Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (13-11-2020, 15:09)
“Aqroservis” Açıq Səhmdar Cəmiyyətindən şikayət var

 


Samux rayonu, İnstitut qəsəbəsində yaşayan 
Cəfərov Saleh Məhərrəm oğlu,Azərbaycan  Respublikası Prezidenti
İLHAM ƏLİYEV cənablarına, Surəti:Azərbaycan  Respublikası Kənd Təsərrüfatı NaziriİNAM  KƏRİMOV cənablarına Surəti:  Azərbaycan  Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi  ƏLİ NAĞIYEV cənablarına ,bir surəti də Mediatv.az-ın elektron poçtuna şikayət məktubu ünvanlayıb.Şikayətçi yazır:
    Mən  Şəmkir  Regional Nümayəndəliyinin Samux rayon bölməsinin  rəhbəri vəzifəsində işləyir və vəzifəmin öhdəsindən kifayət qədər, hətta deyərdim, layiqincə gəlirəm. Bu ərizə ilə Sizi narahat etməyimin səbəbi vəzifə karyerist düşgünü olmağım, nəyin bahasına olursa olsun,  vəzifədə qalmaq niyyətim deyil, həmin ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov tərəfindən yol verilən haqsızlığa, özbaşınalığa, yerlibazlığa, dostbazlığa qarşı müqavimət göstərmək əzmimdir. Kim bilmir ki, qabiliyyətli və işgüzar insana hər sahədə,  hər məkanda yer var, lakin burada məsələ özbaşınalığa, haqsızlığa qarşı barışmazlıqda, dözümsüzlükdə, prinsipdədir.
          Məsələ belədir ki, ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov durma-tutma, yəni hər hansı səbəb,  hətta bəhanə olmadan yerimə başqa şəxsi tıyin etmək fikrini bildirib, məndən vəzifədən könüllü getmək barəsində ərizə yazmağı tələb edəndə mən bu adamın mahiyyətinin heç nə olmasını düşünüb, belə adamla bir yerdə işləməyi lazım bilməyərək ərizə yazdım.  Lakin tezliklə bu hərəkətlə prinsipsizliyimi  nümayiş etdirməyim barədə düşünüb, ərizəmdən imtina etdim, çünki vəzifədən götürülməyimə əsas verən hərəkətim, layiqsiz əməlim olmamışdı, mən həm işbilən, həm də işi qabiliyyətlə görüb başa çatdıran adamam, bir kimsənin, o cümlədən müdiriyyətin qarşısında gözükölgəli deyiləm.
 Bundan sonra təzyiqlərə məruz qalmaq mərhələsi başladı, ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov üstümə komissiya dalınca komissiyalar göndərməyə başladı, yoxlayıcılar işimin qənaətbəxş olmaması barədə ciddi qüsurlar tapmasalar da Elmin Rəhmanov əl çəkməyib, son ay yarım ərzində işimi 4 dəfə yoxlatdırdı və yoxdan var düzəldilənə kimi, yəni uydurma  bir qüsur “tapan”a kimi əl çəkəsi deyil, özünə söz vermişdir. Qeyd edim ki, elə bir idarə, müəssisə yoxdur ki, orada hesablar tam dəqiq olsun (belə idarə, müəssisə tapılsa, şübhə yoxdur ki, orada iş də yoxdur, yəni iş formaldır). Rəhbəri olduğum bölmədə müəyyən edilən çatışmamazlıq 5-10 manat təşkil etsə də, sədr Elmin Rəhmanov ASC-nin 5-10 min manat pulunu ezamlara sərf etməklə mənim işimdə süni olaraq qüsur axtartdırır. Budur “Aqroservis” ASC-nin  sədri olan şəxsin rəhbərlik siması, “qabiliyyəti”, məğzi, mahiyyəti. Bu yoxlamaların təşkili tapşırılıb Səbayıl rayonunun Badamdar bələdiyyəsinin keçmiş üzvü hazırda Daxili nəzarət şöbəsinin müdüri vəzifəsində çalışan Ramiq Mustafaya. Niyə bəs Ramiq  Mustafaya. Çünki  Elmin Rəhmanovla  Əmlak məsələləri dövlət komitəsində birgə çalışmış və  cinayət əlaqəsinə girərək külli miqdarda dövlət əmlakını talamışlar. Qeyd edim ki, Ramiq Mustafa tikinti və sənədləşmə şöbəsində işləyirmiş.İşin  üstü açıldıqdan sonra  Elmin Rəhmanov və Ramiq Mustafa vəzifələrindən azad edilmişdir. Sonralar  Ramiq Mustafa Səbail rayonunun Badamdar  bələdiyyəsinə  üzv seçilmiş və vergi şöbəsinə rəhbərlik etmişdir. Bu vəzifədə çalışdığı müddətdə hektarlarla torpaq sahəsini mənimsəməyi bacarıb. O bu gün də respublikamızın imkanlı oliqarx şəxslərindən biri hesab olunur. Belə ki, Ramiq Mustafa vaxtilə QHT-lə sıx əlaqədə olub və bir çox ölkələrə , o cümlədən İran İR-na bir çox səfərlər edib. Azərbaycanda fəaliyyət göstərmiş “SOROS” və digər fondlardan qrantlar əldə edərək öz maraqlarını təmin edə bilib. Bu gün də “SOROS”un dövlətimizə qarşı apardığı siyasətin içindədir.
