İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu hazırki əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin vaxtilə iqtisadiyyat nazirinin müavini işlədiyi dövrdə nəzarət etdiyi sahələrdən biri olub.
Nazirliyə yaxın mənbədən Arqument.az-a verilən məlumatda belə deyilir.
Məlumatda deyilir ki, Fond tərəfindən sahibkarlara ayrılan kreditlərin böyük hissəsi o vaxt “Parabank” ASC olaraq fəaliyyət göstərən və hazırda bank olmayan kredit təşkilatına(BOKT) çevrilən maliyyə qurumunun rəhbəri Vəli Quliyev tərəfindən icra olunub. Həmin maliyyə-kredit təşkilatının rəhbəri Vəli Quliyev isə uzun müddət mətbuatın gündəmində olub.
“Lakin bir müddət sonra nazir Sahil Babayev dostunu vəzifəyə gətirməyə nail olub. Hazırda Nazirlikdə müşavir vəzifəsində çalışan Vəli Quliyevin bu qurumda əməkhaqqı min manatı keçmir. Amma Sahil Babayevin nazirlikdə çalışan təcrübəli işçiləri qovub onların yerinə ictimai qınaq obyektinə çevrilmiş şəxsləri gətirməsi təəccüb doğurur”, – məlumatda qeyd olunur.
Bildirilir ki, bu yaxınlarda Vəli Quliyev Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis vəzifəsinə təyin olunacaq, hətta bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov artıq məlumatlandırılıb: “Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin apardığı kadr siyasətinin uğursuz nəticələri göz qabağındadır. Bir yandan nazirliyin əhaliyə olan qeyri-humanist münasibəti, bir yandan əhali arasında reputasiyasını itirmiş, şəxslərin nazirlik sisteminə cəmlənməsi ümidverici nəsə vəd etmir”.
Mənbə bildirib ki, 1991-2016-cı illərdə “Parabank” adı ilə bank, 2016-cı ildən isə “Parabokt” adı ilə “bank olmayan kredit təşkilatı” (BOKT) kimi Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatının rəhbəri Vəli Quliyev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır.
“Parabokt” 2016-cı ildə lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bazasında yaradılıb və nizamnamə kapitalı 38,887 milyon manatdır. Həmin vəsaitin 9.03 % Vəli Quliyevə məxsusdur və onun 3 511 496 manat şəxsi kapitalı var. “Para” BOKT-un səhmdarlarının pay bölgüsü aşağıdakı kimidir:
“Yuxarıda qeyd olunan cədvəldən görsənir ki, həmin payların 57.09 % məhz Quliyevlər ailəsinə məxsusdur. Eyni zamanda araşdırmalar göstərir ki, Quliyevlər ailəsinin nəzarətində olan istehsalat və xidmət sahəsində fəaliyyət göstərən biznes şəbəkəsi var”, – mənbə bildirib.
Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü mövcuddur. Bu sığorta növü üzrə fəaliyyət göstərməsi üçün ölkənin bir neçə siğorta şirkətinə lisenziya verilib.
Məlumata görə, bu sahədə nəzarətin gücləndirilməsi və hadisələrin rəsmiləşdirilməsinin qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə siğorta məbləğinin 15% həcmində vəsait ödənilir. Bununla bağlı Nazirliklə sığorta təşkilatları arasında memarandum imzalanıb: “Dövlətin nəzarət funksiyasını həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının bu sövdələşməsi etik normalara sığmadığı kimi hüquq normalarının da kobud şəkildə pozulmasıdır”.
“Vəli Quliyevin Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəisi vəzifəsinə gətirilməsinin arxasında dayanan faktor yuxarıda qeyd etdiyimiz kimi hər il sığorta şirkətlərindən daxil olan 8-10 milyon manat həcmində vəsaitin əldən çıxarılmasıdır”, – məlumatda bildirilir.
Bildirilir ki, 2021-ci ilin yanvar ayından Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Fondu Publik Hüquqi Şəxsi yaradılacaq və bu vəsaitlərin idarə olunması məsələsi maliyyə sahəsində fəaliyyət göstərən Vəli Quliyevə həvalə olunacaq: “Nazirlik sistemində kök salan korrupsiya və rüşvətxorluq halları hər gün daha da, dərinləşməkdədir. Nazirliyin kadr siyasətinin təməlində o durur ki, savadlı və təcrübəli kadrlar sistemdən uzaqlaşdırılsın”.
Məlumatda o da bildirilir ki, Vəli Quliyev Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun yaxın adamıdır.
Qeyd edək ki, bu kimi hallar nazirlikdə yeni deyil. Nazirin 2018-ci ildə rüşvət ittihamı ilə işdən çıxardığı məmurlardan birinə – Elşən Tağıyevə 2019-cu ildə nazirlikdə yeni vəzifə verilmişdi.
Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024