Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-12-2020, 14:49)
“Lifttəmir”-də ŞÜBHƏLİ MƏQAMLAR

Xalid Ələkbərov Qüdrət Şükürovon adını və əməllərini hələ də yaşadır
Bakı şəhər İcra Hakimiyyətində idarəetmənin hansı səviyyədə təşkil olunması elə qurumun rəsmi saytından bəllidir. Saytda axırıncı xəbər 11.12 .2020-ci ildə yerləşdirilib.İcra Hakimiyyətinə 15 noyabr 2018-ci ildən rəhbərliyə başlamış Eldar Əzizov bu müddət ərzində bir çox kadr dəyişiklikləri edib.Bizim onları bir-bir yada salmaq fikrimiz yoxdur. Lakin xatırlatmaq istədiyimiz məsələlər var.Məlum olduğu kimi Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini və başçının səlahiyyətlərini icra edərkən Eldar Əzizov adı bir sıra qalmaqallarda hallanan,külli miqdarda dövlət vəsaitini talamış məmuru — Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu hələ 2018-ci ilin oktyabrında vəzifəsindən azad etmişdi. Amma Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytında Qüdrət Şükürov hələ də “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru olaraq qalmaqdadır.

Aktualinfo.org onu da xatırlatmaq istəyir ki,Qüdrət Şükürov tutduğu vəzifədən uzaqlaşdırıldıqdan dərhal sonra,elə həmin gün Eldar Əzizov şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərovu “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru təyin etmişdi.Sabiq merin ən yaxın adamlarından biri kimi tanınan və demək olar ki,bütün qanunsuz işlərin başında durmuş Xalid Ələkbərovun bu vəzifəyə təyin edilməsi elə İcra Hakimiyyətində birmənalı qarşılanmamışdı.Maraqlıdır,paytaxda şəhər təsərrüfatını,sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmasını istədiyi kimi həyata keçirən Xalid Ələkbərov “Lifttəmir”İstehsalat Birliyinin inkişafını necə proqnozlaşdırır? Ötən il yaşayış binalarının abadlaşdırılması məqsədi ilə alınaraq Bakıya gətirilən 581 müasir liftin binalara quraşdırılması prosesi başa çatıb. Cari il üçün Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyi ilə Almaniyanın “Wittur Holding GMBH” şirkəti arasında imzalanan yeni müqaviləyə əsasən daha 625 ədəd liftin alınaraq paytaxta gətirilməsi nəzərdə tutulub.Bəs bunun üçün Bakı şəhər İcra Hakimiyyəti nə qədər vəsait ayırıb?

Qeyd edək ki,2020-ci ildə “Lifttəmir” İstehsalat Birliyi bir çox satınalma proseduru həyata keçirib.Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.

16.12.2020-ci il tarixdə Bakı şəhərində liftlər üçün dispetçer sistemi ilə təchiz edilmiş avadanlıqların alınması, dövlət mənzil fonduna aid olan binalarda istismar müddətini başa vurmuş köhnə lift avadanlıqlarının sökülməsi, lift şaxtalarında və maşın (mühərrik) otaqlarında təmir-bərpa və gücləndirmə işlərinin aparılması, yeni lift avadanlıqları dəstinin quraşdırılması, liftlərin mərkəzi dispetçer məntəqəsi ilə inteqrasıyasının təmin edilməsi üçün zəruri infrastrukturun yaradılması məqsədi ilə malların, işlərin və xidmətlərin, həmçinin pilot layihə üçün video müşahidə sistemlərinin satınalınması üzrə 7 822 075 manat dəyəri olan tender üzrə “Lifttəmir” İstehsalat Birliyi”Azərlift Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə bağlayıb.

Bakı şəhərində liftlər üçün müxtəlif parametrli elektrik tənzimləyicilərinin (stabilizatorların) və pilot layihə üçün rəqəmsal video rekord avadanlıqlarının satınalınması üzrə keçirilmiş tenderdə “GLOBAL İN-GROUP”Məhdud Məsuliyyətli Cəmiyyəti 16.12.2020-ci il tarixdə qalib elan olunub və MMC ilə 1 062 506.31 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat verilib.

“Lifttəmir” İstehsalat Birliyi tərəfindən nəticələri 29.10.2020-ci il tarixdə açıqlanmış, Bakı şəhərinə quru yol ilə yüklərin daşınması xidmətlərinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün broker xidmətlərinin satınalınması üzrə keçirilmiş tenderin qalibi “AGL” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 1697950.01 manat məbləğində müqavilə bağlanıb.

