Karusel (4-11-2014, 21:04)
Komitə sədrindən dava salan müğənnilərə- Xəbərdarlıq
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov müğənnilər Təranə Qumralla həmkarı Nazənin arasında yaşanan qalmaqalın efirdə yayımlanması ilə bağlı məsələyə münasibət bildirib.
“Mediatv.az” xəbər verir ki, N.Cəfərov publika.az-a açıqlamasında deyib ki, bu cür hərəkətlərin qarşısını “Mədəniyyət haqqında” qanunla almaq mümkün deyil: “Bu cür hallarda ancaq məhkəmə yolu ilə ölçü götürmək olur. Az-çox tanınan bu cür mədəniyyət və incəsənət nümayəndələrinin bir-birinin ünvanına qeyri-etik və təhqiramiz ifadələr səsləndirməsi cəmiyyət tərəfindən də yaxşı qarşılanmır. Bu cür hallar birinci dəfə deyil. İndiyədək belə hallar çox olub və cəmiyyət tərəfindən qınanıb.
Çox təəssüf ki, bu cür hallar hələ də davam edir. Şou nümayəndələri artıq anlamalıdır ki, bu cür hərəkətlər nəinki onlara, onların mənsub olduğu sənətə də hörmət gətirmir. Müğənnilərin bu cür hərəkətləri onların sənətlərinin adına da ciddi xələl gətirir. Müğənnilər bir-birlərinə hörmət etmir, heç olmasa, sənətlərinə hörmət etsinlər. Onların başqa yerdə bir-birini təhqir etməsinin elə də əhəmiyyəti yoxdur. Ancaq onların bu ədavəti televiziya kanalları efirlərində aparması yolverilməzdir. Gərək bizim televiziya kanalları da bu cür müğənnilərə imkan yaratmasın.
Bəzən bu cür hərəkətlərə yol verən şou nümayəndələri televiziya kanallarının maraq dairəsinə çevrilir”.