Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (1-11-2020, 04:55)
BU RESTORAN PARTLADILA DA BİLƏR, PARTLAYA DA BİLƏR

 Mediatv.az-ın elektron poçtuna AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun "Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi"
şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatire xanım Quliyevadan şikayət məktubu daxil olub.Şikayətçi yazır:

Bir aydan çoxdur ki, Vətənimiz Azərbaycan  Respublikası 30 illik nəticəsiz danışıqlıqlardan sonra erməni vandallarının işğalı altında olan müqəddəs torpaqlarımız uğrunda Müharibə aparır. Azərbaycan  Respublikasının prezidenti,  Ali Baş Komandan, cənab İlham Əliyevin şəxsən rəhbərliyi ilə müzəffər Milli Ordumuz hər günü böyük qələbələrlə başa vurur.
     Təbii, biz düşmənlə üzbəüzük. Elə bir mənfur düşmənlə ki,  heç vaxt mərd-mərdanə döyüşməyə qadir olmayıb, həmişə güc dövlətlərinin hesabına yaşayıb. Onun əlindən gələn dinc - əli silahsız adamlara zərər  vermək, gizli-xəlvət təxribatlar törətmək, arxadan zərbə vurmaq olub.
       Hazırda Dağlıq Qarabağda süquta uğramış ermənilərin Gəncədə, Bərdədə törətdikləri, - çox sayda sivil vətəndaşın, hətta körpələrin məhv olması, böyük dağıntılar və s. nəticələnmiş qanlı terror hadisələri, həmçinin də Ağcabədi, Goranboy, Tərtər, Naftalan və b. rayonlarımızın sürəkli raket atəşlərinə tutulması onların xarakterik taktikalarının ifadəsidir.
       Öz uğursuzluqlarının əvəzini çıxmaq üçün erməni tayfaları həm də Azərbaycanın ucqar rayon mərkəzləri ilə kifayətlənməyib, Bakıya yaxın  əraziləri- Kürdəmir, Siyəzəni, Xızını belə  hədəfə alıb.
      Cəbhə bölgəsində son nəfəsini verən düşməndən hər şey gözləmək olar. Heç də təsadüfi deyil ki, Bakı onların dəfələrlə terrorlarının şahidi olub.
      Onu da qeyd etməliyəm ki, Azərbaycanda yaşayan minlərlə erməninin soydaşlarının bizim haqlı mübarizəmizdə haqsız olduqlarına etiraz etməməsi, onların vəhşiliklərinə susması da narahatçılıq üçün heç də sadə əsas deyil. Hələ Gürcüstandan gündəlik gəl-getdə olan insanlar arasında erməni əsillilərin, habelə ermənilərin muzdlu terrorçularının olub, olmayacağı da bir sualdır.
        Bu baxımdan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, AR Dövlət Təhlükəsizlik Xidmətinin, habelə ABŞ-ın Azərbaycandakı səfirliyinin vətəndaşları   təhlükəsizliyin təmin olunması məqsədilə ayıq-sayıq olmağa çağırması təsadüfi deyil.
       Məsələn, AR DTX-in Xəbərdarlıq məlumatında deyilir:      
       “Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər”.
        Dövlət Xidməti "Vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 4059999 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq mühafizə orqanlarına bildirmələrini xahiş edir”.
        Bu çağırış hamımıza aiddir. Birimizin təhlükəli vəziyyətə, təhlükə  mahiyyətində şübhə doğuran “hərəkətə” susmağımız sabah böyük peşmançılıqla da nəticələnə bilər.
       Ona görə də mən heç uzağa getmədən 24 il yaşadığım ünvanda, hətta 2-ci blokunda yaşadığım binanın 1-ci blokunda 1 otaqlı mənzili qanunsuz şəkildə bəlkə 10 otaqlı mənzil həcmində böyüklükdə artırmaqla tikilmiş bir restoranın real təhlükə əsaslarını əlaqədar nazirliklər və qurumların diqqətinə çatdırmaqla özümün və 100-lərlə vətəndaşımızın təhlükəsizliyinin qorunmasına çağırıram.
       Belə ki, bu yöndəmsiz restoran Nizami rayonunda Neftçilər metrosunun çı­xış­la­rın­dan birinin çox yaxınlığındadır. Restoranın darvazasız şərti qapısı (qapı demək olarsa...) “Qarabağ” adlanan mağazanın, “Rahat” marketin arxa qapılarının açıl­dığı məhəllə küçəsinə açılır. Bu kökündən qanunsuz restoran açıqda fəaliyyəti üçün məhəllə küçəsini də ağac sıxlığını məhv etməklə zəbt edb. Mağazalara mal gə­tirən irili-xırdalı maşınlar, restoran işçilərinin, ora gələnlərin  maşınları  sakinlərin hərəkətinə tam mane olur, uşaqların təhlükəsizliyindən isə heç danışmağa dəyməz. Məsuliyyətlə deyə bilərəm ki, yaşayış mənzilinə bitişik olan bu res­to­ran hazırkı təhlükəsizlik kriteriyaları baxımından taleyin hökmünə buraxılıb.
