Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (19-11-2020, 18:33)
Eldar Quliyevin adı qalmaqalda hallanır... - GƏLİŞMƏ

Eldar Quliyevin adı qalmaqalda hallanır...
Rəhmətlik Fəttah Heydərov dünyasını dəyişəndən sonra Ağsaqqallar Şurasına tələm-tələsik sədr seçilən deputat, Azərbaycan Kooperasiya Universitetinin (AKU) rektoru Eldar Quliyevin Atçılıq İdman Mərkəzinin həndəvərindəki yolu daraldaraq mənimsədiyi ərazini yeni inşa etdirdiyi stadiona qatması ciddi tənqidə tuş gəlib. Gediş-gəlişi əngəllənən sakinlərin haqlı narazılıqlarını ifadə edən məqalə Nyus.az saytında dərc olunandan sonra AKU-nun ictimaiyyətlə əlaqələrə məsul xanım əməkdaşı baş redaktorumuza zəng vuraraq yazılanlara rektorun adından iradlarını bildirib, Eldar Quliyevin işğalçı adlandırıldığı məqalənin təkzib olunmasını tələb edib, əks təqdirdə saytı məhkəməyə verəcəkləri ilə hədələyib. AKU mənsubu məqaləni müşayiət edən foto və video materialdakı görüntülərdə əks olunanları təsdiqləyib və bildirib ki, Universitet rəhbərliyi tərəfindən paytaxtın Nəcəf Nərimanov küçəsində görülən işlər (yəni, 4 metrlik ikitərəfli yolun 1 metrinin daraldılması) tam qanunidir, həmin ərazi çox-çox illər əvvəl özəlləşdirilib.

Universitet mənsubu (mətbuat katibi) həmçinin məqalədə Eldar Quliyevin stadion tikdirməyə pul tapdığı halda Silahlı Qüvvələrə yardım etməyə vəsait tapmadığı barədə qeydə də münasibət bildirib. Onun sözlərinə görə, həm Ağsaqqallar Şurası, həm də AKU artıq SQ Yardım Fonduna pul köçürüblər. Nəyə görə bu məlumatların açıq informasiya mənbələrində olmamasına gəlincə, bildirdi ki, belə məlumatların internetdə yerləşdirilməsini təmin etməyi vacib saymayıblar.

Səbəbini biz bilirik. Məsələ burasındadır ki, Eldar Quliyev kimi oliqarxların malik olduqları kapitalın gerçək miqyası barədə cəmiyyətin təsəvvürü ilə onların rəsmi gəlirləri arasında “yerlə göy qədər” fərq var. Ona görə də Eldar kimilərə SQYF-na ianə edən sadə Azərbaycan vətəndaşları kimi adlarının və köçürdükləri pulun məbləğinin üzdə görünməsi sərf eləmir. Daha doğrusu, onlara adlarının rəhbərlik etdikləri qurumların ictimaiyyətin gözündən uzaq kabinetlərdə tərtib olunan daxili cədvəllərində gizlədilməsi sərf eləyir. Niyə hamı görsün və soruşsun ki, niyə bu qədər az?

“Uşaq və gənclərimizin sağlam həyat tərzinə cəlb olunması işinə xidmət etmək” üçün inşa olunan həmin stadionda bir saat oynamaq üçün idman həvəskarlarından 30-60 manat tələb olunması barədə yazılanlara isə AKU-nun (“AKU” abrevuaturası nədənsə bu məqamda adamın yadına ruscadan dilimizə tərcümədə “işğalçı” mənasını verən, “okkupant” yazılıb “akupant” oxunan sözü salır – red.) sözçüsü münasibət bildirməmişdir.

Eldar Quliyev həmişə, elə Milli Məclisə seçkilər keçirildiyi vaxlarda da seçicilərinin, ondan fərqli olaraq qapı-qapı gəzən rəqib namizədlərin qarşısına çıxmaqdan çəkinir, vəkillərini, nümayəndələrini qabağa verirdi. Özünə yaxın mətbuatda söz yayırdı ki, guya seçicilər sırasından kişi xeylağları işdə-gücdə olurlar, çarşablı Maştağa qadınları isə ona qapı açmağa utanarlar. Guya başqa namizədlərin bu nüansı nəzərə almağa kişilikləri çatmır. Halbuki, hörmətli cənab deputat təmsil etdiyi ərazidə kişilərin nəyə görə şənbə-bazar istirahət hüquqlarından yararlanmayıb bir qarın çörəkdən ötrü az qala gecə-gündüz işləməyə məcbur olmalarının səbəbini axtarmalıydı.

Mövzuya qayıdacağıq.
Nyus.Az
шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024