Azərbaycanda benzinin keyfiyyətinin zay olmasını Dövlət Xidməti də təsdiqləyib. Xüsusən Aİ 92 markalı benzin avtomobilləri “terror” etməkdədir.
Bu problemin həlli istiqamətində hələ də addım atılmır. Hətta Aİ 95 oktanlı benzin də gözlənilən səviyyədə deyil və sürücülər tez-tez narazılıq edirlər.
TİA.Az-a son dövrlər gələn məlumatlara və sosial şəbəkələrdə yazılan çoxsaylı şikayətlərə görə, əsasən iki şirkət bu məsələdə xüsusi seçilir.
Onların yanacaqdoldurma məntəqələri benzinin keyfiyyətini tam aşağı salıblar.
Məlumatda deyilir ki, söhbət “Azpetrol” və “Lukoil”dan gedir. Sürücülər sosial mediada çağırış edirlər ki, bu iki şirkətin yanacaqdoldurma məntəqələrindən nəinki Aİ 92, heç Aİ 95 almayın.
Onlarla müqayisədə digər şirkətlərin YDM-ləri daha insaflı benzin təqdim edirlər. “Azpetrol” və “Lukoil” isə o dərəcədə keyfiyyətsiz, qatqılar çox olan benzin verir ki, avtomobillər bir müddət sonra sıradan çıxırlar.
Sürücülər deyirlər ki, ardıcıl olaraq bu YDM-lərdən bünzin vurandan sonra maşınların benzinnasosları sıradan çıxır. Hətta Aİ 95 benzini vuran sürücülər deyirlər ki, “Azpetrol” və “Lukoil” sanki o qiymətə Aİ 92 satır.
Sürücülərin sözlərinə görə, Aİ 95 benzini vuranda belə maşınlar boğulur, yaxşı çəkmir, benzinin miqdarını göstərən cihaz xarab olur, gedişi pisləşir. Nəticədə benzin göstəricisi düzgün işləmir, sürücünü aldadır. Şikayətçilər bildirirlər ki, digər şirkətlərə aid YDM-lərdən Aİ 95 benzini vuranda isə belə problemlər yaşanmır. Əksinə, maşının boğulması, nasosun işləməsində problem və s. hallar aradan qalxır.
Artıq xeyli vaxtdır bunu təcrübədən keçirən sürücülər qeyd edirlər ki, məhz “Azpetrol” və “Lukoil” vətəndaşlara bu “terroru” davam etdirir.
Yəni ilk dəfə yaşansa, bəzi sürücülərdə bu hallar olsa, avtomobillərdə günahı görmək olar. Ancaq əksər sürücülər “Azpetrol” və “Lukoil”dan narazılıq edirlər.
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024