       Fövqəladə vəziyyət elan olunsa da hər gün gecədən keçmiş yaşadığım 4 bloklu binanın qaz, su, elektrik, havalandırma xətlərindən istifadə edən bu, iki dəfə artırılan yöndəmsiz restoranın qarşısında ötüb keçən adamlar müşahidə olunur və mən DİN-nin, DTX-nin Xəbərdarlıqlarını xatırlayıb həqiqi mənada narahatçılıq keçirirəm. Ərazidə bomjlar vardır və ümumiyyətlə, heç gözətçiləri də olmayan “örtülü bazara”  oxşayan bu yerin açıq hissəsinə keçib yaşayış binasına “zərər” vurula bilər... Nizami rayonunu tanıyanlar mənimlə razılaşılaşarlar ki, bu ərazi, yəni metronun bazar istiqamətinə çıxış səmti çox qarışıqlıq bir yerdir. İndi axşam 8-9 radələrində küçədə olmadığımız üçün dəqiq bilmirəm, amma yaxın keçmişdə Gürcüstandan gələn avtobuslar, maşınlar da bu yerdə sərnişinlərini düşürürdülər... Dövlət Neft Akademiyasında baş vermiş terroru törətmiş adam da bu rayonda yaşamış, terrora  bu səmtdəki kirayə mənzildə hazırlaşmışdı. Üstəlik, metronun 1 dəqiqəlik məsafə yaxınlığında yerləşən bu binalarda tez-tez dəyişən kontinqent o qədər çoxdur ki, bilmirsən kimdirlər, nə millətdirlər, yəni gündəlik kirayənəşinlər təəssüratı var burda və bu səbəblər nəzərə alınmalı, binalar, obyektlər iki qat artıq  nəzarətdə saxlanılmalıdır.
       Bundan başqa, Nizami rayonu bir-birindən gözəl, nağıllardakı saraylara bənzəyən şadlıq evləri, restoranlarla məşhur yerdir. Onlarla müqayisədə estetik dizayn öz yerində, fövqəladə halların gözlənməsi ilə tikilməmiş, şəhərə yaraşmayan bu restoran o qədər eybəcər təəssürat yaradır ki... Həmçinin hər hansı bir normal bir məkanda - restoranlarda, yaxud müxtəlif obyektlərdə təxribat və ya təbii qəza olduqda  ziyan mala  dəyir. Atalar sözümüz də var, “təki zaval mala gəlsin”. Hətta belə hallarda çox eşidirik, “şükür Allaha, ölüm-itim olmadı!”.
       Allah qorusun, amma bir haldakı təhlükə var, dilə gəlir. (şər deməsən, xeyir gəlməz) Bəs birdən terrora həssas vandal erməni düşmənlərimiz bizə ağrı-acı yaşatmaq üçün münasib yer axtarıb bu  yöndəmsiz, yolüstü, “quluxoy” restoranı uyğun görsələr və “nahar etmək” adı ilə bura gəlib, sonra da dağıdıcı bir maddəni qoyub getsələr və ağla gəlməz terror baş versə, bu ciddi qanunsuz tikiliyə  icazə vermiş, onun hətta iki dəfə daşla artırmasına göz yummuş əlaqədar nazirliklər, qurumlar “şükür Allaha ölüm-itim olmadı!” deyə biləcəklərmi?!
        Əsas da Metroya çox yaxın olduğuna görə binamızda bütün mənzillərdə yaşayış var. 4 blokun 60 mənzilində daimi və kiryənəşin qarışıq azı 300 sakin yaşayır. Elə mənim blokumda 1-ci mərtəbədə 8 nəfərlik ailə (Bəhram qonşugil),  2-ci mərtəbədə 7 nəfər və beləcə  binada çox sayda insan yaşayır.
      Heç olmasın 300, olsun 200, olsun minimum 100 adam! Lap mən özüm 4 bloklu binanın tək sakini olum. Məgər  mənim, 1 Azərbaycan vətəndaşının həyatı o restorandan götürülən gəlirdən çoxmu əhəmiyyətsizdir ?!
      İnşallah və  ümid edirəm ki,  dövlətimizin güc strukturlarının ciddi tədbirləri ilə Terror baş verməz.
