Karusel (18-12-2020, 17:53)
"İdeal İnşaat" pulunu ödədiyim mənzili başqasına satıb - GİLEY
“2006-cı ilin sentyabr ayında Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən "İdeal İnşaat" Mənzil Tikinti Kooperativinə məxsus binadan müqavilə əsasında 4 otaqdan ibarət 164 kv.m mənzil almışam. Amma şirkətin rəhbərliyi indiyədək mənzilimə daxil olmağa icazə vermir”.
“Report” xəbər verir ki, bunu Bakı şəhər sakini Hüseynova Zeynəb Bahadur qızı ölkə rəhbərliyinə müraciətində yazıb.
O bildirir ki, müqavilədə mənizlin dəyəri 52 min 704 ABŞ dolları göstərilib:
“Ancaq mənzil üçün hissə-hissə 10 min, 25 min, 15 min və 31 min ABŞ dolları olmaqla, ümimilikdə 81 min ABŞ dolları ödəmişəm. Bununla bağlı bütün ödəniş qəbzlərim var. Əlavə olaraq, 33 kv.m qaraj üçün də 33 min ABŞ dolları ödəmişəm, müqavilədə isə həmin qarajın qiyməti 7 260 ABŞ dolları göstərilib. Bununla bağlı da bütün ödəniş qəbzlərim qalır və şirkətə heç bir borcum yoxdur”.
Şikayətçi qeyd edir ki, mənzilin alınması, sənədləşməsi və ödənişlərlə bağlı bütün razılaşmalar MTK-nın faktiki sahibi Şamil Heydərovla edilib:
“Həmin vaxt həyat yoldaşım Asim Hüseynov ilə Şamil Heydərovun biznes əlaqələri də vardı. Bundan sonra həyat yoldaşımın işi ilə əlaqədar Qazaxıstan Respublikasına köçmüşük və mənzili təhvil almamışıq. Dəfələrlə Şamil Heydərova müraciət etsəm də mənə aid mənzili və qarajı mənə təhvil verməkdən yayınır. Son olaraq noyabrın 27-si yoldaşım Asim Hüseynov mənə aid olan mənzilin binasına yaxınlaşanda binanın komendantı ona bildirib ki, Şamil Heydərovun tapşırığı ilə bizimlə olan müqavilə ləğv olunub və digər şəxsə satilıb. Ancaq bununla bağlı mənə heç bir məlumat verilməyib və qanunvericilyə əsasən, ikitərəfli müqavilənin birtərəfli qaydada ləğvi mümkün deyil”.
Z.Hüseynova sonda əlavə edir ki, bir mənzilin iki dəfə fərqli şəxslərə satılması, həmçinin mənimlə bağlanan müqavilələrdə əmlakın dəyərini az göstərərək, əslində isə alıcıdan həmin müqavilədə qeyd ediləndən daha çox məbləğdə pul alınması və s. qanunsuz hərəkətlər barədə hüquqi tədbir görülməsi və həmçinin pozulmuş mülkiyyət hüququnun bərpası ilə bağlı Baş Prokurorluğa və Baş Prokuor yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbərliyinə də müraciət edib.
“İdeal İnşaat” şirkətinin icraçı direktoru Sahib Rüstəmov “Report”un sorğusuna cavab olaraq bildirib ki, sözügedən mənzillə bağlı tam ödəniş edilib:
“Ancaq Zeynəb Hüseynovanın həyat yoldaşının evi satan şəxsə borcu olduğuna görə həmin mənzillə bağlı müqavilə ləğv edilib. Çünki müqavilə qadının adına olmasına baxmayaraq, mənzili alan şəxs onun həyat yoldaşıdır”.
Vəkillər Kollegiyasının üzvü Yeganə Məmmədova “Report”a açıqlamasında bildirib ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsi və mənzil girov qoyulmadığı halda, onun borcun əvəzi kimi alınması qanunsuzdur:
“Mülki Məcəlləyə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzilin əldə edildiyi vaxt qüvvədə olmuş qanunvericiliyə görə vətəndaş pay haqqını tam verdiyi üçün həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir.
Bildiyimiz kimi girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Öz mülkiyyətində olan hər hansı bir daşınar və daşınmaz əmlakı girov və ipoteka ilə yüklü etmədiyi halda ailə üzvlərindən birinin öhdəliyinin həmin əmlaka yönəldilməsi qanunla yolverilməzdir.
Hazırkı halda, tərəflər arasında bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsinin heç bir hüquqi əsası yoxdur, hətta Cinayət Məcəlləsinə görə məsuliyyət yaradır.
İddia olunan borc məbləği varsa, MTK borclu olan şəxsə qarşı öhdəliyi ilə bağlı məhkəmədə mülki qaydada iddia qaldıraraq borcu tələb edə bilər”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024