Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (12-12-2020, 12:12)
Arzu Rəhimovun Sabunçudakı kadrının ŞOK ÖZBAŞINALIĞI... - VİDEO

 

Əliyev İlkin Yaşar oğlu… Vətən müharibəsinin daha bir fədakar övladı… Döyüşlər başlayandan iki gün sonra – sentyabrın 29-da İ.Əliyevin ürəyi dözmür, Sabunçu Rayon Komissarlığına gedərək orduya könüllü yazılır.

Arzu Rəhimovun Sabunçudakı kadrının ŞOK ÖZBAŞINALIĞI...

Elə hər şey buradan başlayır. 27 yaşlı gəncin şəkərli diabet xəstəliyi ola-ola onu orduya aparırlar, bu faktı araşdırmırlar.
Elə məhz bu səhlənkarlığın nəticəsi olaraq İlkin xəstəxanalarda qalır, laqeydliyin qurbanı olur və heç bir müvafiq struktur onunla maraqlanmır ki, Vətən müharibəsinə qatılan gəncin taleyi necə oldu.

Arzu Rəhimovun Sabunçudakı kadrının ŞOK ÖZBAŞINALIĞI...

Anası Nərminə Əliyevanın Reportyor.info-ya bildirdiyinə görə, oğlunun orduya könüllü yazılmasından bixəbər olub.
“Sabunçunun hərbi komissarı Xəyyam Babayevin qəbulunda oldum. Mənə dedi ki, Gəncəyə yola salmışıq. Hər gün onun qəbuluna getdim, dedim ki, İlkin şəkər xəstəsidir, insulinlə yaşayan uşaqdır, onu niyə yollamısız?
Axırda Xəyyam Babayev qayıtdı ki, səsini qaldırma, əgər bilsələr İlkin xəstə olduğu halda yalan danışıb, dövləti aldadaraq orduya yazılıb, ona iş düşər. Ona görə susdum, bu günə kimi sakit dayandım, danışmadım”, – deyə əsgər anası bildirir.

Arzu Rəhimovun Sabunçudakı kadrının ŞOK ÖZBAŞINALIĞI...

N.Əliyeva qeyd edir ki, övladı İ.Əliyev 5 ayrı-ayrı xəstəxanalarda yatıb: “Hərbi hospitallarda yer olmayıb deyə onu mülki xəstəxanalara yerləşdiriblər. Uşağım 15 gündür ki, dünyasını dəyişib, nə Sabunçu rayon İcra Hakimiyyəti, nə Sabunçu Hərbi Komissarlığı qapımı döyüb.
İşlədiyim restoranın rəhbərliyi yenə sağ olsun, onların köməyi olmasaydı nə qəbir qazan var idi, nə dəfn edən…”
İ.Əliyevin valideyni deyir ki, qəbulunda olanda Sabunçu hərbi komisarı Xəyyam Babayev ona 500 manat verib: “Demişdi ki, səsini çıxarma, uşağın xəstə olub, bizə deməyib, aldadıb, bilsələr İlkini tutarlar.
Vətən üçün döyüşə gedən adamı niyə tutsunlar? Mən dəfələrlə Gəncəyə, Goranboya getmişəm, Şəmkirin Kür qəsəbəsində xəstəxanaya getmişəm. Onun verdiyi pullar da yollarda xərclənib.
Xəyyam Babayevə dedim ki, niyə uşağın şəkərini yoxlamadınız? Dedi ki, bizdə onu yoxlayan cihaz yoxdur. Amma başqa yerə müayinyə göndərə bilərdilər. Nə idi günahımız? Dağ kimi oğul verdim, üstümə bir dəri, bir sümük qaytardılar”.
N.Əliyeva bildirir ki, nəhayət, Müdafiə Nazirliyindən dekabrın 3-də məktub gəlib: “Balam dünyada yoxdur, Müdafiə Nazirliyi məktubda qeyd edir ki, övladınız hazırda Gəncə Beynəlxalq Hospitalda müalicə alır. Axı bu necə ola bilər? 40 gün keçib, İlkin dünyasını dəyişib, hələ indi deyirlər ki, müalicə alır”.

Arzu Rəhimovun Sabunçudakı kadrının ŞOK ÖZBAŞINALIĞI...

Prezident İlham Əliyevə və I Vitse-Prezident Mehriban Əliyevaya üz tutan əsgər anası məsələnin araşdırılmasını xahiş edir: “Yalvarıram cənab İlham Əliyev, Mehriban xanım, araşdırın, görün uşağımın günahı nə idi?
Təsəvvür edin ki, ehtiyac ucbatından biz onu Bilgəhdə elə yerdə dəfn etmişik, adam dəhşəə gəlir, balamın torpağı gedir, düzəldə də bilmirik.
Mən Sabunçu icra hakimiyyətində Ədalət müəllimin qəbulunda olmuşdum, dedi ki, erməni gülləsindən ölməyibsə, ona heç nə düşmür. Bəs yaxşı, bu uşaq nə günahın sahibidir?”
N.Əliyevanın sözlərinə görə, oğlu Neftçilər xəstəxanasında 12 gün komada olub: “Ayılanda deyib ki, getmək istəyirəm. Sonra “Papanin” hospitalına apardıq. Həkim dedi ki, bunu hansı komissar aparıb, şəkəri çox yüksəkdir. Amma orada saxlamadılar.
Dedilər ki, yaralılar var, yer yoxdur, uşağı Sabunçu xəstəxanasına apardılar. Orada da uşağıma baxmadılar, bəlkə də pul vermədim deyə laqeyd yanaşdılar.
Biri deyir sistem vurmuşam pul ver, biri heç maraqlanmır. Uşağım baxımsızlıqdan getdi. Bu xəstəxanada çox adam ölüb. Cənab Prezident, araşdırın, niyə uşağıma bu münasibət göstərildi?”
Anası deyir ki, İ.Əliyev canını tapşırandan sonra onu bir maşınla gətiriblər, hətta daşınma xidmətinə görə 50 manat tələb olunub:
“Nə üçün təcili tibbi yardım maşını ilə gətirmədilər? Uşağim yiyəsiz biri kimi ortalıqda qaldı. Elə bil vətən üçün döyüşə gedən əsgər deyildi. Ona belə biganə, ögey münasibət göstərildi. Ona görə, baxımsızlıq səbəbindən İlkini itirdik”.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024