      Ancaq bu yöndəmsiz qanunsuz restoran terrorsuz da böyük  təhlükə mənbəyidir. Belə ki, bina 1964-cü ilin binasıdır! 24 ildir mən bu binada yaşayıram. Dövlət tərəfindən bir dəfə də olsun bloklar, mənzillərin içərisi təmir edilməyib! İkincisi, mən də daxil olmaqla daimi yaşayanlar kasıb adamlarıq, təmir etməmişik. Tez-tez də binanın söküləcəyi xəbərləri eşidilidiyi üçün ən adi kosmetik işləri çıxmaqla heç bir ciddi təmir iş görülməyib mənzillərimizdə.  
      Qaz, işıq və s. xətlər də binamızda qətiyyən yenilənməyib. Sözsüzdür ki, hər şey köhnəlir, heç nə keyfiyyətini 60 il qoruyub saxlamır. Bu bina da “amanabəndir”. Sovet vaxtı binaların istismar müddəti olurdu. Hələ, 15 il əvvəl binamızın faktiki daşları ovulub tökülən, dəmir konstruksiyası cəng atmış blokunun təmir edilməsi üçün BŞİH-nə müraciət etmişdim. Nümayəndə gəldi və dedi ki, “bu binaların istismar müddəti bitib, dövlət buranın təmiri üçün bir qəpik də ayıra bilməz!”.  
       Deməli, 1964-cü ilin binası artıq rəsmi olaraq istismara yararsızdır! Bəs belə bir “amanabənd” binanın təhlükə mənbəyi fundamentinə restoran statusunda böyüklükdə həm də iki dəfə artırma tikmək olar? Ümumiyyətlə, harda, hansı qanunda yaşayış binasını böyükdən də böyük artırmaqla Restoran tikilməsinə icazə verilir?!
       Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtlərini təsbit edən III fəsilin 20.2. maddəsi buna yol vermir.
        Məsələn, maddə 20.2. ... keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir.
      Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 12-ci Tikintidə təhlükəsizlik fəslinin 76.1. maddəsində Müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Maddə 76.2.--  Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir.
      Hətta bizim belə bir Qanunumuz da vardır: (Maddə 14.2. ) Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə o şərtlə yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın”.
      İndi  restoran tikintisinə qanunsuz icazəni verən heç başqalarının adından yox, öz adımdan danışıram, mənim mülkiyyət, mənzil hüququmu, qanuni mənafeyimi pozduğunu ağlının, vicdanının bir bucağından keçiribmi?
      Bu qanunsuz tikiliyə icazəni birbaşa Qərib Məmmədovun verdiyini bildiyim üçün və uzun illər bu məmuru “yaxşı” tanıdığıma görə Xeyir, - deyirəm!
        Buradaca, bu qanunsuz tikinti – restoranın  bitişik olduğu yaşayış binası üçün təhlükəliliyini şərtləndirən digər ciddi məsələni, Nizami rayonunda geniş yayılmış yanğınlarla bağlı rəsmi faktları diqqətə çatdırmağı zəruri hesab edirəm. Belə ki,  təkcə 2019-cu il Nizami rayonunun məhz bizim binanın arxa küçəsi, yəni bu  restoranın fasad küçəsi olan Qara Qarayev prospektində bir sıra  mağaza və obyektlərdə yanğın hadisələri baş verib.  Əsas Səbəb kimi də naqillərdə olan qısaqapanma göstərilib. Niyə naqillərin gücü çatmır? Çünki Nizami rayonunda yer qatında 3-5 kv.metrlik belə bir boş yer qalmayıb, İH səlahiyyətliləri ərazini hissə-hissə  imkanlılara, məmurlara və s. “verib”lər və bu naqillərin çəkisindən  artıq gəginliyinə gətirib çıxarır, Həddən artıq yülənməyə naqillərin gücü çatmır.  “Diqlas yanğını” zamanı təkcə orada iş qurmuş onlarla sahibkara deyil,  ticarət mərkəzinə  yaxın obyektlərə də ciddi ziyan dəydi. Ziyan dəydi deyəndə ki, yaxınlıqda yerləşən bütün obyektlər yanıb külə döndü.  
      “Diqlas”-dan sonra Qara Qarayev prospektində “X-lady” mağazasında, onun da ardınca  yenə də Qara Qarayev prospektində “Ağ Çiçəyim” gül mağazası yandı. Kim qarant verir ki, blok qapısı R.Rüstəmov küçəsinə, restoran qapısı Qara Qarayev prospektinə açılan, deməli yanğınlar küçəsinin eyni elektrik qovşağında birləşən bu yöndəmsiz, qanunsuz restoranın işıq xətti salamatdır, burda təhlükə gözlənilmir?! Orada o qədər obyekt var ki!.. Əgər xarakterik qısaqapanma olsa bizim bina qarışıq bütün o obyektlər külə dönə bilər!..