      Belə ki, məlumata görə, Ramiq Mustafa bu gün də yeni “oyun qaydaları”nı oynamaqda davam edir. Bələdiyyədəki vəzifəsinə əlvida dedikdən sonra həmin vəzifəyə vaxtilə özünün gətirdiyi Vidadi Məlikov adlı şəxsi təyin etdirib. Məqsədi Badamdar bələdiyyəsindəki təsir imkanlarını saxlamaqdır. Badamdar bələdiyyəsinə məxsus 2005-ci, 2006-cı və 2007-ci illərin möhür-ştampından, bu gün də müəyyən məqsədlər üçün istifadə olunur. Belə bir addımların atılması hamıyə bəlli olan məsələdir və köhnə tarixlərə toplanan torpaq pulları kimin cibinə daxil olubsa, deməli məsuliyyət də onun boynundadır. Ramiq Mustafa bələdiyyə binasının yaxınlığında bir pendir zavodu, 1 süd emalı müəssisəsi, qəsəbənin 3-cü yaşayış massivi adlanan, daha dəqiq desək , İbrahim Xəlilov küçəsində 4-5 mərtəbəli  villası var. Villanın 20 sot torpağı çin səddi kimi divarlarla hörülmüşdür. Bu şəxsin 3-cü massivdə hektarla torpaq sahəsini vəzifə səlahiyyətlərindən istifadə etməklə mənimsədiyi və vaxtı gəldikdə həmin əraziləri baha qiymətə satdığı da məlumdur. Ramiq Mustafa Badamdar qəsəbəsinin sağdan və soldan satmaqla  böyük kapital sahibinə çevrilmişdir. Qəsəbənin 3-cü massiv adlanan ərazisində 30 sot torpaq sahəsi satılıb (səhih məlumatlara görə 1 sotu 30 min manata satılıb və 900 min manat şəxsi ciblərə daxil olub). O halda sual oluna bilər ki, dövlətimiz bu cür kadrlarla hara gedir və yaxud da hara gedə bilər.
      İlk gündən “Aqrolizinq” ASC-yə  işə gəldiyi zaman dəyəri 150 min manat olan minik avtomobili ilə gəlmişdir. 2 gündən sonra o avtomobili qapısında saxlayıb 36 min manatlıq digər maşını ilə işə gəlir. Qeyd  etdiyimiz bu adam hal-hazırda “Aqroservis” ASC-də Daxili nəzarət və təhlil şöbəsinin müdiri işləyir. Beləliklə son olaraq bildirmək istiyirəm ki, “Aqroservis”  ASC-nin sədri əvvəllər Əmlak məsələləri dövlət komitəsində işləyən hazırda İqtisadiyyat nazirliyində müəyyən vəzifə daşıyan Əlizadə Orxan Nizaməddin oğlunun atası Əlizadə Nizaməddini mənim yanıma  göndərmişdir. Məqsəd  ya ərizə verib çıxmalısan, ya da 10 min manat pul verməlisən. Şübhəsiz mən razılaşa bilməzdim, çünki mənim o qədər pulum yoxdur.
      Bu ərizəni mən Şuşamızın işğaldan azad edildiyi gün, özü də sinəmdə təlatüm olan anlarımda yazıram. Əvvəllər  ona görə yazmırdım ki, ölkəmiz döyüş aparırdı, ölkə rəhbəri, ali baş komandan kimi başınız qarışıq idi, Sizi şəxsi məsələlərlə yormaq istəmirdim. Bu günlər isə ikiqat bayramımızdır, bu bayram günü  şəhidlərimizin qəbirlərini xanımınızla ziyarət etmiş,  ürəyiniz dağa  çevrilmişdir. İndi həm torpaqlarımız gün-gün, saatbasaat məlun düşməndən azad ediləcək, həm də böyük islahatlar keçirəcəksiniz.
      Beləliklə, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov yerlibazlığa, dostbazlığa yol verir, seçildiyi vəzifəyə yox başqa, özü də naqis işlərə xidmət edir. Başlıcası onun yuxarıda qeyd edilən mənfur əməli ölkədə destruksiya, narazılıq yaradır.
     Ona görə də xahiş edirəm ədaləti bərpa etmə naminə bu məsələ üzrə tədbir görəsiniz.
 Mediatv.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq         шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024