Karusel / Slayd (1-11-2020, 09:06)
“Aqroservis” Açıq Səhmdar Cəmiyyətində özbaşınalıq
“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,bir surəti də Mediatv.az-ın elektron poçtuna ünvanlanmış şikayətdə deyilir:
Möhtərəm Cənab Prezident!
“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Elmin Rəhmanov, müavinləri Cavid Hətəmov, İlyas Həsənov, baş mühasib Eldəniz Əliyev, Daxili Nəzarət şöbəsinin müdiri Ramiq Mustafa və İnsan resursları şöbəsinin müdiri Səbinə Zahidova vəzifələrindən sui istifadə edərək Cəmiyyətdə çalışan insanlara əsassız böhtanlar ataraq onları Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxaracaqları ilə hədə-qorxu gəlirlər, onlardan məcburən işdən çıxmaları barədə ərizələrini alırlar. İdarə daxilində məmur özbaşınalığı pik həddə çatıb. Bir nəfərin haqqını tapdalamaqla onlar kifayətlənmir. Onların təzyiqləri ilə vəzifələrindən azad olunma barədə ərizələri alınıb işdən çıxarılanların sayı hər gün artır.Belə ki işdən çıxarılan əməkdaşların sayı 20 nəfərə yaxındır və bu proses hələ də davam edir. Kənd Təsərrüfatı naziri cənab İnam Kərimova dəfələrlə müraciət etməyimizə baxmayaraq o bizi qəbul etmir,cəmiyyətin rəhbərliyinin özbaşınalıqlarına göz yumur.“Aqroservis” ASC-də öz hüququnu tələb edən işçilərə İdarə Heyətinin sədri Elmin Rəhmanov, müavinləri İlyas Həsənov və Cavid Hətəmov absurd böhtanlar atırlar. Kənar şəxslərə müəyyən ödəniş qarşılığında əməkdaşlara qarşı yalançı şahidlik etdirirlər. Əməkdaşlar rəhbərliyin onlara qarşı olan düşmənçilik mövqeyindən özlərini qoruya bilmirlər.
Rəhbər vəzifəsini tutan şəxslər vəzifələrindən sui istifadə edib işçiləri təhqir, şantaj edib, onları yeganə qazanc yerlərindən məhrum edirlər.
İxtisara düşən şöbənin əməkdaşlarını ixtisarla çıxarmırlar. Onların Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə hədələyib məcburən “işdən öx xahişləri əsasında” azad olunma barədə ərizələri alınır(yoxlanıldıqda təsdiq olunacaq). Bu qanunsuzluqlara etiraz edən əməkdaşlara “get kimə istəyirsən de, biz nə istəyirik, onu da edəcəyik, kimi istəyirik işdən çıxaracayıq, heç kim bizə heç nə edə bilməz” deyirlər. Nazirlər Kabinetinin pandemiya vaxtı heç kimi işdən çıxarmamaq qərarını göstərdikdə kağızı cırıb atırlar, Sizin ixtisarlara qoyduğunuz qadağanı dedikdə “ biz nə istəyirk o da olacaq” deyirlər. Mövcud vəziyyətdən istifadə edib əməkdaşların həyatları ilə oynayırlar.
Bundan əlavə, Cəmiyyətin büdcəsini öz istədikləri kimi xərcləyirlər. Özlərinə və istədikləri işçilərə rəsmi olaraq 200% mükafat pulu verirlər. Cəmiyyət üçün alınan malları dəyərindən baha qiymətə rəsmiləşdirirlər. Cəmiyyətin vəsaitini istədikləri kimi Cəmiyyətin hesabından silirlər.
Sizin müdrik, uzaqgörən rəhbərliyiniz altında bütün xalqımız bir yumruq kimi birləşib erməni faşistlərinə qarşı müharibə apardığı bir dövrdə, ölkə daxilində “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanovun, müavinləri İlyas Həsənov və Cavid Hətəmovun özbaşınalığları nəticəsində insanlar kütləvi şəkildə işdən çıxarılırlar.
“Aqroservis” ASC-nin uzun müddət davam edən məmur özbaşınalıqını nəzarətə götürərək İdarə Heyətinin sədri Elmin Rəhmanovun, müavinləri İlyas Həsənov və Cavid Hətəmov tərəfindən işdən çıxarılan hər bir əməkdaşın əmək hüquqlarının bərpası, işçilərə qarşı qərəzli münasibətə, hədə-qorxulara son qoyulması, işçilərə qarşı heç bir provokasiyalara yol verilməməsi, normal iş fəaliyyətlərinin bərpa olunması, adları çəkilən şəxslərin özbaşınalığlara görə qanunun tələblərinə müvafiq cəzalanmaları üçün müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik.
Mediatv.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024