       İkincisi, restoran mənzil deyil, onun kabelləri mənzillərdəki kimi nazik olmamalıdır! Restoranlardakı soyuducular, kondisionerlər, çılçıraqlar və s. mənzillərimizdəki kimi deyil, təbii bu avadanlıqlar böyük həcmlərdədirlər və deməli, 1 otaqlı mənzil  kabellərinə güclü  elektrik avadanlıqlarını qoşmuş bu restoran real yanğın yuvasıdır. Bu da faktdır ki, bizim binada işıqların sönməsi adət olub. 012211026 telefonundan daimi olaraq “hadisə baş verib, gərginlikdir, işçilər düzəldir” və s. kimi  cavablar verilir. Gərək elə “Diqlas” yanğını baş versin?!  Unudulur ki, yuxarıda da qeyd etdiyim ki, bu restoran adlanan kustar gəlir mənbəyi ayrıca obyekt deyil və “Diqlas” –lar kimi hadisələr baş versə ziyan mala yox, yüzlərlə cana dəyəcək!  
         Onu da qeyd edim ki, hər belə hadisədən sonra şablon xarakterdə məsələn, “əlaqədar qurumlar obyektlərə baxış keçiriblər, tapşırıqlar veriblər” və s. kimi məlumatlar yayılır. Konkret olaraq qanuna çox tələblərlə zidd olan bu restoranın tikilməsinə icazə vermiş Nizami İH başçısının müavini Qərib Məmmədovun adından mətbuat da belə bir  məlumat yaymışdır ki, “Biz rayon elektrik şəbəkəsinə göstəriş vermişik ki, monitorinqlər həyata keçirsinlər. İnsanların cəm toplaşdığı yerlərdə, xətlərdə, şitlərdə yoxlama aparsınlar. Onlar bu işlə məşğuldurlar. Ümumiyyətlə, həmin qurumlar mütəmadi şəkildə bu cür yoxlamaları aparırlar. Hadisədir, baş verəndə verir. Dediyim kimi, biz üzərimizə düşən öhdəliklərin yerinə yetirilməsi üçün lazımı qaydada çalışırıq. Obyekt sahibləri də gərək diqqətli olub, elektriklə, qazla davranışlarında qaydalara əməl etsinlər”.
       Bu məlumata inansaq, doğrudanmı yoxlamalar bu restoranın yaşayış mənzilinə bitişik olduğunu müəyyən etməyiblər? Müəyyən ediblərsə,  ordakı bütün xəttlərin, hətta havalanma xəttinin belə, bizim binaya birləşdiyini  görüblərsə, bu restoran barədə hansı ölçünü götürüblər ?!  
       Hələ keçən il noyabrda  Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Nizami Rayon İcra Hakimiyyətində keçirmiş olduğu metodiki toplantı, eləcə də yanğın təhlükəsizliyinin təmin olunmasında FHN, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyətinə dair rayon müşavirəsində “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” mövzusuna diqqət etdikdə adam özünü fantastika aləmində hiss edir. Çünki Nizami rayonunda hər addımda obyektlərdir. 1 qarış boş yer müəyyən edən kimi göz qırpımında “verirlər” gedir!.. Bu obyektlərdə, həmin restoranda doğrudanmı hər şey  yoxlanılıb, qaydaya salınıb?! Ekoloji, hələ pandemiya tələbləri baxımdan da açıq fəaliyyət hissəsi  küçənin ortasına gəlib çıxmış bu restoran Qarabağ, Rahat market mağazalarına mal gətirən iri maşınların, yolla keçən maşınların tüstüsündə necə keyfiyyətli xidmət göstərə bilər?! Göstərmir də!..
        Budur! Azərbaycanda bütün yaşayış və qeyri-yaşayış tikintilərinin aparılması ilə bağlı şərtlər və qaydalarda edilmiş dəyişikliklərdəki müddəalar bu restoranın  tələblərə tamamilə zidd olduğunu ilk baxışdaca təsdiqləyir.  Belə ki, Şəhərsalma və Tikinti  Məcəllənin 68-ci (Tikinti fəaliyyətinin ətraf mühitin mühafizəsi tələblərinə uyğun həyata keçirilməsi) maddəsinə edilmiş əlavədə tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun həyata keçirilməlidir. Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; habelə, Məcəllənin 85-ci (Tikinti meydançası) maddəsinə təklif olunan əlavəyə görə isə tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir”.
