Karusel / Slayd (28-04-2021, 22:12)
Mingəçevir Tibb Kollecinin diplomu saxta çıxdı- ŞİKAYƏT
Direktor Fikrət Zeynalov öz imzası ilə təsdiq etmiş olduğu diplomu niyə cırıb?
“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru 11 il tibb sahəsində çalışan feldşer-laborantı işdən çıxarıb.
Bu haqda Dünyanınsəsi.Az-a İbrahimova Şəkər Tapdıq qızı şikayət edib.
Şikayətçi qeyd edir ki, 2008-ci ildə Mingəçevir Tibb Məktəbinə daxil olub.2010-cu ildə isə Mingəçevir Tibb Kollecinin laboratoriya Diaqnostikası üzrə tam kursunu bitirərək ona 24 iyun 2010-cu il tarixdə feldşer-laborant ixtisası verilmişdir.
2010-cu ildən 2021-ci ilə qədər Ağdaş Mərkəzi Xəstəxanasında tibb bacısı kimi çalışan Şəkər İbrahimova bu ilin aprel ayının 21-də işdən çıxarılmışdır.Səbəb olaraq göstərilib ki, guya onun diplomu saxtadır.Bununla razılaşmayan şikayətçi oxuduğu diplomla Mingəçevir Tibb Kollecinin direktoru Fikrət Zeynalovun qəbuluna gəlib.Diplom olayını və işdən çıxarılmasını ona nəql edib. Aparılan araşdırma nəticəsində məlum olub ki, diplomun verilməsində həm də dövlət imtahan komissiyasının sədri kimi Fikrət Zeynalovun öz imzası var. Xətakar direktor şikayətçinin gözləri qarşısında diplomu cıraraq zibil yeşiyinə atıb.Və ona bildirib ki,səs-küy salsan 11 il ərzində almış olduğun bütün əməkhaqqlarını da geri qaytaracaqsan. Həm sənə həm də mənə cinayət işi qaldıracaqlar.Şəkər İbrahimova diplomun cırılmasına etiraz edərək bildirir ki, o zamanlar imtahan verib az bal topladığından Mingəçevir Tibb Məktəbinə qəbul edilib. Ağdaş Mərkəzi Xəsətxanasında isə çalışdığı dövürlərədə iki dəfə həm 2015-ci il həm də 2019 -cu illlərdə orta tibb işçilərinin sertifikasiya komisiyasından keçərək Səhiyyə Nazirliyinin sertifikasiya şəhadətnaməsini alıb.
Mingəçevir Tibb Məktəbi olmuş təhsil müəssisəsi Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarına əsasən kollec adı alıb. Kollecdə müalicə və mamalıq işi, əczaçılıq, tibb bacısı işi və laboratoriya diaqnostikası ixtisasları üzrə təhsil aparılır. Mingəçevir Tibb Kollecinin direktoru isə Fikrət Zeynalovdur.Faktla bağlı şikayətçi mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovdan sözügedən saxta diplom olayının araşdırılmasını xahiş edir.
Buna rəğmən, kollec rəhbərinin də fikirlərini dərc etməyə hazırıq.
Dünyanınsəsi.Az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024