Karusel (2-11-2014, 13:14)
Sonsuzluğun qeyri-adi səbəbləri - VİDEO
Bu videoda tanınmış rus ginekoloqu Dmitri Lubnin sonsuzluğun qeyri-adı növündən "psixogen sonsuzluqdan" danışır.
Mediatv.az saglamolun.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə əgər qadın bütün öz fikirlərini məhz hamilə qalmağa yönəldirsə, bu prosesi beyinlə kontrol etməyə çalışırsa, bu halda bu qadında psixogen sonsuzluq inkişaf edə bilər. Həkimlər sonsuzluq üçün heç bir səbəb tapmır, lakin hamiləlik də baş tutmur.
Daim ovulyasiya günləri hesablayan, USM-lərdən keçən, rektal hərarət ölçən, həyat yoldaşı ilə məhz müəyyən günlərdə cinsi əlaqədə olan, sonsuz sayda və s. qadın bütün bunlarla özü-özünü çox güclü stress vəziyyətinə salır və bunun nəticəsində onda sonsuzluq inkişaf edir.
Həkim öz təcrübəsindən olan müxtəlif misallar çəkir. Belə ki, sonsuzluq diaqnozu qoyulmuş və EKM-ya (süni mayalanma) hazırlaşan qadınlar bu hazırlıq mərhələsi zamanı özü-özündən hamilə qalır. Digər misal - sonsuz cütlük uşağı evladlığa götürür və bir müddətdən sonra bu cütlükdə öz uşaqları doğulur.
Dmitri Lubnin bu halları onunla izah edir ki, qadın artıq hamiləlik haqda düşünmür, orqanizm boşalır, stresdən azad olur və bu zaman hamiləlik baş tutur.