      İndisə, bu yazını oxuyanların ürəyindən keçən sualı, bəs bu Qanunlar? - sualını cavablandırmaq istəyirəm. Bəli, Qanun var, biz hamımız qanun qarşısında cavabdehlik daşıyırıq... Amma Nizami rayonu İH-də nə Qanun?! Dünən-srağıgün başçısı – Arif Qasımov elə qanunsuzluqla bağlı, - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Nizami rayonunda saldığı yaşıllıq ərazidə özü üçün restoran tikdirməsi faktı ilə bağlı kənarlaşdırıldı və medyada mülklərinin siyahisi verildi, Bu siyahiyə sadə baxışla onun ölkəni talan, “işğal” etməsi aydın görünürdü. O sadəcə  bir bu qanunsuzluğu əsaslandırılaraq işdən çıxarıldı. Necə deyərlər, getdi kötükcəsinin kötükcəsinə belə yetəcək vardatı ilə həyatını xoş-məsud davam etdirməyə.        
        Bəlkə də səhv edirəm, onun məsələsi açıqdır... Kənarlaşdırılmasından az sonra pandemi karantinləri, sonra Müharibə başladı, diqqət daha mühüm işlərə yönəldi.
        Medyada da Nizami rayon icra başçısı Arif Qasımovun vəzifədən azad edilməsindən sonra “yol verdiyi nöqsanların, qanunsuz sərəncamların təftiş olunması, restoran tikdirməsi də daxil olmaqla digər qanunsuz əməllərinin, maliyyə maxinasiyalarının, onunla yanaşı Nizami İH-də digər vəzifəli şəxslərin də hansı qanunsuzluqlara yol vermələrinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması”, “İcra başçısının I müavini Qərib Məmmədov, müavin İldırım Mehdiyev, digər müavin Gülnaz İsrafilova A.Qasımovun vaxtında hansı sərəncamlara imza atıblar, hansı özbaşınalıqlara göz yumublar, Nizami rayonunda yolların, səkilərin, yaşıllıqların satılmasında nə kimi iştirakları olub, hamısı tək-tək araşdırılmaqdadır”; ... Nizami rayonunu qarış-qarış peşkəş etmələri dosye halında araşdırılmaqdadır” kimi məlumatlar deməyə əsas verir ki, bu “krallığın” iç işləri diqqətdədir. ( Nizami İH araşdırılır https://mediatv.az/karusel/67470-nizami-h-arasdirilir.html).
          Hələ həmin məqalədə o da vurğulanır ki, “Araşdırmalar zamanı aydın olub ki, Bakıda ən çox qanunsuzluq, dərəbəylik, ərazilərin, küçələrin satışı məhz nizami rayonunda A.Qasımovun dönəmində qeydə alınıb”- qənaiti ilə bağlı deyim ki, 24 ildir bu ərazidə yaşayıram, doğrudan da bu belədir.
        Nizami rayonunda indi Bakınin Meri vəzifəsində çalışan Eldar Əzizov da başçı olub, əsl köhnə ziyalılarımız təbiətində saf bir insan Tahir Budaqov da başçı olub. Həqiqətən əvvəllər belə deyildi. Bir məsələ var ki, o, - A.Qasımov gəlmişdi getdi, həm də bu obyektlərin, rayonun hər qarışının sistemli şəkildə “verilməsində”, “sökülməsində-tikilməsində” təxminən 10 ildən çoxdur ki, Qərib Məmmədov hegimonluq edir. Əslində yuxarıda da qeyd etdiyim kimi bu restoranın da “memarı” konkret olaraq  Qərib Məmmədovdur. Dəqiq bilirəm, bu restoran Tahir Budaqov məzuniyyətə çıxdığı və məzuniyyətdən sonra da başqa işə keçirildiyi, yəni yeni başçı gələnə qədər olan müddətdə onun birinci böyük hissəsi tikildi. İkinci hissəsi isə   açıq hissə ilə birlikdə lap bir-iki il əvvəl tikildi. Mən Q.Məmmədovun qəbuluna gedib bunu demişəm, o da təbiətinə xas kobudluqla “güdürsən bizi!”- deyib. Halbu ki, onları güdməyə heç bir ehtiyac yoxdur, Nizami rayonu paytaxtın bir nörməli rayonudur ki, ərazidə qanunsuz tikililər doludur. Hər gün də yeniləri peyda olur. Yuxarıda nəzərdən keçirdiyimiz məqalədə də vurğulandığı kimi bunlar  artıq cinayət araşdırılması dosyesidir.
