Karusel (18-10-2014, 13:21)
Əmioğlular cümə namazı vaxtı güllələndilər- Məsciddə
Sakaryanın Kocaali rayonunda bu gün cümə namazı üçün məscidə gedən iki əmi uşağı silahlı hücuma məruz qalıb.
“Mediatv.az” modern.az-a istinadən xəbər verir ki, 56 yaşlı Burhanettin Çingiz ölüb, 54 yaşlı Abuzər Çingiz ağır yaralanıb. Hücumu 40 illik qan davası üzündən həyata keçirdiyi önə sürülən Həsən Şahin isə qaçdıqdan sonra tapança ilə öz başına atəş açaraq intihara cəhd edib.
Hadisə bu gün Türkiyə vaxtilə saat 12.30 radələrində Demiracma məhəlləsindəki məsciddə baş verib. Əmioğlular Abuzər və Burhanettin Çingiz cümə namazını qılmaq üçün məscidə gəlib. Namaz saatını gözləyən əmioğlulara arxadan yaxınlaşan Həsən Şahin yaxın məsafədən boyunlarına bir dəfə atəş edərək qaçıb. Cümə namazı qılmaq üçün azanın oxunmasını gözləyən camaatın xəstəxanaya çatdırmaq üçün səfərbər olduğu əmioğlulardan Burhanettin Çingiz hadisə yerində dünyasını dəyişib. Digər yaralı Abuzər Çingiz isə əvvəl Kocaali Dövlət Xəstəxanasına, buradan da Adapazarındakı Sakarya Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq müalicəyə alınıb. Hücumu törətdikdən sonra qaçan Həsən Şahin isə bir müddət sonra başına tapançadan atəş açaraq intihara cəhd edib. Ancaq güllən başını dəlib keçməsi nəticəsində yaralanan Həsən Şahin də Adapazarındakı Sakarya Təhsil və Araşdırma Xəstəxanasına qaldırılıb. Həsən Şahinin 1974-cü ildə 5 yaşında olarkən atasının öldürülməsinə görə Burhanettin Çingiz və əmioğlusu Abuzər Çingizi təqsirkar bilib, təcavüzü bu səbəbdən reallaşdırdığı irəli sürülüb.