniyanın sözlərinə görə, özü və komandasının üzvləri heç vaxt Gürcüstan qərbyönümlü yoldan geri dönməsi barədə danışmayıb: “Biz heç vaxt danışmamışıq ki, ölkə Qərb və NATO yolundan dönüb. Biz əminik ki, gürcü cəmiyyəti buna imkan verməyəcək. Şübhələr və müəyyən təhlükələr ortaya çıxmış. Biz təklif etdik ki, prokurorluğun addımlarının nəyə xidmət etdiyi və ölkəni hara apardığını müzakirə edək. Dərhal cavab aldım və məni vəzifədən azad etdilər”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024