         Bu yöndəmsiz, hər mənada təhlükə mənbəyi olan restoran da Qanunla cinayət faktıdır. Amma ilahi ədalət hissindən çıxış edib deyə bilərəm ki, bu cinayət məsuliyyətli işlərdən BŞİH-nin Ərazi planlaşdırma şöbəsinin, əsas da onun rəhbəri Mübariz Əlmədətov, onun əməkdaşı, Məmməd Qasımovun yaxşı xəbərləri var. Əgər həqiqətən yoxlama başlayıbsa Nizami rayonunu öz krallığı və özünü kral hesab edən Qərib Məmmədovla yanaşı onlar da məsuliyyt daşıyırlar. Qərib Mımmədovun təbiri ilə desəm, “mən öz başıma deyiləm, sabah Baksovetdən ağzından süd iyi gələn biri gəlib mənə  söz desin”. Ümumiyyətlə, ərazidəki Mİİ –Jeklər, xüsusən də 50 saylı Mİİ-nin “əbədi” mühəndisi Zülfüqar Heydərov Qərib Məmmədovun bir nömrəli cinayət ortağıdır. Əgər bir ədalət mühakiməsi olarsa, yüksək vəzifəlilər qanun qarşısında dayanarsa bu adam o sırada olmazsa demək ki, ədalət bərpa olunmayacaq, qanunsuzluqlar bu rayonda davam edəcək. Təəssüf ki, bizdə  qanun qarşısında az-çox yüksək vəzifəlilər dayandıqda qanunsuzluqların özülü, türk kinolrında “çətə” deyilən, bəlkə inkasator ifadəsinin uyğun gəldiyi bu ünsürlər yada düşmürlər. Məsələn, Q. Məmmədov yox,  bu Zülfüqar Heydərov ərazidədir, görmür ki, bu restoran qarışıq 10-larla obyekt “artırılır”. Hətta fikrimcə, 50 saylı JEKin bir çox müdirini yola salan bu nəhəng saxtakar,-“xırda” məmur Zülfüqar Heydərovun Q.Məmmədovdan da xəbərsiz verdiyi qanunsuz icazələr var.  Başqa sahələrdə, əməkdaşların yerdəyişmələri olur. Bu prinsip nədənsə İH-lərinə tətbiq olunmur. Beləliklə də qanunsuzluqlar dərinləşir. gizlənir!..
       Buradaca xüsusilə diqqətə çatdırmaq istəyiəm ki, BŞİH-nin Ərazi planlaşdırma şöbəsinin bölmə rəhbəri Məmməd Qasımov məni bu restoranın, onun sahibinin adını çəkməməyim üçün təhdid edib. Mənim konstitutsiya ilə qorunan mülkiyyət hüququm öz yerində, AR Vətəndaşların Müraciət etmək hüququ var, Məmməd Qasımov mənim bu hüququmu kobud surətdə pozub,  məni təhdid edərək “o restoranın, sahibinin adını çəkməyəcəksiz! Çəkərsizsə, ... ”, - deyib.  
        Çəkərəmsə nə? Bu mövzu başqa mühüm məsələnin mövzusu olduğu üçün, məqalənin əsas mövzusundan diqqəti ayırmadan bildirirəm ki, o haqda daha sonra ciddi, tutarlı arqumentlərlə geniş yazı ilə çıxış edəcəyəm.
       Hazırda ölkəmizdə Müharibə gedir. Əsas məsələ hər kəsin öz imkanı daxilində haqq mübarizəmizə xidmət etməkdir. Mən də aliməm, qələm sahibiyəm. Gücüm tarixi həqiqətlərlə Dağlıq Qarabağın azərbaycanın əbədi-əzəli vətən torpaqları olduğunu sübut edən məqalələrlə dövlətimizin haqq  mübarizəsində iştirak etməyə çatır."Sülh gözəldir, torpaqlar isə müqəddəsdir"(Az.polika saytında, 08.10.2020) "Ey Azərbaycanda yaşayan ermənilər niyə susursunuz?! (Moderator.az saytında11.10.2020)",“Türkiyə bizimlədir, Zəfər bizimlədir” (Moderator.az saytında 11.10.20)  tarixi oçerklərim yayınlanmışdır. “Türkiye bizimle-Zefer bizimle” (Moderator.az saytında 27.10.2020)   oçerkim dünən Bürüsseldə çap olunan “Belçika Yeni Haber” qazetində (https://www.belcikayenihaber.be/2020/10/31/turkiye-bizimle-zafer-bizimle-hatira-guliyeva-azerbaycandan-yaziyor/30.10.2020) çap olunmuşdur. Hazırda başqa Müharibə mövzulu yazılar üzərində işləyirəm.Məqsədim ümumxalq işində iştirak etməkdir. Bu baxımdan nə qədər mənim üçün mühüm olsa da  M.Qasımovun “o restoranın, sahibinin adını çəkməyəcəksiz! Çəkərsizsə, ... ”, təhdid cümləsindəki  “Çəkərərəmsə”  məsələsi üzərində dayanmağı  bir az sonraya saxlayıram!..
