Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi “İmprotex trucks and buses” MMC ilə müqavilə bağlayıb. Yenisabah.az xəbər verir ki, maliyyə dəyəri 457 min 151.35 AZN olan müqaviləyə əsasən şirkət qurumu kommunal təyinatlı maşın və mexanizmlərlə təmin etməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “İmprotex trucks and buses” MMC 02 dekabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 220 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 33-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Mühəmməd Fərid Azər oğludur.
Açıq mənbələrdə Fərid Abdullayev barədə demək olar ki, heç bir məlumat yoxdur. İnternet resurslarında axtarış verərkən onun yalnız işgüzar əlaqələrin qurulması üçün nəzərdə tutulan “Linkedln” sosial şəbəkəsindəki hesabına rast gəlinir. “Linkedln” hesabında Fərid Abdullayevin “İmprotex trucks and buses”MMC-nin direktoru olduğu qeyd edilir.
Bəs 15 ildir fəaliyyət göstərən bir şirkətin rəhbəri haqqında heç bir məlumatın olmaması təsadüfi deyil. Məsələ burasındadır ki, şirkətin əsl sahibi keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkəbərovdur.
“İmprotex truck and buses” MMC “İmprotex Group” şirkətinə daxil olan biznes strukturlarından biridir. Füzuli Ələkbərovun sahib olduğu “İmprotex Group”a bundan əlavə “İmprotex motor”, “İmprotex travel” və “İmprotex industry” şirkətləri daxildir.
Füzuli Ələkbərov nazir kimi 2006-2013-cü illərdə fəaliyyət göstərib. 2013-cü ilin yanvarında baş verən İsmayıllı hadisələri onun nazir kimi karyerasının sonunu gətirib. Həmin vaxt rayonun rəhbəri keçmiş nazirin qardaşı Nizami Ələkbərov olub.
Hadisəyə gəlincə, bildirilir ki, Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov “Hummer” markalı maşınla yerli sakinin avtomobilini vuraraq qəza törədib. Daha sonra qəza zamanı xəsarət alan yerli sakini öz dostları ilə birlikdə döyməyə başlayıb. Rayon sakinləri buna mane olmağa çalışsa da, icra başçısının qohumları onları söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlər həmin şəxsləri döyməklə yanaşı Vüqar Ələkbərova məxsus olan “Çıraq” hotelini və “Hummer” markalı maşını yandırıblar. Bu olaylar zamanı o da bəlli olub ki, “Çıraq” otel əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərirmiş.
Sakinlər daha sonra icra hakimiyyətinin qarşısına yürüş edən Nizami Ələkbərovun istefasını tələb ediblər. Hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə baş verənlərin qarşısını alınıb. Hadisədən bir həftə sonra Nizami Ələkbərov vəzifəsindən azad edilib. Oktyabr ayında isə Füzuli Ələkbərov postu ilə vidalaşıb.
Həmin vaxt yayılan məlumatlarda iddia edilirdi ki, keçmiş nazirin nəzarətində olan şirkətlər, o cümlədən “İmprotex Group” onun əlindən alınıb.
Lakin şirkətin veb səhifəsinə nəzər yetirdikdə şirkətin sahibinin hələ də Füzuli Ələkbərov olduğu görünür.
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024