Karusel / Slayd (17-05-2021, 12:30)
Sahil Babayevin “qara kəməri”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) katriclərin satın alınması üzrə elan etdiyi satınalma müsabiqəsinin qalibini açıqlayıb. REPORTYOR. info xəbər verir ki. qalib şirkət “Kəmər-Qaya” MMC-dir. Müsabiqənin şərtlərinə görə 40 819.74 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Kəmər-Qaya” MMC 25 avqust 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Goranboy rayonunun Şəfəq kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Ələskərov Kamal Ələskər oğludur.
Açıq mənbələrdə Kamal Ələskərov barədə hər hansı məlumat yoxdur. 10 aprel 2020-ci ildə reyestr sənədlərinə dəyişiklik edilib. Dəyişikliyin detalları bəlli deyil. Ehtimal etmək olar ki, bu dəyişikliklə Kamal Ələskərov MMC-nin yeni qanuni təmsilçisi olub.
“Kəmər-Qaya” MMC barədə apardığımız aradırmalardan məlum olur ki, şirkət əsasən ƏƏSMN və onun tabeliyindəki qurumların keçirdiyi satınalma müsabiqlərinin qalibi olur.
2019-cu ildə DSMF şirkətlə 120 796 manatlıq müqavilə imzalayıb. Müqavilədə qurumun aparatı və yerli orqanları tərəfindən istifadə ediləcək avadanlıqların satın alınması nəzərdə tutulub.
2020-ci ildə isə 1 saylı Bakı DOST Mərkəzi “Kəmər-Qaya” MMC-dən 4 805 manatlıq dəftərxana və təsərrüfat malları alıb. Həmçinin 2020-ci ilin may ayında isə rəsmi nəşr olan “Azərbaycan” qəzetində DOST Agentliyinin Kəmər-Qaya MMC ilə müqavilə imzaladığı barədə bildiriş dərc edilib. Bildirişin mətnini təqdim edirik: “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik Hüquqi Şəxsi (DOST Agentliyi) İdarənin xərcləri üzrə malların satın alınması məqsədilə elan etdiyi açıq tenderdə iddiaçılardan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsini həyata keçirmiş və müsabiqənin qalibi “Kəmər- Qaya” MMC müəyyən edilmişdir. Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır”.
İyun ayında isə “Azərbaycan” qəzetində daha bildiriş dərc olunub.Həmin bildirişdə qeyd edilir ki, ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 17 mart 2020-ci dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə keçirdiyi tenderin qalibi “Kəmər Qaya” MMC olub. 2020-ci ilin dekabrında isə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin “Kəmər-Qaya” MMC ilə növbəti satınalma müqaviləsi imzalayıb. Müqavilədə 50 ədəd əlil arabasının alınması nəzərdə tutulub. Araşdırmalar zamanı bəlli olub ki, “Kəmər-Qaya” MMC-nin tender təklifinin dəyəri Çindən gətiriləcək əlil arabası Azərbaycan gömrüyündə bəyan edilən idxal qiymətindən 10 dəfə çoxdur: “Bu şirkətin tender təklifinin dəyəri 1,9 mln. manatdan çox, yaxud bir vahidə görə 1900 manat (1 117 dollar) təşkil edib. İstehsalçı ölkə barədə məlumat vermir”.
Eyni zamanda, cari ilin 10 ayında Azərbaycanın xaricdən mühərriklə təchiz olunmuş 1 221 ədəd əlil arabası aldığını qeyd olunub. Hərəkət edə bilməyən insanlar üçün bu nəqliyyat vasitələrinin əsas hissəsi – 986 ədədi Çindən tədarük edilib. Çin istehsalı olan əlil arabaları gömrükdə bir ədədi orta hesabla 104,8 dollara bəyan edilir. Bu müddətdə Türkiyədən orta qiyməti 601,3 dollar dollar olan 173 araba alınıb. Mühərriklə təchiz olunmuş arabaların idxalı gömrük rüsumuna cəlb edilmir, ƏDV ödənilir (18 faiz)”, – mediada dərc edilən xəbərdə bildirilir.
Göründüyü kimi “Kəmər-Qaya” MMC ilə ƏƏSMN arasında şübhəli əməkdaşlıq var. Əmək və əhalinin social müdafiəsi naziri Sahil Babayevdir. O, 2018-ci ildən bu vəzifədədir. Sahil Babayev hakimiyyətin apardığı islahatlar çərçivəsində yüksək vəzifəyə təyin olunmasına baxmayaraq hazırda ən çox ictimai tənqidə məruz qalan məmur hesab edilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024