       Ancaq aydınlıq üçün deyim ki,  mən M.Qasımovu mənə zəng vurub mənimlə görüşüb danışmaq istədiyini bildirənə kimi tanımamışam. Mənim BŞİH-ində ərizəm olduqda da M.Qasımov adlı şəxslə danışmamışam, o mənə cavab yazmayıb, ümumiyyətlə, BŞİH mənim ərizəmə qanuna zidd gedərək heç bir cavab verməyib. Mənim məsələm, onun özünün mənə anlatdığı kimi heç BŞİH səlahiyyətinə aid deyil...  
       Bax bu məntiqlə,  M.Qasımovun ərizəm BŞİH-də olmadığı halda mənə lapdan zəng edib yaşadığım əraziyə gəlməsi, sonra   bu təhdidi onun Qərib Məmmədovla əlbir olmasını təsdiqləyir.
        Yəqin ki, ümumi oxucu, əlaqədar nazirliklər, qurumlar BŞİH-nin Ərazi Planlaşdırma şöbəsinin bölmə rəhbəri Məmməd Qasımovun mənə “o restoranın, sahibinin adını çəkməyəcəksiz, çəkərsizsə...” təhdidini etdiyi,yöndəmsiz restaronın sahibi - “böyük adamın” kim olması ilə maraqlandı.
        Əvvəla nə fərqi var kimindi? Onsuz da bizdə hər şey yüksək vəzifəli şəxslərin, ikinci yerdə iş adamlarının, sonra populyarların, ən sonda da rüşvət verməyə imkanlı olanlarındır. Bu baxımdan mənim üçün təhdidə qədər tamamilə maraqsız məsələ idi restoranın sahibinin kimliyi. Hələ, mənim fikrimcə, çirkin, dar-darısqal bir yerdə, üstəlik, iki dəfə, yəni parça-parça artırma ilə düzəlmiş bu restaran “önəmli” füqurun ola da bilməzdi. Məsələn, mən sadədən sadə, alim adamam, amma belə yöndəmsiz bir tikilini hədiyyə versələr belə qəbul eləmərəm. Utanaram, belə bir kustar məkanı göstərməyə, ora qonaq çağırmağa... Adı restoran olsa da bu məkan köhnə Bakıda daldada olan elə daldalıq da cinayət məzmunlu “oyunların” çayxanası təəsüratını yaradır, belə yerdə ada layiq bir tədbir keçirmək yaraşan iş deyil və bu restoran şəxsən məni yalnız təhlükə mənbəyi kimi düşündürür.  
        Sonra! Mənim  hər hansı bir  istəyim həyatımın deyək ki, rənglənməsini şərtləndirirsə, güzaranıma kömək olursa, bundan əvvəl Mənzilimdə həyatımın təhlükəsizliyi gəlir. Bundan başqa, mİsal var, “neynirəm o qızıl teşti ki, içinə qan qusacağam?!”. Ən əsas da mənim üçün birinci Qanun gəlir, sonra öz maraqlarım. Buna görə də mən nə şirniklənən, nə təhdiddən qorxan adam deyiləm! Onun gözünün içinə dediyim sözü xatırladıram, “sən kimsən ki, mənə nəsə edə biləsən, ənim Allahdan, bəndədən olanımı alasan?!”...
         Burdan da yola çıxıb yalnız və yalnız Məmməd Qasımovun insanlıq qalsın, vəzifə səlahiyyətlərini aşaraq məni təhdid edib, necə deyərlər, mənə “xox” gəldiyi üçün  ona cavab olaraq bu adamın, bu təhlükəli restoranın sahibinin adını açıqlamalıyam!  
        Bu ad, ifadə etdiyi məzmun mənə görə nə qədər sadə olsa da deyim bilin, saz ifaçısı TELLİDİR. Soyadını da bilsəydim yazardım. Hə.. Planlaşdırma şöbəsinin bölmə rəhbəri Məmməd Qasımovun da dediyi kimi o restoran saz ifaçısı TELLİ xanımındır. Nə olsun! Burda qorxacaq, qorxudacaq nə var ?!
          Bu rayonda elə, elə nüfuzlu şəxslərin  nəhəng obyektləri var ki!..   MƏNƏ NƏ!!!