Bakı şəhərində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti başa çatmış liftlərin yenisi ilə əvəz edilməsi üçün lift avadanlıqları dəstinin satınalınması üzrə 16 331 864 manat dəyəri olan tenderdə isə “Wittur Holding GMBH” (Almaniya)şirkəti qalib olub və 27.08.2020-ci ildə satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki,Bakı şəhər İcra Hakimiyyətinin sözügedən idarəsi son 3-4 ay ərzində liftlərin yenisi ilə əvəz edilməsi, təmir-bərpa və avadanlıqların alınmasına ümumi olaraq 26 914 395 manat vəsait xərcləyib.Ayrılmış bu qədər vəsaitin müqabilində sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyin fəaliyyətindən niyə narazılıq edirlər? Çünki istismar müddəti çoxdan bitmiş liftlərin yeniləri ilə əvəz olunmasına atrılmış vəsaitləri uzun illər Hacıbala Abutalıbovla Qüdrət Şükürov,hazırda isə Eldar Əzizovla Xalid Ələkbərov talan etməkdədirlər.Bu Birliyin müqavilə bağladı MMC-lərdən də açıq-aydın görsənir.Bu MMC-lərin hamısı dolayısı yollarla Eldar Əzizova bağlı olduğu iddia olunur.Onlar kimlərdir?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Azərlift Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti 20.07.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, MƏH 47, ev 11, m. 25,qanuni təmsilçisinin Mahmudov Əli Arif oğlu olduğu qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GLOBAL İN-GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti 23.05.2012-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ,MƏH 45,ev 5/81,m.15,qanuni təmsilçisinin Nəbiyev Namiq Vaqif oğlu olduğu qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AGL” Məhdud Məsuliyyətli Cəmiyyəti 10.01.2007-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HƏSƏNBƏY ZƏRDABİ PR., ev 86 B, qanuni təmsilçisinin Səmədov Əli Bəhram oğlu olduğu qeyd olunub.

İndi isə keçək “Lifttəmir” İstehsalat Birliyinin müqavilə bağladığı MMC-lərə.Reyestr məlumatlarından da göründüyü kimi bu MMC-lərin hər birinin 10-20 manat nizamnamə kapital var.Analoji işlərdə təcrübələri olmuş olsa da belə, bu MMC-lərin milyonlarla manat dəyəri olan sifarişləri yerinə yetirmək üçün maddi-texniki bazası varmı? “Azərlift Servis” MMC Abşeron rayonunda,Xırdalan şəhərində 6 çoxmərtəbəli yaşayış binalarındakı 27 liftin əsaslı təmiri işlərinin aparılmasına ayrılmış 404 891 manat dövlət vəsaitinin silinməsinin iştirakşısı olub.Xırdalanda bir liftin təmirini orta hesabla 15 min manata həyata keçirən bu MMC “Lifttəmir” İstehsalat Birliyinin sifarişləri üzrə bir lifti neçəyə quraşdıracağı artıq sual doğurmaya bilmir. Stabilizator və generatorların satışı ilə məşğul olan “GLOBAL İN-GROUP” və broker xidmətləri göstərən “AGL” Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə bağlanan müqavilələrdə də şübhəli məqamlar yox deyil. Qeyd edək ki,hər biri 1 milyon manatdan çox dövlət sifarişlərinin qalibi olmuş bu MMC-lər haqqında yuxarıda göstərdiklərimizdən başqa heç bir məlumat əldə edə bilmədik.Nə bir veb-sayt,nə bir veb səhifə.

Amma Azərbaycan şirkətlərindən fərqli olaraq Almaniyanın “Wittur Holding GMBH” şirkətinin veb saytı var və burada şirkətin istehsal etdiyi məhsulların keyfiyyət nişanları, xususiyyətləri və göstərdikləri xidmət barədə hərtərəfli məlumatlar yerləşdirilib.”Lifttəmir” İstehsalat Birliyinin istismar müddəti başa çatmış liftlərin yenisi ilə əvəz edilməsi üçün lift avadanlıqları dəstinin satınalınması üzrə elan etdiyi tenderin əsas şərtlər toplusunda alınan malların markası göstərilmədiyindən biz bu şirkətlə bağlanan müqavilədə bir liftin neçəyə başa gəlməsi barədə hələlik heç bir proqnoz verə bilmərik. Tenderə görə Bakı şəhər İcra Hakimiyyəti yeni liftlərin alınmasına 16 331 864 manat dövlət vəsaiti ayırıb.Müqavilə üzrə 625 ədəd liftin Bakıya gətirilməsi nəzərdə tutulur ki, hər liftin biri orta hesabla 26 min manata başa gəlib.Bu nə qədər inandırıcı bir rəqəmdir,deyə bilmərik.Təbii ki,bundan baha da liftlər ola bilər.Lakin “Lifttəmir” İstehsalat Birliyinin aldığı liftlərin həqiqətən də göstərilən qiymətə olmasını Almaniya səfirliyinə ünvanladığımız sorğuya cavab aldıqdan sonra biləcəyik.

Qeyd edək ki,Birlik heç də düşünüldüyü kimi balaca bir yer deyil.Tərkibinə bir neçə idarə daxildir.Bunlar “Baklift”-1, “Baklift”-2, “Baklift”-3, “Bakmənzilavtomat”, “Funikulyor” və TEMP dövlət müəssisələridir. Bu təşkilatlar da Bakının 11 rayonunda Dövlət Mənzil Fondundakı Mənzil Kommunal Birliklərinin ərazisində olan binalara xidmət göstərirlər.
Aktualinfo.org
шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024