          Amma əgər belə nüfuzlu, vəzifəli şəxlərin, hələ mədəniyyətimizə böyük faydası olan görkəmli sənətkarların olsaydı belə mən məmmədlərdən qorxub, yaxud da halal haqqımdan məhrum olsam belə real təhlükə obyektinə susacaq adam deyiləm!  
         Lap məşhur saz ustadımız Ədalət (Allah rəhmət eləsin!) olsun, onun bütün yaradıcılığı və unudulmaz “Yanım Kərəmi” ifası belə haqq vermir ki, o, 100-lərlə insanın həyatı təhlükəsini nəzərə almadan yaşayış mənzilinə bitişik iki dəfəli artırma ilə, deməli güclü bir yeraltı titrəyişə sökülüb fundamenti – yaşadığım binaya ziyan verəcək restoran tiksin!
         Heç muğam ifaçılıq sənətimizin əfsanəvi sənət ulduzu Zeynəb Xanlarovanın (Allah cansağlığı versin!) da,  belə bir qanunsuz restoranı ilə 100-lərlə insanın həyatını təhlükəyə atmağa, küçəni daraltmaqla, iri-iri ağacları məhv etməklə açıqda fəaliyyət üçün özünə şərait yaratmağa haqq yoxdur.
       Beləcə,  heç bir titul, heç bir zənginlik Kiməsə bu onsuz da sökülüb-dağılan 1964-cü il binasını öz xeyri üçün istismar etməyə əsas vermir. Söhbətə bax... Sən villalarda yaşa, sadə xalqı təhlükəyə atıb pul qazan!.. Bu insanlıqdandı?! İcazə verənlərlə birlikdə belə obyektlərin sahibləri də qanun və vicdan qarşısında məsuliyyət daşıyırlar.
         Bu məqamda dünən və elə bu gün Türkiyənin İzmir şəhərində baş verən Zəlzələdə nə qədər köhnə binanın yerlə yeksan olduğunu xatırlatmaq istəyirəm. Həm də Türkiyədən başqa bizim özümüzdə də demək olar ki, çox tez-tez zəlzələr olur və məlumdur ki, baş verən güclü, zəif zəlzələlər yer qatını silkələyir.
       Üstəlik də terror təhlükəsi, AR DİN-nin məlumatında da bildirilənlər bizə ünvanlanıb. Xəbərarlıqlar bizim sayıqlığımız üçündür! Cərəyan edənləri düşüncə ilə qiymətləndirməliyik. AR DİN-nin məlumatında deyildiyi kimi “Ermənistanın dövlət səviyyəsində terror siyasətini dəstəklədiyini, vaxtilə bizə qarşı çoxsaylı qanlı terror aktları törətdiyini unutmamalıyıq. Gündəlik həyat ritmini pozmadan və təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik!”.
       Bəli, dövlət bizə bu Xəbərarlıqlarla “ermənilərin vaxtilə bizə qarşı çoxsaylı qanlı terror aktları törətdiyini “unutmamağı” tövsiyyə edir. Bizi “sayıqlığımızı itirməməyə” çağırır. Beləcə, kim saz çalan Tellinin restorantında baş verəcək bu kimi təhlükələrdən məni və o binanın 100-lə sakinini sığortalayıb?  Birdən baş verdi  terror, yaxud elə texniki yöndən faciəli hadisə  baş verdi, nə olacaq?! Burdaca İH –nin vəzifəlilərini, elə əsas səbəbkar Qərib Məmmədovu gözümün önünə götürürəm, neyləyəcək?  Belə hallara çoxdankı professionallığı ilə yanaşacaq, gedib hadisə barədə rəsmi şablon məlumatlar verəcək, konpensasiya etapında da faydalananlardan olacaq.
       Nə etməli? Bu həyat fəlsəfəsinin ən ali sualıdır. Nə etməli, nə qədər ki,  “ağla gəlməyənlər, başa gəlməyib Qərib Məmmədovlara məsuliyyətlərini xatırlatmaq lazımdır! Mən yaşadığım binanı “ayağa” qaldırmıram. Öz adımdan, öz təhlükəsizliyimi tələb edirəm!.. Yaşadığım bina, mənzil nə qədər sakülüb-tökülmüş vəziyyədə olsa da mən o restoran olmadan və xüsusilə, Müharibə şəraiti, Təhlükəsizlik – sayıqlıq Xəbərdarlıqlarına kimi  burda  necə rahat yaşamışam, yazımda, pozumda olmuşam, yenə bunu istəyirəm və əlaqədar nazirliklərdən, qurumlardan bunu tələb edirəm!    
         Eşidin və bilin BU  RESTORAN  PARTLADILA  DA  BİLƏR,  PARTLAYA DA BİLƏR...      

 Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru 
 
        шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024